ƏBƏDİYAŞARLIĞIN BAŞLANĞICI
44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür. Mənə isə elə gəlir ki, dünən idi Turalımı son dəfə bağrıma basıb cəbhəyə yola saldığım gün. Müharibəyə könüllü getdi. Dedi ki, üç qardaşıq, mütləq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmalıyıq. Getdi və bu vəzifəni şərəflə yerinə yetirdi.
Tural həmlə taborunda döyüşürdü. Onun taboru ermə-nilərin uzun illər ərzində qurduqları istehkamları yararaq qəhrəmancasına irəliləyirdi. Keçdiyi döyüş yolu haqqında danışmağa Turalın imkanı olmadı. Ancaq bu barədə bizə oğlumla çiyin-çiyinə döyüşən yoldaşları danışıblar. Deyirlər ki, çox qorxmaz, cəsur və xeyirxah idi. Turalımın döyüş yolu Talışdan başlayıb Suqovuşanda başa çatdı. Ancaq bu, son olmadı. Əbədiyaşarlığın başlanğıcı oldu.
Bizim üçün təsəlli budur ki, bu gün dövlət başçısından başlayaraq sıravi vətəndaşlaradək işğaldan azad edilmiş torpaqlara qədəm qoyan hər kəs ilk növbədə bu yolda canından keçən oğullarımıza dualar edir, onların qəhrəmanlığı, vətənpərvərliyi barədə danışırlar.
Ötən 5 il ərzində şəhid ailələri həmişə qonaqlı olub. Xalqımız dərdimizə şərik çıxıb, bizi tək qoymayıb. Bu günlər Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov rayonun idarə və müəssisə rəhbərləri ilə birlikdə qonağımız oldu, Bəyimsarov və Sarov kəndlərindən olan şəhid ailələri və qazilərlə görüşdü, qayğılarımızla maraqlandı, qaldırılan məsələlərlə bağlı operativ olaraq məsul şəxslərə tapşırıqlar verdi. Daha ətraflı »


2003-cü il oktyabrın 15-də xalqımız Ulu Öndərin layiqli davamçısı İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.
Dünən döyüş meydanında qəhrəmanlıq nümunəsi göstərən tərtərlilər bu gün əmək cəbhəsində fərqlənirlər. Hər qarış torpaq uğrunda müqəddəs savaşda tarix yazan, ölümsaçan güllələr, raketlər, artilleriya mərmiləri başlarına dolu kimi yağsa da, bir addım geri çəkilməyən tərtərlilərin 44 günlük müharibədə yaşadıqları hər gün gerçək bir qəhrəmanlıq dastanı idi.
Kəndimizdəki uşaq bağçasının binası 1970-ci illərdə tikilib. Son zamanlara qədər istifadəyə yararsız idi.
Prezident İlham Əliyevin 4 oktyabr 2025-ci il tarixdə imzaladığı Sərəncama əsasən, 2025-2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü veriləcək. Həmin tələbələr arasında həmyerlimiz, Tərtər şəhər 5 saylı tam orta məktəbin məzunu Sevinc Əlizadə də var.
Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin Mərkəzi meydanında abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam.
Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm. Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.
Yeni ismarıclar