Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru, polis leytenantı Sirac Əlizadə, Vətən müharibəsi qazisi Təhmuraz Muradov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı Sənan Kazımov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 1 saylı tam orta məktəbinin direktoru Amil Hüseynov və şagirdlər iştirak ediblər.
Vətən müharibəsi qazisi gənclər arasında vətənpərvərliyin mahiyyəti, vətənə məhəbbət mövzusunda şagirdlərlə öz dü-şüncələrini bölüşmüşdür.
Həmçinin çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmadır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən də danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.