Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek
    Digər “Qadınlara qarşı zorakılığa son deyək!” üçün şərhlər bağlıdır

    QADINLARA QARŞI ZORAKILIQDAN BÜTÜN CƏMİYYƏT ƏZİYYƏT ÇƏKİR

    Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Tərtər Qadın Resurs Mərkəzi və rayon Mədəniyyət Mərkəzi birlikdə ”Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Qadınlara qarşı zorakılığa son deyək!” mövzusunda “dəyirmi masa” kecirib.
    Tədbirin keçirilməsində məqsəd ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün əhaliyə düzgün istiqamətlənmiş məlumatları təqdim etməkdir.
    Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları Svetlana Əzizova, Pərişan Orucova, YAP rayon təşkilatının nümayəndəsi Əli Paşayev, Tərtər Qadın Resurs Mərkəzinin rəhbəri Qumru Şəmilova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, mədəniyyət işçiləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
    Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova cəmiyyətdə qadınların hüququ və siyasi fəaliyyəti, qadınlara qarşı məişət zorakılığı və “Qadın Zorakılığına Qarşı Mübarizə Günü”nün tarixi barədə danışıb. Qeyd edib ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi də təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
    Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ və narıncı lentdir.
    BMT baş katibi Pan Gi Mun bununla bağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: “Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır”. Daha ətraflı »

  • 10Dek
    Xəbərlər Qayğı üçün şərhlər bağlıdır

    Şəhid Fiqan Həmidovun ailəsi ziyarət olunub

    44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra və 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş tutmuş lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Doğma Qarabağ torpaqlarına Böyük Qayıdış başlayıb. Keçmiş məcburu köçkünlər dədə-baba yurdlarına dönürlər.
    Bu böyük uğurun, sevincin içində bir təşəkkür, sonsuz minnətdarlıq hissi var: Zəfəri bizlərə qazandıran Müzəffər Ali Baş Komandanımıza, Ordumuza, Qarabağ uğrunda qan tökən, canından keçən şəhidlərimizə və qazilərimizə.
    Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da şəhid ailələri, qazilər və müharibə veteranları rayon rəbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.
    Rayon rəhbəri, ictimaiyyət nümayəndələri müntəzəm olaraq belə ailələrin qonağı olur, qayğıları ilə maraqlanırlar. Şəhid valideynləri, doğmaları görürlər ki, zaman keçdikcə, onların övladları unudulmur, xalqın yaddaşında əbədi yaşayırlar.
    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin baçşısı Müstəqim Məmmədov, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xdmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov və YAP rayon təşkilatının sədri Eldar Əsədov Yuxarı Qaradağlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Fiqan Zahid oğlunun ailəsini ziyarət ediblər.
    Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyevin hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib. Daha ətraflı »

  • 10Dek
    Digər Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi mövzusunda “dəyirmi masa” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin icrası ilə bağlı olaraq “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi-nin genişləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyası və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev çıxışında mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin müsbət nəticə göstərdiyini bildirib.
    Daha sonra mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlərin həllindən bəhs edilib.
    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

     

  • 10Dek
    Ədəbiyyat SATİRİK HEKAYƏ üçün şərhlər bağlıdır

    MƏKTƏB BUFETİNDƏ

    Çiçək nənə səhər-səhər bufetə daxil olub, ətrafa göz gəzdirdi. İnsafən, hər yan səliqəli idi. Yorğun olsa da, evə gedəndə buraları silib-süpürmüşdü. Dərindən “ah” çəkib, divardan asılmış yağlı döşdüyünü götürdü və taxdı sinəsinə. Döşdüyün yanındakı ağappaq qar kimi xələtə və üçkünc yaylığa gözucu baxıb düşündü: “Kaş bu gün yoxlama-filan gəlməsin. Nə bişirdiyim yağlı kökələri sata bilirəm, nə də evə pul aparıram. Belə də iş olar?”
    Sonra Çiçək nənə evdə hazırladığı bir ləyən yağlı kökəni çıxarıb qoydu piştaxtanın üstünə. Müxtəlif şirələrin, suların, peçenyelərin tozunu silib, yenə də öz-özünə götür-qoy eləməyə başladı: “Keçən dəfə bir uşaq bu sudan zəhərlənəndə yaman qorxdum. Dedim, yenə yoxlamalar gəlib buranı ələk-vələk edəcək, nə bilim, istehsal tarixini, keyfiyyətini, harada hazırlanmasını yoxlayacaqlar. Şükür, valideyn insaflı oldu, şikayət eləmədi. Bir də ki, axı mən neyləməliyəm. Zəhmət çəkib uşaqlarına su qoysunlar də.
    Elə bu vaxt dərsin bitməsini bildirən zəng çalındı. Bircə dəqiqə keçməmiş bufetin qapıları şaqqıltı ilə açıldı və ətrafı “Çiçək nənə, Çiçək nənə!” səsləri bürüdü. Bufetçi qadın sanki bu səsləri eşitmirdi. Onun gözləri də, fikri də güc-bəla ilə özlərini piştaxtanın qarşısına çatdıran uşaqların əllərindəki puldaydı. Qəpikləri alıb, kiminə kökə, kiminə isə uşaqların dili ilə desək, “şirniquşu” verirdi. Arxada isə uşaqlar tıxacdan tərpənə bilmirdilər. Aşağı sinif şagirdlərindən bəzilərinin ayaqları göydə qalmışdı. Gözlərindən yaş axırdı, amma kim idi onlara fikir verən? Zəng vurulmamış hamı Çiçək nənədən nəsə bir şey almaq, evdən gətirdikləri qəpikləri xərcləmək istəyirdi.
    Zəng çalındı. Şagirdlər sanki bir əmrlə geri döndülər və bir-birindən aralandılar. Bayaqdan ayaqları göydə qalan balacalar şaqqıltı ilə yerə dəydilər. Çiçək nənə yalnız indi onları gördü. Yaxınlaşıb qaldırdı və yağlı əlləri ilə gözlərinin yaşını sildi.
    Ətrafa sakitlik çökdü. Bufetçi qadın ayaqlarının dincini almaq üçün oturdu və dərindən fikrə getdi: “Bizim vaxtımızda belə deyildi. Tək-tük adamlar məktəbə gedən uşağına pul verirdi. Bufetin pəncərəsinin qarşısında bir-iki uşaq olardı, onlar da, ya bir kökə, ya da peçenyə alardılar. Qalanlarına isə analar evdən bir balaca pay qoyardılar. Bəs, görəsən indiki analar niyə belə deyillər?” Xəyalında canlandırdığı səhnədən özü də qorxdu: “Yaxşı ki, belə deyillər. Bəs, onda mən bu qədər pulu necə qazanardım?” Daha ətraflı »

  • 10Dek
    Digər Sağlam olmaq istəyirsinizsə üçün şərhlər bağlıdır

    Qış aylarında immunitetin zəifləməsinin qarşısını necə almalı

    Qış aylarında günlərin qısalması, günəşli günlərin sayının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Odur ki, qışda süfrələrimizin orqanizm üçün xeyirli olan ərzaqlarla daha zəngin olmasına fikir vermək lazımdır.
    Həkimlərin söylədiyinə görə, soyuq qış aylarında immuniteti möhkəmləndirmək üçün rasiona dənli bitkilərdən bişirilən müxtəlif sıyıqları daxil etmək lazımdır. Həmçinin qışda sitrus meyvələrindən istifadə etmək lazımdır. Bu meyvələrin tərkibində olan C vitamini virus infeksiyalarına qarşı müqaviməti artırır.
    İmmuniteti artıran ən yaxşı qida növlərindən biri də balıqdır. Qışda balıq süfrədən əskik olmamalıdır.
    Soyuq, şaxtalı havalarda D vitamininin qəbulu azalır. Ancaq havanın günəşli olmasından istifadə edib gəzintiyə çıxmaq da vacibdir. Bu zaman orqanizm üçün çox vacib olan D vitamininin azalmasının qarşısı alınar.
    Qışın ləzzəti itburnu, nanəli və limonlu çayların qəbul edilməsindədir. Bu, soyuq havada bədənin temperaturunu aşağı düşməyə qoymur. Daha ətraflı »

  • 10Dek
    Səhiyyə Qripdən necə qorunmalı? üçün şərhlər bağlıdır

    Hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biri məhz qripdir. Qripin ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddət sonra isə hərarət, burun axması, əzələ ağrıları, halsızlıq bunlara əlavə olunur. Qrip müalicə edildikdə bir həftə, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də “baş qaldıra” bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür. Üç gündən artıq davam edən hərarət, qusma, tənəffüs çətinliyi müşahidə olunarsa, gecikmədən həkimə müraciət etmək lazımdır.
    Qripdən necə qorunmaq olar?
    Qripin hər fəsildə özünü göstərə biləcəyi məlumdur. Lakin, qış aylarında hava şəraiti, qapalı məkanlar və havasızlıq ilə əlaqədar olaraq bu virus özünü daha çox büruzə verir. Qripdən qorunmağın əsas yolu gigiyena və qidalanmadır.
    Xəstəlikdən qorunmaq üçün ilk növbədə tərkibində bol, əsasən də, A, C, E vitaminləri ilə zəngin olan qidalardan faydalanmaq, səhər yeməklərinə xüsusi diqqət yetirməyə və yeni sıxılmış təbii meyvə şirələrindən istifadə etməyə çalışmaq lazımdır. Qida rasionundan ət və ət məhsulları, yumurta, müxtəlif meyvə-tərəvəzlər, süd və süd məhsullarını əskik etməməyiniz, gün boyu bol maye qəbul etmək, idmanla məşğul olmaq məsləhət görülür. İmmunitetinizi möhkəmləndirmək üçün hər gün eyni vaxtda yatıb-durmağa çalışın. Daha ətraflı »