“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb



Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi. Daha ətraflı »


2023-cü il ölkəmiz üçün çox düşərli oldu. 2020-də qazandığımız Böyük Zəfərimiz “Heydər Əliyev” ilində daha da böyük qələbə ilə nəticələndi–sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatları nəticəsində torpaqlarımızın işğalına tamamilə son qoyuldu, suverenliyimiz bərpa edildi. Bu döyüşlərdə mənim yaxınlarımdan 4 gənc iştirak edib. Onlardan biri – qardaşımın nəvəsi Fuad Məhərrəmli şəhidlik zirvəsinə ucaldı, qalanları isə düşmənlə mübarizədə qəh-rəmanlıq nümunələri göstərərək qazi kimi ailələrinə döndülər. Dövlətimiz, Prezidentimiz tərəfindən onların igidliyi yüksək qiymətləndirilib, müxtəlif medallara və digər mükafatlara layiq görülüblər.
Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Sənan Kazımov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 1 saylı tam orta məktəbinin direktoru Amil Hüseynov və şagirdlər iştirak ediblər.
Möhtəşəm bir ili –2023-ü, “Heydər Əliyev ili”ni yola salırıq. Xalqımız çox qürürlu, çox sevinclidir. Hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi var. Bu il yeni təqvim ilinin gəlişi Azərbaycanın bütün ərazilərində, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə qeyd olunacaq. Artıq Prezident İlham Əliyevin qayğısı və həyata keçirdiyi tədbirlər nəticəsində bu yerlərə Böyük Qayıdış başlayıb. Keçmiş məcburi köçkünlərin bir hissəsi öz doğma torpaqlarına ayaq basıb, uzun illərin həsrətinə son qoyublar. Kəndlər, obalar erməni vandalizminin vurduğu yaralardan xilas olaraq, yenidən tikilir, qurulur.
Yeniilqabağı günlərdə Tərtərdən Laçının Zabux kəndinə daha bir köç yola düşdü. Düyərli kəndində məskunlaşan İlhamə Qədirova ilə elə əşyalarını maşına yükləyərkən görüşdük. Çox sevincliydi. Köməyə gələn qonşuların da əhval-ruhiyyəsi yüksək idi. Axı, söhbət Vətənə qayıdışdan gedir. Bundan gözəl nə ola bilər?
Balaca Zəhra Böyük Qayıdışdan sonra Talış kəndində dünyaya gələn ilk uşaqdır. Atası Anar Camalov bu barədə belə deyir:
Əfruz Abışova vaxtilə bizim məktəbdə işləyib. İndi təqaüddədir, ancaq yenə də məktəbimizin işlərilə maraqlanır, yeri düşəndə bizə dəyərli məsləhətlər verir. O, məktəbimizin yaxınlığında, Əli İsmayılov küçəsində yaşayır.
Mən qəhrəman Tərtərdə doğulub, boya-başa çatmışam. Şəhər 1 saylı tam orta məktəbin rus bölməsini bitirmişəm.
Yeni ismarıclar