“Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri mükafatlandırılıb
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. Rayon rəhbəri öz çıxışında bildirib ki, 2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” elan olundu və ölkə rəhbərinin 28 noyabr 2022-ci il tarixli sərəncamı ilə “Heydər Əliyev ili” ilə bağlı tədbirlər planı, həmin tədbirlər planı əsasında isə rayon icra hakimiyyəti tərəfindən keçiriləcək tədbirlərin təqvim planı təsdiq edildi. Həmin təqvim planına əsasən bu günədək rayonumuzda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər – elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
Rayonumuzun tanınmış ziyalılarının, elm xadimlərinin iştirakı ilə keçirilən Ulu Öndərin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans bu insanların həmyerliləri qarşısında bir növ hesabatına çevrildi, onlar Ümummilli Liderin Azərbaycanın, hər bir azərbaycanlının taleyində misilsiz rol oynadığını bildirdilər.
Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz buraxdı.
Milli Məslisin deputatları, politoloqların iştirakı ilə keçirdiyimiz tədbirlər də yaddaşlara yazıldı.
Rayonumuza gələn hörmətli qonaqlar, nazirlər tərtərlilərlə birlikdə yubileyə həsr olunmuş agacəkmə aksiyalarında həvəslə iştirak etdilər.
Bu gün isə Sizinlə birlikdə Ümummilli Lider Heydər Əli-yevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yekun tədbirə yığışmışıq.
İcra başçısı Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Azərbaycanın ta-rixində dövlətçıliyin və müstəqilliyin əsasının qoyulduğunu, onun 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxışınının Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib. Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və çətin sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmləndirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qo-runması Heydər Əliyev şəxsiyyətinin nəticələridir.
Vurğulanıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü mi-silsiz işlərdən danışan icra başçısı bildirib ki, Ümummilli Lider öz xalqını çox sevirdi və milli mənsubiyyətinə çox sadiq idi. Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli varisi olduğunu sübut etdi və ata vəsiyyətini yerinə yetirdi. 2023-cü il – “Heydər Əliyev İli” bütün ölkəmiz üçün uğurlu oldu. Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız terrorçulardan tamamilə təmizləndi, ərazi bütövlüyümüz tam təmin edildi.
Yeni il də bizim xalqımız, dövlətimiz üçün əlamətdar olacaq. 7 fevral – növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinin ən önəmli seçkiləri olacaq. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, “Qarabağ” Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılov, ”Əməkdar müəllim” İlham Məmmədov, şəhid anası Afidə Mirzəyeva, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova və şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Ayişə Bayramlı məhz Ulu Öndərin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycanın regionda aparıcı qüvvələrdən birinə çevrildiyini deyiblər. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri bitib-tükənməzdir.
Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Bildirilib ki, Ulu Öndər əməlləri, sözləri ilə örnək olan və arxasınca böyük bir xalqı aparmaq qabiliyyətinə malik bir şəxsiyyət idi. Bizim hər birimiz ona borcluyuq. Əgər biz bu gün varıqsa, dövlətimiz varsa, dövlətçiliyimiz varsa, bütün bunlara görə Ulu Öndərə borcluyuq. Bu gün onun irsini qoruyaraq olduğu kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
Tədbirin sonunda “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.