14Mar

Yeni Azərbaycan Partiyası yarandığı gündən çox şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir. Partiya ötən 30 il ərzində şərəfli yol keçmiş, xalqımızın inamını və etimadını doğrultmuşdur.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmizin reallıqlarının yaratdığı gerçəkliklər zəminində, 5 mart 2021-ci il tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ötən bir ildə ölkənin siyasi həyatına yeni səhifələr əlavə etmişdir. YAP keçdiyimiz tarixi yolu təhlil etməyi, yeni hədəf və vəzifələri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoymaqda davam edir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayında çıxışı bu il 30 illik yubileyini qeyd edəcək YAP-ın keçdiyi çətin və şərəfli yolun aydın mənzərəsini yaradır. Həmin çıxışında cənab İlham Əliyev bir daha Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xüsusi vurğulamışdır. Cənab Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə əldə etdiyi uğurlardan, ölkəmizin dünyaya səs salan yeni reallıqlar yaratmasından danışaraq partiyamızın yeni proqramının hazırlanmalı olduğunu vurğulamışdır . Qurultayda İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanaraq təqdim edilməsi tapşırığı verilmiş, tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanıb təsdiq edilmişdir. Partiyanın yeni Proqramı özündə bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri ehtiva edir . Hər bir bölmədə YAP-ın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. Bu baxımdan “Partiyanın əsas hədəfləri” fəslində yer alan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” bölməsində qeyd olunur ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Yeni proqramda partiyanın əvvəlki proqramında əksini tapan və müasir dövrün tələblərinə uyğun çağırışlarına cavab verən ideoloji prinsiplər qorunub saxlanılmışdır.
Son 18 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyaya etibarlı ölkə kimi təqdim edib, sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan xalqı tam əmindir ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində güclü, qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaqdır.
Əli Paşayev,
YAP Tərtər rayon
təşkilatının əməkdaşı
11Mar
Zaman və dövr keçdikcə qarşıda yeni hədəflər qoyulur. Bu hədəflərin uğurla icrası aparılan islahatlar prosesini sürətləndirməyi tələb edir. Bu gün dövlətimizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirilən təkmil islahatların məntiqi nəticəsidir. Azərbaycanda 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi də məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası davamlı inkişafa böyük töhfələr verərək, yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edir. Bu cür təşəbbüslərdən biri də ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan, ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi olmuşdur. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib, özündə müasir çağırışların tələblərini aydın şəkildə ifadə edir. Bu seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əldə etdikləri nəticələrinə əsasən ölkəmizdə çoxpartiyalı parlamenti formalaşmışdır. Artıq əminliklə demək olar ki, VI çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən işlərdə Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açmasını inamla qeyd edə bilərik. Daha ətraflı »
10Mar
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.
2021-ci il 5 mart tarixində YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş məqsədləri partiyanın yeni inkişaf modelinin başlanğıcı hesab etmək olar. Daha ətraflı »
10Mar
8 mart 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bir qrup partiya fəalı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 2016- cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin valideyinlərini ziyarət edərək, şəhid analarını təbrik edib, onlara bayram hədiyyələri təqdim etmişdir. Şəhid valideyinləri ilə söhbətlər zamanı vurğulanmışdır ki, məhz Azərbaycan analarının əsl vətənpərvər övladlar yetişdirmələri sayəsində Vətən müharibəsində qələbə əldə olunaraq torpaqlarımız yağı düşmənlərdən azad edilmişdir. Şəhid anaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
10Mar
Zərif cinsin nümayəndələri güclü iradələri ilə milli azadlıq hərəkatının ön sıralarında vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mətinliklə mübarizə aparıblar . Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusu olaraq hər bir sahədə- idarəetmədə qanunverici orqanlarda , xarici siyasətdə ölkəmizi ləyaqətlə təmsil edir. Bir sözlə qadınlarımızın cəmiyyətdə olduqca böyük rolu var. Bu günki cəmiyyət dünənki qadınların , anaların tərbiyəsinin məhsuludur.Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz o qədər inkişaf etmiş olar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prisiplərini müəyyən edilməsini dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bu siyasət Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir
E. G. Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri
09Mar
2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Ali Baş Komandan altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən Ali Baş Komandan vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Daha ətraflı »
09Mar



Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.
Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini – milli hədəfləri reallaşdırmasını təmin edir.
İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verib. Daha ətraflı »
09Mar



Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Pespublikasının Prezidenti, cənab İlham Əliyev bütün Azərbaycan qadınlarını təbrik edərək, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Daha ətraflı »
05Mar
8 Mart tarixinin ilk dəfə dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən 112 il ötür. Həmin gün dünyanın bir çox guşələrində qeyd edilərək, qadınlara sevgi və hörmət rəmzinə çevrilib.
Azərbaycan o ölkələrdəndir ki, burada ana, qadın həmişə uca tutulub. Həm də ölkəmizin adı dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış bir dövlət kimi tarixə düşüb.
Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev, ölkəmizdə qadın fəallığının inkişafını, cəmiyyətimizdə onların rolunun yüksəldilməsini daim diqqət mərkəzində saxlamışdır.
1998-ci ilin iyununda qadın fəalları ilə görüşü zamanı Ulu Öndər deyirdi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar. Mən əminəm ki, Azərbaycanda hüquqi, Daha ətraflı »
05Mar
Rayonumuzda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Tərtər Cümə məscidinin axundu, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyulub.
Tədbir iştirakçılarına Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb. Daha ətraflı »
Yeni ismarıclar