Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May
    Təhsil, Xəbərlər XORUZLU KƏNDİNDƏ YENİ MƏKTƏB TİKİLİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
    Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolyasiya olunub, hazırda hörgü işləri aparılır.
    Məktəbin həyətində hər birinin Daha ətraflı »

  • 07May
    Kənd Təsərufatı BARAMAQURDU TOXUMU PAYLANILDI üçün şərhlər bağlıdır

    Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Tərtər rayonunda da müntəzəm surətdə bu istiqamətdə işlər davam etdirilir, baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır. Rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsində respublikamızda barama istehsalı ildən-ilə artır.
    Ötən il Tərtər rayonunda 12,1 ton barama istehsal edilmişdir. Bu il isə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 350 qutu barama qurdu gətirilərək kümçülərə paylanması təmin edilmişdir. Rayonun 30 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilmiş, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.
    Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.

     

  • 07May
    Digər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır

                                                                EVOĞLU KƏNDİNİN ŞƏHİDLƏRİ

                                                                         OĞUL ƏVƏZİ NƏVƏ

    Mürşüd ata nənəsinin himayəsində böyümüşdü. Ata-ana qayğısı görməmişdi. Ata-ana əvəzində nənəsi Çiçək nəvələrini
    özü böyütmüş, nəvaziş göstərmişdi. Deməyəsən onun alın yazısı elə yarımçıq yazılıbmış. Haqqında söhbət açmaq istədiyim 44 günlük Vətən müharibəsində şəhid olmuş Əhmədzadə Mürşüd Müdahil oğludur.
    Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. Hələ uşaq yaşlarında ata-anasının arasında narazılıqlar olduğundan ailə dağılmış bacısı Gülnarə və Mürşüd məhkəmənin qərarı ilə atanın yanında qalası olubmuşlar. Bir müddətdən sonra atası da ikinci dəfə ailə həyatı qurub, başqa yerdə yaşamalı olub.
    Daha ətraflı »

  • 07May
    Digər SONUNCU TELEFON DANIŞIĞI üçün şərhlər bağlıdır

    2020-ci ilin 44 günlük Vətən müharibəsi Ölkəmizin Zəfər tarixi sayılır. İl-lərdən bəri mənfur ermənilərin qəddarlığından vətəndaşlarımız zillət çəkiblər. Parçalanmış torpaqlarımızın sakinləri dədə-baba yurdlarından didərgin düşüblər. Erməni əsirliyində təkcə insanlarımız deyil torpaqlarımız da təcavüzə məruz qalaraq, dağıdılmış, talan olmuşdur.
    Nəhayət, 44 günlük müharibədə bütün bunlara son qoyuldu. İgid oğullarımız bir yumruq kimi birləşib, düşmənin payını verərək, yerlərini göstərdilər. Onları əzəli torpaqlarımızdan çıxararaq, Prezidentimizin təbirincə desək, “İti qovan kimi qovdular”. Əlbətdə, bütün bunlar igid oğullarımızın canları-qanları bahasına başa gəldi. Bəzi ocaqlarımızın tək oğulları şəhid oldular, bəzilərində isə 2 qardaş Vətənin müdafiəsində qurbana döndülər. Daha ətraflı »

  • 07May
    Digər BƏZƏKLİ QALMIŞ “BƏY OTAĞI” üçün şərhlər bağlıdır

    Şəhidlər bizim qürurumuzdur. Ömrümüz boyu onlara can borcumuz var. Biz yaşayırıq ölmək üçün, onlar şəhid oldular yaşamaq üçün.
    El arasında belə bir deyim var: “Şəhidlər ölü hesab edilmirlər”. Belə ölüm zirvəsi hər kəsə nəsib olan deyil. Hər bir şəhidin Göylərdə müqəddəs yeri var.
    44 günlük Vətən müharibəsində də, əvvəlki Qarabağ savaşında da mənfur qonşularımız olan ermənilərin qana batmış əlləri ilə yüzlərlə insanlarımız şəhid olublar. Neçə-neçə ana-bacılar, uşaqlar gözü yaşlı qalıb, ocaqların hərarəti azalıb, ümid çıraqları sönüb. Neçə-neçə oğulların nişan-toy xonçaları bəzənməmiş qalıb, gəlinlik qızların ağ rəngli donları qara rənglə əvəzlənib. Daha ətraflı »

  • 07May
    Ədəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır

                                                       ŞƏRQ İNTİBAHININ ZİRVƏSİ NİZAMİ GƏNCƏVİ

    Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.
    Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.
    Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışlar.
    Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir.
    Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə “Xəmsə”nin yenidən bərpasına başlanılıb. Hesab Daha ətraflı »

  • 07May
    Ədəbiyyat NİZAMİ GƏNCƏVİ DÜNYƏVİ ŞAİRDİR üçün şərhlər bağlıdır

    Çalış öz xalqının işinə yara,
    Geysin əməlinlə dünya zərxara.

    Bu hikmətli sözlərin müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Dünyada və vətəni Azərbaycanda Nizami Gəncəvi kimi tanınan dahi şairimizin adı İlyas, atasının adı Yusif olmuşdur. 1141-ci ildə oktyabr ayının 20-də qədim Gəncə şəhərində dünyaya göz açmışdır. Azərbaycan Atabəyləri adlandırılan Eldənizlər dövləti tərəfindən idarə olunan Gəncə şəhəri o dövrdə sürətlə inkişaf edirdi. İpək yolunun da bu şəhərdən keçməsi Gəncənin mədəni inkişafına xeyli təsir göstərmişdir.
    Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumatları yalnız onun əsərlərindən almaq olur. Nizami bütün həyatını Gəncədə keçirmişdir. Dini və dünyəvi elmləri dərindən mənimsəmişdir. Nizami dövrünün tanınmış alimlərindən idi. Ərəb və fars dillərini mükəmməl bilirdi. Dayısı Xacə Ömər zəmanəsinin nüfuzlu adamlarından biri idi. O, Nizaminin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuşdur.
    Nizami Gəncəvi ömrü boyu hökmdarların himayəsindən üz döndərmişdir. Başqa qaynaqlardan məlum olur ki, Nizami Gəncəvi humanist, müdrik, gözütox bir insan kimi də sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.
    Mənbələrdən məlum olduğuna görə, Nizaminin Məhəmməd adlı oğlu da olmuşdur. Daha ətraflı »

  • 07May
    Milli-mənəvi dəyərlər İslamda dini cərəyanlar üçün şərhlər bağlıdır

                                                              SÜNNİ VƏ ŞİƏLƏRİN FƏRQİ

    Sünnilik və şiəlik islamda ən böyük dini cərəyanlardan hesab edilir. Yarandığı dövrdən bəri bu dini cərəyanlar neçə dəfələrlə tək dini baxımdan deyil, müxtəlif səbəblərdən bir-biri ilə qarşı-qarşıya gəlməli olmuşlar. Hal-hazırda dünya müsəlmanlarının təxmini 85%-ni sünnilər, 15%-ni isə şiələr təşkil edir.
    Dünya müsəlmanları siyasi səbəblərdən sünnilərə və şiələrə ayrılmışlar. VII əsrin ikinci yarısında Xəlifə Əlinin idarəçiliyi sona çatdıqdan sonra Ərəb xəlifəliyində növbəti xəlifənin kim olacağı ilə bağlı mübahisələr qızışmağa başlamışdı. Məsələ onda idi ki, Əli, Məhəmməd peyğəmbərin kürəkəni idi və müsəlmanların bir hissəsi hesab edirdilər ki, hakimiyyət onun nəslinə keçməlidir. Onlar “şiə”lər adlanırdı. “Şiə” – ərəbcədən tərcümədə-“Əli hakimiyyəti” mənasındadır. Müsəlmanların digər bir hissəsi isə bunun tam əleyhinə idilər, Daha ətraflı »

  • 30Apr
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul etdi.
    Rayon rəhbəri tərəfindən sakinlərin onları narahat edən bu və ya digər məsə lələrlə bağlı verdikləri sualları ətraflı cavablandırıldı.
    Müraciətlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edildi, bəzi müraciətlərin həlli üçün aidiyyəti üzrə idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
    Qəbul zamanı icra başçısı Covid-19-la mübarizədə dövlət tərəfindən görülmüş işlərdən, vətəndaşlarımızın sağlamlığının qorunmasına istiqamətlənmiş çoxşaxəli tədbirlərdən danışdı.

  • 30Apr
    Xəbərlər İCRA BAŞCISI QAZİ AİLƏLƏRİNİ ZİYARƏT EDİB üçün şərhlər bağlıdır

    Vətən müharibəsində hər iki gözünü itirmiş Tərtər rayonunun Cəmilli kənd sakini qazi Səfərli Kamil Məzahir oğlu uzunmüddətli müalicədən sonra ailəsinə dönüb. Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qazinin ailəsində olub, onun səhhəti və problemləri ilə maraqlanaraq, müvafiq köməklik göstərib.
    Sonra rayon rəhbəri Cəmilli kəndində yaşayan “Vətən müharibəsi Qəhrəmanı” Azər Abdullazadənin də ailəsində olub, onların məişət şəraiti ilə maraqlanıb.
    Hər iki qazinin yaşadığı evin həyəti onların rahat hərəkət etməsi üçün asfaltlanıb, evlərinə içməli su çəkilib, qazilər ev növbəsinə götürülüb.
    Hər iki qazinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.