Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Hey-dər Əliyev ili”nə həsr edilmiş məktəblilər ara-sında şahmat turniri keçirilib. Turnirdə rayonun pilot məktəblərindən 6-8, 10-12, 14-16 yaş qrupları üzrə 30-u qız, 50-si oğlan olmaqla ümumilikdə 80 nəfər məktəbli iştirak edib.
    Turnirə start verməzdən öncə rayonun mərkəzi meydanında müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül-çiçək dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.
    Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində davam edən turnirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Elvin Umudov çıxış edərək bildirib ki, 2023-cü ilin “Heydər Əliyev İli” kimi təsis edilməsi, həmçinin bu istiqamətdə il ərzində həyata keçiriləcək silsilə tədbirlərin təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi.
    “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir və müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında ro-lunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan Res-publikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir.
    Sonra YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, rayon Təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və UGİŞM-nin direktoru Emin Quliyev çıxış edərək, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rolundan danışıblar.
    Yekunda qalib şahmatçılar YAP Tərtər rayon Təşkilatının və Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif ediliblər.

     

    Müəllif: Redaktor, 12:57

İsmarıclar bağlıdır.