Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi davam etdirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Son günlərədək Tərtər rayonu üzrə ümumilikdə 10000-ə yaxın doza COVİD-19 infeksiyasına qarşı vaksin vurulub ki, bunun da 6500-ə yaxını birinci doza, 3500 ikinci dozadır.
-
30AprSəhiyyə VAKSİNASİYA PROSESİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
-
30AprDigər TƏRTƏR İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
Qədim Qarabağda, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən keçmiş karvan yolunun üstündə yerləşir.Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyni adlı çayın üzərində yerləşən bu rayon suyu və zəngin təbii sərvətləri ilə məşhurdur.1934-cü ildə yaradılan Tərtər rayonunun adı 5 avqust 1949-cu ildə dəyişdirilərək Mirbəşir adlandırılmışdır. 7 fevral 1991-ci ildə yenidən Tərtər adlandırılmışdır.
Rayonda 24 tarixi və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Daha ətraflı » -
30AprƏdəbiyyat 2021-ci il “Nizami Gəncəvi ili” üçün şərhlər bağlıdır
MƏHƏBBƏTƏ DÜNYƏVİ MÜNASİBƏT
Dahi Azərbaycan şairi, mütəfəkkir, filosof Nizami Gəncəvi Azərbaycanın qədim şəhəri olan Gəncədə anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Şairin əsl adı İlyas Yusif oğludur. Nizami isə onun təxəllüsüdür. Dövrünün digər şairləri kimi Nizami də doğulub böyüdüyü Gəncə şəhərinin adını özünə nisbə götürmüşdür və beləliklə dünyada Nizami Gəncəvi adı ilə tanınmışdır.
Qədim dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də doğulduğu və vəfat etdiyi illər dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq hesablanmışdır. Şair 1141-ci ildə (hicri təqvimi ilə 535-ci il) anadan olmuşdur.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarixini və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
Həmişə Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin ona kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur. 1947-ci ildə Nizami Gəncəvinin məqbərəsində
aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılmışdır. Həmin daşdan şairin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi müəyyən edilmişdir. Daha ətraflı » -
30AprƏdəbiyyat NİZAMİ GƏNCƏVİNİN MUDRİK KƏLAMLARINDAN üçün şərhlər bağlıdır
Xalq mənə versə də əziyyət, kədər,
Qıymaram incisin məndən bir nəfər.Zəhmətlə açarsan bağlı tilsimi,
Açdın, xəznə çıxar aydın gün kimi.Əziyyət eyləsən, cəfa görərsən,
Mehribanlıq etsən, səfa sürərsən.Bu dərya yolunda vardır çox zəhər,
Əziyyət çəkənlər dürr əldə edər.Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.Bilikli adamlar uzağı görər,
Cahilin zəhməti hədərdir, hədər.Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.El gözündə Nizami ucalıbdır düzlükdən,
İlhamına, qəlbinə gün salıbdır düzlükdən.Bir xərabə görsən, qurmağa tələs,
Məsləhət belədir, əməyin itməz.Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat. -
30AprMilli-mənəvi dəyərlər DƏBLƏ GEYİNMƏK, YOXSA YARAŞANI GEYİNMƏK? üçün şərhlər bağlıdır
Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa…Qeyd edək ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.Dəbi izləyin, amma ona uymayın. Hər zaman pulunuzu geyimə xərcləməyin. Bundan 2-3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Daha ətraflı »
-
30AprMilli-mənəvi dəyərlər DİN VƏ YALAN DANIŞMAQ üçün şərhlər bağlıdır
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun”.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar”.
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir”. Daha ətraflı » -
30AprMilli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır
Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi yeni elementlər daxil olur.
İnsan sosial varlıqdır, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Daha ətraflı » -
30AprDigər MƏDƏNİYYƏTİMİZİN PAYTAXTI ŞUŞA üçün şərhlər bağlıdır
Xalqımızın mədəniyyət, incəsənət, xüsusilə musiqi sənətinə dahilər bəxş etmiş Şuşa şəhərinin azad olunması, orada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlıda xüsusi qürur hissi oyadır. Məhz Zəfər tariximizin də Şuşanın azad olunduğu gün ilə qeyd edilməsi buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan rayonlarına səfərindən sonra Şuşaya səfəri bir sıra layihələrin təməllərinin qoyulması baxımından daha çox maraq kəsb etdi.
Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhərinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir : “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq”. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.
Şuşa şəhərinin Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilməsini qeyd edən ölkə başçısı Daha ətraflı » -
29AprDigər BƏZİ ÖLKƏLƏRƏ QARŞI TƏTBİQ OLUNAN “İKİLİ STANDARTLAR” SİYASƏTİ DÜNYANIN DAYANAQLI İNKİŞAFI ÜÇÜN TƏHDİDLƏR YARADIR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bir neçə məsələni özündə ehtiva edən geniş çıxışı olmuşdur. Cənab Prezident çıxışında əsas olaraq COVİD-19 pandemiyasına qarşı mübarizədə əldə olunan uğurlardan və mövcud problemlərdən, eyni zamanda ermənistan-Azərbaycan arasında illərdir davam edən və nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində sonlandırılan Dağlıq Qarabağ məsələsinə diqqət çəkmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında ilk olaraq bildirmişdir ki, dünyada COVİD-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə yaşayırıq. Bu bəla artıq 2 ilə qədər bir müddətdir ki, dünya əhalisinin demək olar ki hamısının gündəlik həyatda rastlaşdığı və haqqında müzakirələr apardığı bir mövzuya çevrilib. Daha ətraflı »
-
28AprDigər DÜNYA TARİXİ DAHA BİR BEYNƏLXALQ RİYAKARLIQ NÜMUNƏSİ İLƏ SAXTALAŞDIRILDI üçün şərhlər bağlıdır
Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürüdür. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir .Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.
Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir.Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Daha ətraflı »
Yeni ismarıclar