
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəşid Məmmədov, Təzəkənd kənd ümumi orta məktəbin direktoru Azər Həsənov, kənd sakini Məhəmməd Abdullayev müxtəlif məsələlər barədə müraciətlər etdilər.
Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi. Daha ətraflı »
-
31MayTərtər RİH-də TƏZƏKƏND KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
-
31MayXəbərlər V HESABAT-SEÇKİ KONFRANSI üçün şərhlər bağlıdır

YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
Konfransı giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açdı.
Konfransda YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış etdi.
Hesabat məruzəsi ətrafında Buruc kənd tam orta məktəbin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbin müəllimi Elcan Nadirli çıxış etdilər. Daha ətraflı » -
31MayXəbərlər “SON NƏFƏSƏDƏK” FİLMİNİN NÜMAYİŞİ üçün şərhlər bağlıdır
Qarabağ həqiqətlərindən bəhs edən filmdə ermənilərin Azərbaycana qarşı törətdiyi təcavüzün başlandığı 1988-ci ildən Xocalı faciəsinədək olan dövrü əhatə edən hadisələr öz əksini tapıb.
Xronometrajı 100 dəqiqə olan film real hadisələrə əsasən çəkilib. “Son nəfəsədək”də Qarabağ müharibəsi dövründə döyüşçülərimizin göstərdiyi rəşadət canlandırılıb.
Filmin nümayişində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, hərbiçilər, filmin yaradıcı heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin nümayişindən öncə Dövlət Himnimiz səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayədarlarının iç üzünün açılması üçün filmlərə də böyük ehtiyac duyulduğunu qeyd edib. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Filmin yaradıcı heyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Daha ətraflı » -
31MayXəbərlər NÖVBƏTİ MONİTORİNQ üçün şərhlər bağlıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Rayon rəhbəri bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına imkan vermir. Daha ətraflı » -
31MayXəbərlər ELMİ-PRAKTİK KONFRANS üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakmiyyətinin və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva, “Loqos” PNİM-in Bərdə filialının həkimləri, psixoloq müəllimlər, loqopedə ehtiyacı olan şagirdlər və onların valideynləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov belə bir mövzuda tədbirin məhz düşmənlə təmas xəttində yerləşən bir rayonda keçirilməsini təqdirəlayiq hesab edib və təşkilatçılara təşəkkürünü bildirib.
Təhsil şöbəsinin psixoloqu Gülxar Abbasova, uşaq xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Zəhra Hüseynova çıxış edərək bildiriblər ki, psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyəti əhatə edir. Qeyd edilib ki, dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülür.
Sonra çıxış edən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva tədbirin təşkilində göstərdikləri diqqətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Daha ətraflı » -
31MaySəhiyyə ÖDƏNİŞSİZ TİBBİ AKSİYA üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Xəzər” televiziya kanalının və “Azərcell” Şirkətinin birgə təşkilatçılığı ilə tanınmış həkimlər tərəfindən vətəndaşların ödənişsiz tibbi müayinəsi keçirilib.
“Xəzər” televiziya kanalının aparıcısı Xoşqədəm Hidayətqızının rəhbərliyi ilə Tərtər rayonuna səfər edən ginekoloq Aytən Səfərova, oftalmoloq Cahid Şahbazov, uroloq Bəxtiyar Hüseynov, üz-çənə cərrahı Sənan Xankişiyev səhər saatlarından müraciət edən şəxslərin tibbi müayinəsinə başlayıblar. Hümanitar aksiyadan 1000-ə yaxın rayon sakini yararlanıb.
Tibbi müayinədən keçən sakinlər cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və humanitar aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. -
31MaySosial RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır
QURUCULUQ DAVAM EDİR

Prezident İlham Əliyevin Tərtərə hər səfəri rayonun sosial-iqtisadi yüksəlişinə, əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına əhəmiyyətli təsir göstərmiş, sakinlərdə sabaha inamı artırmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası sayəsində Tərtər rayonu əsaslı şəkildə dəyişərək abad diyara çevrilmişdir. Rayonun Qazyan, Borsunlu, Qaradağlı, Hüsənli, Şıxarx kənd 2 və 6 saylı şəhər tam orta, Qazyan, Rəcəbli kənd ümumi orta məktəb binaları əsaslı təmir olunmuş, Poladlı, Şıxarx və Bayandur kəndlərində “Modul” tipli məktəb binaları istifadəyə verilmişdir. Qapanlı kəndində yeni həkim məntəqəsi tikilmiş, rayon mərkəzi və Bəyimsarov kənd xəstəxanaları əsaslı təmir olunmuşdur.
Tarix-diyarşünaslıq muzeyi, Uşaq-gənclər şahmat məktəbi, YAP rayon təşkilatının binaları, şəhərin Nizami və Elman Səfərov küçələrində hər biri 100 yerlik, Şıxarx qəsəbəsində 280 yerlik müasir tipli körpələr evi-uşaq bağçası, Dövlət Aqrar İnkişaf Mərkəzi, xalça istehsalı emalatxanası, regional qaz istismarı, elektrik şəbəkəsinin, statistika idarəsinin inzibati binası da bu illərdə inşa edilmişdir.
Bunlardan əlavə, Tərtər şəhərində 112 ictimai yaşayış binasının dam örtüyü, fasad və giriş hissəsi əsaslı təmir olunmuş, həyətlərdə abadlıq və quruculuq işləri aparılmış, 48 min kvadratmetrdən çox asfalt örtük salınmışdır. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudovun, Ədalət Paşayevin, İlqar Həsənovun və Aprel döyüşlərində igidlik göstərmiş Nicat İsgəndərovun adlarına verilmiş küçələrdə barelyefləri vurulmuşdur. Daha ətraflı » -
31MayKənd Təsərufatı BARAMAÇ I LIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
İqtisadi cəhətdən gəlirli sahə olan baramaçılıq uğurla inkişaf edir. Bu məqsədlə baramaçılıqla məşğul olmaq istəyən vətəndaşlarla müqavilələr bağlanıb. Ümumilikdə 160 nəfərdən çox şəxsə 500 qutu ipəkqurdu paylanıb.
Yüksək məhsul əldə olunması üçün bu sahəyə mütəxəssislər cəlb olunaraq, kümçülərə lazımi məsləhətlər verilir. Aqrar Universitetin müəllimlərinin rayonun kümçüləri ilə görüşü təşkil olunur. Barama məhsulunun istehsalı ilə əlaqədar qərargah yaradılıb, xüsusi nəzarət qrupları təşkil olunub. Bu gəlirli sahənin inkişafını, baramaqurdunun saxlanılmasını, bəslənilməsini əks etdirən kinofilmlər göstərilir, xüsusi bukletlər paylanaraq kümçülər məlumatlandırılır. Mütəxəssislərin məsləhəti öz müsbət nəticəsini göstərir. Rayonumuzun kümçüləri yüksək məhsuldarlıq əldə etmək üçün mütəxəssislərin məsləhətinə dəqiqliklə əməl edirlər. İnanırlar ki, bu il ən azı 20 tondan çox barama təhvil veriləcək.Tərtər Dövlət Aqrar
İnkişaf Mərkəzi -
31MayDigər Şəhidlərimiz və veteranlarımız üçün şərhlər bağlıdır
İKİ QARDAŞ–ZÜLFÜQAR VƏ ETİBAR QASIMOVLAR
Şəhidlərimizi unutmamaq, onları hər an yad etmək bizim vətəndaşlıq borcumuzdur. Çünki onlar Vətənimiz və onun vətəndaşları üçün canlarından keçiblər. Torpaqlarımızın toxunulmazlığı uğrunda erməni mənfurlarına qarşı mübarizədə canından-qanından keçən şəhid oğullarımızdan biri də Qasımov Zülfüqar Vahid oğludur.
Qarağacı İnzibati Ərazi Dairəsinin Qaradağlı kəndində yaşayan Vahid Qasımovun ailəsində 11 uşaq böyüyürdü. Zülfüqar oğlanların dördüncüsü idi. O, 1972-ci ilin oktyabr ayının 30-da doğulmuşdu. Uşaqlığı böyüyüb boya-başa çatdığı kənddə keçmişdi. Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılmışdı. O zamankı Sovet Ordusu sıralarında, Leninqrad şəhərində əsgəri xidmət keçmişdi. O, orduya doğulduğu Qaradağlı kəndindən deyil, Şuşa şəhər hərbi komisarlığından çağrılmışdı. Çünki Zülfüqar həmin illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alırdı. 1990-92-ci illər idi.
Məlumdur ki, 1990-cı illərin əvvəli ölkəmizi qanlı olaylar, iğtişaşlar, hərc-mərclik, çəkişmələr bürümüşdü. Hər şeydən öncə xain qonşularımızın torpaqlarımıza göz dikməsi və ərazilərimizi qırğınlar hesabına zəpt etməsi xalqın haqlı hiddətinə səbəb olmuşdu. Zülfüqar Qasımov 1993-cü il sentyabr ayının 15-dən Milli Ordu sıralarında Füzuli, Qubadlı və Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə mərdliklə mübarizə aparıb.
Onun kiçik qardaşı Natiq də eyni hərbi hissədə əsgəri xidmətdə idi.
1994-cü il martın 5-i Zülfüqarın son döyüş günü kimi doğmalarının, onu sevənlərin yaddaşında qalıb. Füzuli rayonunun Veysəlli kəndi uğrunda qanlı döyüşlər gedirdi. Xeyli itkilərimiz olmuşdu. Şəhidlərimizin meyitləri döyüş gedən ərazidə qalmışdı. Onları həmin ərazidən çıxarmaq üçün tapşırıq verilmişdi. Gənc leytenant Zülfüqar irəlidə gedirdi. O həmişə hərbiçi yoldaşlarına və valideynlərinə böyük inamla söyləyirdi: “Mən sağ qalacam, ölməyəcəm, narahat olmayın”. Lakin düşmən gülləsi bu cəsur döyüşçünün gənc ömrünü param-parça etdi. Verdiyi sözə əməl edə bilmədi. Bu qanlı savaşda şəhid oldu, əbədi olaraq Vətənin qəhrəman oğullarından birinə çevrildi. Doğulduğu torpaqda dəfn olundu.
Xeyli illər ötməsinə baxmayaraq, Zülfüqar unudulmur, yaddan çıxmır.
Zülfüqarın qardaşı Etibar Qasımovun şəxsi vəsaiti və rayon rəhbərliyinin köməkliyi ilə Qapanlı kəndində 12 nəfər şəhidin adı əbədiləşdirilərək abidə kompleksi yaradılıb. Şəhid Zülfüqar Qasımov yola saldığımız 2018-ci ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyəti tərəfindən ölümündən sonra “Vətən naminə” və “Milli Ordu-100” medalları ilə təltif olunub.
Şəhid Zülfüqar Qasımov nəinki doğmalarının, həm də doğulub boya-başa çatdığı kəndin sakinlərinin qürur yeridir. Daha ətraflı » -
31MayDigər Qarabağ müharibəsi əlilləri üçün şərhlər bağlıdır
DOĞMA YURDU YENİDƏN GÖRƏCƏKLƏR
Məmmədov Tağı Allahverdi oğlu 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin üzvüdür. Onunla söhbətimiz zamanı özü haqqında və keçdiyi döyüş yolundan danışdı. Bildirdi ki, əslən Kəlbəcər rayonunun Ağdaban kəndindəndir. 1981-ci ildə ailəsi ilə birlikdə Ağdərə rayonuna köçüb. Natamam orta məktəbi orada bitirdikdən sonra Tərtər rayonundakı 96 №-li texniki peşə məktəbində traktorçu-maşinist peşəsinə yiyələnib. Peşə məktəbində təhsil aldığı zaman 1988-ci ildə Bəyimsarov kəndinə köçüblər. O zamandan burada yaşayıb və işləyib.
1992-ci ilin avqust ayının 20-də Tərtər hərbi komissarlığından ordu sıralarına çağrılıb. Vətənin dar günü olduğundan döyüşə qatılıb. Minaatan bölməsində xidmət edib. Ağdərə ətrafı kəndlərin işğalçılardan təmizlənməsində mənfur ermənilərə qarşı döyüşüb. Döyüş yolu Marquşevan, Sərsəng Su Anbarı, Drombon, Çıldıran və Ağdərə rayonunun digər kəndlərindən keçib. Bir neçə dəfə yaralanıb, hospitalda müalicə alıb, sağaldıqdan sonra yenidən döyüşlərə qatılıb. Sonuncu dəfə aldığı yara daha ağır olub. O zaman əsgər yoldaşını qoruyarkən qəlpə onun kürəyini dağıdıb. Daha ətraflı »


Yeni ismarıclar