Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizdə neft və qaz sektorunaun inkişaf etrdirilməsi üçün böyük investisiyalar qoyulub ki,bununda nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Ölkəmiz öz enerji tələbatini ödəməklə yanaşı xaricə neft və neft məhsulları ixrac edir.Bu da onun nəticəsidir ki,Azərbaycanda aparılan iqtisadi siyasət düzgün aparılır..
Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini Azərbaycan hələ iki il əvvəl tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən boru kəmərləri sistemi yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, növbəti ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq. Daha ətraflı »


1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Bakıda görünməmiş qırğınlar törətdi. Bu qırğın zamanı qadın, uşaq, qocaya fərq qoyulmadan müstəqillik istəyən azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Lakin xalqımıza qarşı törədilmiş bu mərhəmətsiz hərəkət əks təsir yaratdı və faciədən az sonra – 18 oktyabr 1991-ci ildə Azərbaycan öz haqq səsini ucaldaraq, müstəqilliyini bütün dünyaya bəyan etdi.
Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Hey-dər Əliyev ili”nə həsr edilmiş məktəblilər ara-sında şahmat turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.
Azərbaycan mətbuatının əsa-sını qoyan “Əkinçi” qəzetinin ilk nüsxəsi çapdan çıxdığı gündən onun üzərində daim senzura olub. Xalqın maariflənməsindən ehtiyat edən çar Rusiyası bu həqiqət carçısının fəaliyyətindən çəkinərək, hər vasitə ilə onun bağlanmasına təsir göstərirdi. Beləliklə də, “Əkinçi”nin çapı az bir müddətdən sonra dayandırılsa da, onun yaydığı mütərəqqi ideyaların qığılcımları sönmədi, Azərbaycanda nəşr olunan digər qəzet və jurnalların fəaliyyəti ilə davam etdirildi.
1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürücüsü ix-tisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyo-ru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisaslarını bitirib.
1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci ildə orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertolyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdılar.
Mən Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində doğulmuşam. 20 yaşına kimi burada yaşamışam. 1988-ci ildə deportasiya nəticəsində ailəmiz kəndimizi tərk edərək Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıb. Ailədə atam, anam və 6 övlad olmuşuq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Həmrəyliyimiz birliyimizdir”adlı respublika rəsm və əl işləri müsabiqəsində Tərtər rayon Uşaq Gənclər Inkişaf Mərkəzinin dərnək üzvləri Aysu Qasımlı və Minayə Həsənli rəsm və əl işi nomina-siyası üzrə birinci yerə çıxaraq diplomla təltif olunmuşlar.
Kəskin respirator virusu infeksiyası yoluxucu virus xəstəliklərinin böyük bir qrupunu özündə birləşdirir. Bu xəstəliklər zamanı əsasən tənəffüs sistemi üzvlərinin selikli qişası zədələnir. Yaz, payız, qış aylarında bu xəstəliklərin intensivliyi artır. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəb isə soyuğun təsirindən tənəffüz yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Bu qrup xəstəliklərə qrip, paraqrip, ade-novirus, rinovirus və respitator-sinsital virusların törətdiyi xəstəliklər aiddir.
Prezident İlham Əliyev 2023-cü il 16 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib.
Yeni ismarıclar