Bu günlərdə Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Xəzər” televiziya kanalının və “Azərcell” Şirkətinin birgə təşkilatçılığı ilə tanınmış həkimlər tərəfindən vətəndaşların ödənişsiz tibbi müayinəsi keçirilib.
“Xəzər” televiziya kanalının aparıcısı Xoşqədəm Hidayətqızının rəhbərliyi ilə Tərtər rayonuna səfər edən ginekoloq Aytən Səfərova, oftalmoloq Cahid Şahbazov, uroloq Bəxtiyar Hüseynov, üz-çənə cərrahı Sənan Xankişiyev səhər saatlarından müraciət edən şəxslərin tibbi müayinəsinə başlayıblar. Hümanitar aksiyadan 1000-ə yaxın rayon sakini yararlanıb.
Tibbi müayinədən keçən sakinlər cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və humanitar aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
-
31May
Müəllif: Redaktor, 11:10