İqtisadi cəhətdən gəlirli sahə olan baramaçılıq uğurla inkişaf edir. Bu məqsədlə baramaçılıqla məşğul olmaq istəyən vətəndaşlarla müqavilələr bağlanıb. Ümumilikdə 160 nəfərdən çox şəxsə 500 qutu ipəkqurdu paylanıb.
Yüksək məhsul əldə olunması üçün bu sahəyə mütəxəssislər cəlb olunaraq, kümçülərə lazımi məsləhətlər verilir. Aqrar Universitetin müəllimlərinin rayonun kümçüləri ilə görüşü təşkil olunur. Barama məhsulunun istehsalı ilə əlaqədar qərargah yaradılıb, xüsusi nəzarət qrupları təşkil olunub. Bu gəlirli sahənin inkişafını, baramaqurdunun saxlanılmasını, bəslənilməsini əks etdirən kinofilmlər göstərilir, xüsusi bukletlər paylanaraq kümçülər məlumatlandırılır. Mütəxəssislərin məsləhəti öz müsbət nəticəsini göstərir. Rayonumuzun kümçüləri yüksək məhsuldarlıq əldə etmək üçün mütəxəssislərin məsləhətinə dəqiqliklə əməl edirlər. İnanırlar ki, bu il ən azı 20 tondan çox barama təhvil veriləcək.
Tərtər Dövlət Aqrar
İnkişaf Mərkəzi