Qədim Qarabağda, Tərtər çayının sağ və sol sahilində yerləşən Tərtər coğrafi mövqeyinə görə Qərblə Şərqin arasından keçən keçmiş karvan yolunun üstündə yerləşir.Qarabağın dağ və aran hissəsinin qovuşduğu yerdə eyni adlı çayın üzərində yerləşən bu rayon suyu və zəngin təbii sərvətləri ilə məşhurdur.1934-cü ildə yaradılan Tərtər rayonunun adı 5 avqust 1949-cu ildə dəyişdirilərək Mirbəşir adlandırılmışdır. 7 fevral 1991-ci ildə yenidən Tərtər adlandırılmışdır.
Rayonda 24 tarixi və mədəniyyət abidələri var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bə-yimsarov, Xoruzlu, Dəmir-çilər kəndlərində yerləşir. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcudur.
Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Rayonun 24 kəndi təmas xəttində yerləşdiyindən bu ərazilərdə tez-tez döyüşlər getmişdir.
2021-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı da Tərtər ciddi dağıntılara məruz qalmış, 43 hərbi və 16 mülkü şəhid vermiş, 1 nəfər itkin düşmüşdür. 44 günlük müharibə dövründə Tərtər rayonunun ərazisinə ermənilər tərəfindən 16 mindən çox mərmi atılmışdır.
Birinci Qarabağ müharibəsi dövründə Tərtər rayonunda 325 nəfər şəhid olub. Onlardan 3 nəfəri (Vəzir Orucov, Elman Hüseynov və Füzuli Rüstəmov) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.
Burada regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları uğurla reallaşdırılır. Dövlətimizin başçısı İlham Əliyevin rayona hər gəlişi bu bölgənin inkişafına əlavə təkan verir. Prezident İlham Əliyev ötən il iyunun 3-də Tərtərə növbəti dəfə səfər emişdir. Azərbaycan Prezidenti Tərtərin sosial-iqtisadi inki-şafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncamlar rayonun sürətli yüksəlişini təmin etməkdədir. Ölkə rəhbəri rayonumuza sonuncu səfəri zamanı bir çox mühüm dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak etmişdir.
Müharibənin vurduğu ciddi ziyanlara baxmayaraq Tərtər günü-gündən inkişaf edir, ümumi görünüşü gözəlləşir. Düzdür rayonumuz çox böyük olmasa da, daima inkişaf edir, yeni obyektlər açılır, iş yerləri artır, kənd təsərrüfatı inkişaf edir, kəndləri birləşdirən yollar yenidən qurulur, kənd məktəbləri əsaslı şəkildə təmir olunur və ya yeni məktəblər tikilir. Bu da cənab Prezidentimizin Tərtərə və tərtərlilərə xüsusi diqqət və qayğısından irəli gəlir.
Əlbəttə, bu işlərin görülməsində rayon rəhbərliyinin də gərgin zəhməti qeyd olunmalıdır.
Rayonumuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada əkinçilik, maldarlıq, pambıq, taxıl, meyvə və tərəvəz, yem bitkiləri və tingçilik inkişaf etmişdi. Rayonda pambıqtəmizləmə zavodu, elektromexanika zavudu, qumçınqıl istehsal edən karxanalar fəaliyyət göstərir.
Dövlət başcısının gənclərə göstərdiyi diqqət və qayğı Tərtər rayonunun gənclərinin də həyatında öz əksini tapmışdır. Prezidentimiz qeyd etmişdir: “Mən çox şadam ki, gənclərimiz ölkəmizin hərtərəfli inkişafında öz rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər, vətənə bağlıdırlar, milli ruhda tərbiyə alırlar, gələcəkdə ölkəmizi uğurla idarə etmək üçün indidən hazırlaşmalıdırlar”.
Rayonumuzda təhsilə xüsusi diqqət və qayğı göstərilir. Gənclərimizin gələcəkdə həyatda doğru-düzgün mövqe tutmaları üçün təhsilin rolu böyükdür. Bir atalar sözündə deyildiyi kimi, “biləyin gücü bir nəfəri yıxar biliyin gücü min nəfəri”. Burada yeni məktəb binalarının tikilib istifadəyə verilməsi təhsilin səviyyəsini daha da yüksəldir. Statistik məlumatlara görə rayonumuzda 47 dövlət əyani ümumtəhsil müəssisəsi, 28 məktəbə qədər təhsil müəssisəsi, texniki peşə məktəbi, 25 klub, 42 kütləvi kitabxana, 3 mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.
Mənim gözəl Tərtərim hal-hazırda yaşıllıqlar qoynunda bərqərar olan cənnəttimsal bir məkana çevrilib. Burada yaşamaq da, işləmək də insana zövq verir.
İlahə PAŞAZADƏ