Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    Balaca Zəhra Böyük Qayıdışdan sonra Talış kəndində dünyaya gələn ilk uşaqdır. Atası Anar Camalov bu barədə belə deyir:
    –Uzun illər ailəmiz məcburi köçkün həyatı yaşayıb. İndi şükürlər olsun ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində doğma torpaqlarımıza qayıtmışıq. Burada üçotaqlı rahat mənzillə təmin olunmuşuq. Novruz bayramı günlərində dövlət başçısı özü kəndimizin qonağı olub, bizə xeyir-dua verdi.
    Talış kəndində ailələrin rahat yaşaması üçün lazımi infrastruktur yaradılıb. Camalovlar ailəsinin daha 2 övladı – Yusif və Tuncay, biri məktəblidir, biri isə kənddəki uşaq bağçasına gedir.
    Qarşıdan gələn Yeni ili ailə yüksək əhval-ruhiyyə ilə qarşılayır. Artıq yeni mənzildə şam ağacı da bəzədilib.
    ANAMA-nın əməkdaşı olan ata deyir ki, işimiz çətin və məsuliyyətli olsa da, böyük həvəslə işləyirik. Axı, torpaqlarımız düşmənin hər addımda basdırdığı minalardan nə qədər tez təmizlənsə, bizim kimi digər məcburi köçkünlər də öz doğma ocaqlarına qovuşa biləcəklər. Yeni ildə hər bir ailəyə sülh, əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayırıq.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:25

İsmarıclar bağlıdır.