Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra, ermənilərin bizə qarşı apardıqları elan olunmamış müharibədə atəşkəsin əldə edilməsinə nail oldu. Bununla da Ordumuzun güclənməsinə və mübarizəmizin yenidən davam etdirilməsinə vaxt qazanıldı. Lakin atəşkəs dövründə də insanlarımızın qətlə yetirilməsi, şəhid olması dayanmadı. Əməkdaşımız Elfuzə Vəliyeva atəşkəs dövründə şəhid olan tərtərlilər haqqında məlumat toplamışdı. Burada həmçinin keçmiş Ağdərə rayonunun müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan igidlərin fəa-liyyətini əks etdirən materiallar toplanıb. Aşağıda həmin yazıları oxucularımıza təqdim edirik.

    Cəfərov Anar Qəzənfər oğlu

    1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürücüsü ix-tisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyo-ru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisaslarını bitirib.
    2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2005-2007-ci illərdə Elektromexanika zavodunda gözətçi işləyib. 2008-ci il iyulun 6-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci il oktyabrın 13-dən 703 saylı hərbi hissədə motoatıcı alayında komandir vəzifəsində işləyib. İşlədiyi müddətdə komandanlıq tərəfindən təşəkkür alıb.
    2011-ci il dekabrın 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Papanin hospitalına aparılsa da, de-kabrın 20-də hospitalda şəhid olub. Tərtər şəhər qəbiristanlığında dəfn olu-nub.
    Evli idi. Fidan və Ayşən adlı 2 qızı var. Orta məktəbdə təhsil alırlar. Həyat yoldaşı Arzu Əliyeva Tərtər şəhər 1 saylı bağçada işləyir. Ailəsi ana-sı Esmira Süleymanova ilə birlikdə Tərtər şəhərindəki Qaçay Mehdiyev küçəsindəki 53 nömrəli evdə yaşayır.

    Əliyev Azər Ələkbər oğlu

    1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci ildə orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertolyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdılar.
    Azər Əliyev kəndə qayıtdıqdan sonra əvvəl özünümüdafiə dəstəsinə yazılıb, sonra isə 1991-ci ildə Ağdərə polisində polis işçisi kimi fəaliyyətə başlayıb. Döyüş yolu Murovdağdan, Aterk, Çıldıran, Drambon, Ağdərə və ətraf kəndlərdən keçib. Kəndlərin müdafiəsində ayıq-sayıqlığını itirməyib. Axırıncı döyüşü Borsunlu kəndində postda dayanarkən olub. Erməni polkovnikini öldürdükdən sonra ona məxsus olan ratsiyanı və silahı götürüb geri qayıdarkən snayperlə vurulub. Bununla da 1994-cü il aprelin 26-da şəhid olub, 27-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub. Döyüş müddətində bir sıra mükafatları olub. Ölümündən 10 gün əvvəl sənədləri Polis Akademiyasına təqdim olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
    Ailəlidir, həyat yoldaşı Zərəngiz və 2 qızı – Gülər və Günel hazırda Bərdə rayonunda yaşayırlar.

    Nəcəfov Mübariz Alay oğlu

    8 iyun 1974-cü ildə Bakı şəhərində anadan olub. Ata-anası 1972-ci ildə Bakı şəhərinə köçdükləri üçün orada yaşamalı olublar. Mübariz 1981-1991-ci tədris ilində Bakı şəhəri Xətai rayonunun 86 nömrəli tam orta məktəbinin 10-cu sinfini bitirib. Elə həmin il Azərbaycan Sənaye Universitetinin Energetika fakültəsinə qəbul olub. Ermənistanın ölkəmizə təcavüzünə dözməyən Mübariz 2-ci kursdan – 1993-cü ilin 31 iyunundan könüllü olaraq Xətai rayon hərbi komissarlığından müharibəyə yollanır. Döyüş yolu Ağdərə, Suqovuşan, Donaşen istiqamətindən keçib.
    Mübariz Nəcəfov 1993-cü il dekabrın 29-da Donaşen kəndinin mühasirədən azad edilməsində çoxsaylı bədən xəsarətlərindən şəhid olub. Buruc kənd qəbiristanlığında dəfn olunub. Onun adı 1994-cü ildə təhsil aldığıl Xətai rayon 86 nömrəli tam orta məktəbə verilib. 1994-cü ildə müəllifi Eldəniz Həsənov olan “Şəhid tələbələr” adlı, 1996-ci ildə hərbi polkovnik Elbrus Şahmarın “Şah İsmayıl qartalları” adlı kitablarda onun haqqında ətraflı yazılıb. Subay idi.
    Valideynləri hazırda Bakı şəhərində yaşayırlar.

    Nuriyev Ayaz Yusif oğlu

    1967-ci il yanvarın 13-də Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. Orta məktəbi Şişqaya orta məktəbində bitirib. Uşaqlığı “Sarı nər”də, Göyçə gölünün sahillərində keçib. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra ordu sıralarına yollanıb. Hərbi xidmətini Rusiyada çəkib. Hərbi xidmətini başa vurduqdan sonra doğma yurdu Göyçəyə qayıdıb. Atası Yusifin, anası Zərəngülün qayğısı ilə yaşayıb, təsərrüfat işləri ilə məşğul olub, vaxt tapdıqca kitabları mütaliə edərək ali məktəbə hazırlaşıb. 1987-ci ildə Gəncə şəhərində Texnologiya İnstitutuna qəbul olunub. 1992-ci ildə təhsilini başa vurub. Həmin il ermənilər Ermənistandakı azərbaycanlıları öz dədə-baba yurdlarından bir həftə ərzində zorla qovdular. Bu haqsızlıq başqa həmvətənləri kimi Ayazı narahat edirdi. Yeni fəaliyyətə başladığı Gəncə Alüminium zavodunda işləsə də, ürəyində Vətən sevgisi ona rahatlıq vermirdi.
    Tərtər rayonunun ərazisindəki 703 saylı hərbi hissənin tərkibində düşmənlə mübarizəyə qalxır. Bölgənin ən qaynar nöqtələrində mənfurlara qarşı igidliklə vuruşur. O, həmin dövrdə kiçik gizir rütbəsini daşıyırdı.
    Ayaz Nuriyev 1995-ci il yanvarın 13-də minaya düşüb və onu xilas etmək mümkün olmayıb. Ailəsinin məskunlaşdığı Tərtərin Bəyimsarov kəndinin qəbiristanlığında dəfn olunub.
    Evli idi, iki qızı var. Aytən və Qönçə. Ailəsi Bakı şəhərində yaşayır.

    Aslanov Məstəli Rəşid oğlu

    1932-ci ildə Ortagüney kəndində doğulub. 1950-ci ildə Ağdam Kənd Təsərrüfatı texnikumunu aqronom ixtisası üzrə bitirib. Kənddə aqronom, sürücü işləyib. 15 sentyabr 1954-cü ildə hərbi xidmətə çağırılıb, 1957-ci ildə hərbi xidmətdən tərxis olunub. 1958-ci ildən Ağdərə rayon polis şöbəsində işləyib. Azərbaycanlı qadına haqsızlıq edildiyini gördükdən sonra 1963-cü ildə öz ərizəsi ilə polis şöbəsindən işdən azad edilib. Ağdərə rayon meşə idarəsində sürücü işləyib.
    Məstəli Aslanov 1989-cu ildə erməni işğalçılarının törətdiyi faciələrin qarşısını almaq məqsədilə doğma kəndində yaradılmış özünümüdafiə dəstəsinə qoşulub. O zaman 60 yaşı vardı. Kənd camaatının silahlanmasında xüsusi köməkliyi olub. Ortagüney kəndinin və qonşu kəndlərin müdafiəsində dəstənin fəallarından biri idi. 1992-ci il martın 12-də Ortagüney kəndi-nin müdafiəsində şəhid olub. Doğma kəndi həmin gün işğal olunub. 1 aydan sonra qızının və özünün nəşi erməni cəlladlarından alınaraq Ağdam rayonunun Uzundərə Şəhidlər Xiyabanında dəfn edilib. Həyat yoldaşı 1990-ci il 20 Yanvar hadisələrinə dözməyərək dünyasını dəyişib. Yaşadıqları kənddə dəfn edilib.
    Hazırda 2 oğlu və 3 qızı Bərdə rayonunun Divanlı kəndində yaşayırlar. Orta– kənd ərazi nümayəndəli-yində qeydiyyatdadırlar.

    Tanrıverdiyev Surxay İmamverdi oğlu

    1929-cu ildə Tərtər ra-yonunun Qapanlı kəndində anadan olub. Həmin kənddə yaşayıb, çalışıb. 2004-cü il fevral ayının 16-da Qapanlı kəndinin otlaq sahəsində özünə məxsus qoyunları otararkən qonşu Seysulan kəndi istiqamətindən snayperlə başından vurularaq şəhid olub. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
    Ailəli olub. Akim, Qanboy, Elxan, Bəhlul adlı 4 oğlu, Xalidə, Fəridə, Validə adlı 3 qızı qalıb. Övladları ailəlidirlər. Nəvələri var. Ailəsi üçün Tərtər rayonunun Qapanlı kəndində 3 otaqlı fərdi ev tikilib. Həyat yoldaşı rəhmətə gedib. Oğlu və nəvələri kənddə yaşayırlar.

    Əliyev Tələt İfrət oğlu

    Şəhid Əliyev Tələt İfrət oğlu 1972-ci il 20 may tarixində Ağdərə rayon İmarət-Qərvənd (Kərəmli) kəndində polis ailəsində dünyaya gəlmişdi. Həmin kənddə orta təhsili bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı texnikumunu bitirmişdi. 1991-ci il sentyabr ayında ermənilərin həmin kəndə hücumu zamanı həmkəndliləri ilə birlikdə kəndin müdafiəsində fəal iştirak etmişdir. Buna baxmayaraq ailəsi ilə birlikdə öz doğma kəndindən çı-xaraq, qaçqınçılıq həyatı yaşamışdı. İlk dəfə Tərtər rayonunda məskunlaşmış, 6 aydan sonra isə Şəki rayon Qoxmuq kəndində inzibati binaların birində məskunlaşmışdı. 1993-cü il 26 oktyabr tarixində Şəki komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdi. Bir çox döyüşlərdə iştirak etmişdi. 1994-cü il 24 aprel tarixində Ağdam rayonunun Güllücə kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur.

    Müəllif: Redaktor, 11:26

İsmarıclar bağlıdır.