Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    20 Yanvar faciəsindən 33 il ötür

    Bu barədə əsl həqiqətləri dünyaya Ulu Öndər çatdırdı

    1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet Ordusu Bakıda görünməmiş qırğınlar törətdi. Bu qırğın zamanı qadın, uşaq, qocaya fərq qoyulmadan müstəqillik istəyən azərbaycanlılar vəhşicəsinə qətlə yetirildilər. Lakin xalqımıza qarşı törədilmiş bu mərhəmətsiz hərəkət əks təsir yaratdı və faciədən az sonra – 18 oktyabr 1991-ci ildə Azərbaycan öz haqq səsini ucaldaraq, müstəqilliyini bütün dünyaya bəyan etdi.
    İlk olaraq bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğunu o zaman Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev dilə gətirdi.
    Belə ki, 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçıların, günahkarların adlarını çəkdi, qırğın törədənlərin hamısının layiqincə cəzalandırılmasını tələb etdi.
    20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlardan biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiyanın mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, birbaşa Sov.İKP-nin rəhbərlərini ittiham etməsi və əsl həqiqəti dünya içtimaiyyətinə çatdırması bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:01

İsmarıclar bağlıdır.