Babalar, nənələr sağlam və xoşbəxt olsunlar
Əfruz Abışova vaxtilə bizim məktəbdə işləyib. İndi təqaüddədir, ancaq yenə də məktəbimizin işlərilə maraqlanır, yeri düşəndə bizə dəyərli məsləhətlər verir. O, məktəbimizin yaxınlığında, Əli İsmayılov küçəsində yaşayır.
Yeniilqabağı günlərdə məktəbimizin müəllimi Kifayət Kərimova və şagird yoldaşlarımla Əfruz nənənin qonağı olduq, səhhəti ilə maraqlandıq. Həyətində təmizlik işləri aparmaqda kömək etdik. Əfruz nənə dedi:
– Uşaqlar, yadda saxlayın ki, yaşlı insanları həyata bağlayan sizlərin qayğı və diqqətidir. Harada olur-olsun – ailədə, ictimai yerlərdə, qocalara hörmətlə yanaşın. Həm də onların təcrübəsindən faydalanın. Çünki onların hər birinin həyatı oxunmamış kitabdır.
Mən arzu edirəm ki, yeni 2024-cü ildə babalar, nənələr sağlam və xoşbəxt olsunlar!
Məhəmməd KƏRİMLİ,
Aslan Kərimov adına
şəhər 3 saylı orta məktəbin şagirdi