Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Təzəkənd kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəşid Məmmədov, Təzəkənd kənd ümumi orta məktəbin direktoru Azər Həsənov, kənd sakini Məhəmməd Abdullayev müxtəlif məsələlər barədə müraciətlər etdilər.
Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi sahəsində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
“Yeni Tərtər”