Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Mar

    Yeni Azərbaycan Partiyası yarandığı gündən çox şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir. Partiya ötən 30 il ərzində şərəfli yol keçmiş,  xalqımızın inamını və etimadını doğrultmuşdur.

    44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmizin reallıqlarının yaratdığı gerçəkliklər  zəminində, 5 mart 2021-ci il tarixdə  keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ötən bir ildə ölkənin siyasi həyatına  yeni səhifələr əlavə etmişdir. YAP   keçdiyimiz tarixi  yolu təhlil etməyi, yeni hədəf və vəzifələri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoymaqda davam edir. Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VII qurultayında çıxışı bu il 30 illik yubileyini qeyd edəcək YAP-ın keçdiyi çətin və şərəfli yolun aydın mənzərəsini yaradır. Həmin çıxışında cənab İlham Əliyev bir daha Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu xüsusi vurğulamışdır. Cənab Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə əldə etdiyi uğurlardan, ölkəmizin dünyaya  səs salan  yeni reallıqlar yaratmasından danışaraq partiyamızın yeni proqramının  hazırlanmalı olduğunu vurğulamışdır . Qurultayda İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanaraq  təqdim edilməsi tapşırığı verilmiş, tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanıb təsdiq edilmişdir. Partiyanın yeni Proqramı özündə  bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri ehtiva edir . Hər bir bölmədə  YAP-ın qarşısında  dayanan hədəflər və vəzifələr göstərilir. Bu baxımdan “Partiyanın əsas hədəfləri” fəslində yer alan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” bölməsində qeyd olunur ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Yeni proqramda partiyanın əvvəlki proqramında əksini tapan və müasir dövrün tələblərinə uyğun çağırışlarına cavab verən ideoloji prinsiplər qorunub saxlanılmışdır.

    Son 18 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun  Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi  dünyaya etibarlı ölkə kimi təqdim edib, sözünün imzası qədər əhəmiyyətli olduğunu  bir daha təsdiqləmişdir. Azərbaycan xalqı  tam əmindir ki, dövlət başçısı cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində güclü, qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaqdır.

    Əli Paşayev,

    YAP Tərtər rayon

    təşkilatının əməkdaşı

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.