Vətən müharibəsində hər iki gözünü itirmiş Tərtər rayonunun Cəmilli kənd sakini qazi Səfərli Kamil Məzahir oğlu uzunmüddətli müalicədən sonra ailəsinə dönüb. Bununla bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qazinin ailəsində olub, onun səhhəti və problemləri ilə maraqlanaraq, müvafiq köməklik göstərib.
Sonra rayon rəhbəri Cəmilli kəndində yaşayan “Vətən müharibəsi Qəhrəmanı” Azər Abdullazadənin də ailəsində olub, onların məişət şəraiti ilə maraqlanıb.
Hər iki qazinin yaşadığı evin həyəti onların rahat hərəkət etməsi üçün asfaltlanıb, evlərinə içməli su çəkilib, qazilər ev növbəsinə götürülüb.
Hər iki qazinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
-
30Apr
Müəllif: Redaktor, 09:38