Magistral yolların kənarlarında ağacların əkilməsi üçün hazırlıq işləri aparılır



Prezident İlham Əliye-vin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Köçərli kəndi ərazisində 18–27 oktyabr tarixlərində əkiləcək ağacların quyularının qazılması və ərazinin tullantılardan təmizlənməsi işləri aparılıb.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən aksiyasda Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
Aksiyanın keçirilməsin-də məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrinin davam etdirilməsi, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verilməsidir.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun kənarlarına rayon icra hakimiyyəti tərəfindən 18–27 oktyabr tarixlərində 11000 ədəd müxtəlif növ həmişəyaşıl və meyvə ağaclarının əkilməsi nəzərdə tutulub.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nəcəfov Mübariz Halay oğlunun atası Halay Nəcəfovu 85 illik yubileyi münasibəti ilə doğum gü-nündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. İcra başçısı şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Keçmiş döyüşçü, qazi Təhmuraz Muradov hal-hazırda Dəmirçilər kənd tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləyir. Şagirdlər tarix yazan bu müəllimdən ilk növbədə Vətəni sevməyi, insanpərvərliyi, yoldaşlığı, qorxmazlığı öyrənirlər.
Mülki şəhid Anar Quliyevin ailəsindəyik. Bizi şəhidin ömür-gün yoldaşı Esmira xa-nım qarşılayır. Uşaqlar hələ məktəbdədirlər. Ancaq hiss edirik ki, bu lal sükutun içində Esmira xanım tək deyil. Dörd tərəfə vurulmuş şəkillərdən Anarın qayğılı baxışları ona zillənib, sanki ürəkləndirir, “möhkəm ol”,– deyir.
Hər nə qədər və harada ya-şamağımızdan asılı olmayaraq, doğulduğumuz məkan qədər gözəl bir yer yoxdur. Bu yaxınlarda kəndimizə –Rəcəbliyə getmişdim. Yolun kənarında şəhid Şahin Eyvazovun şəklini gördüm. Çox təsirləndim. Bir anlıq gözlərim doldu. Şəkildən sanki üzümüzə gülümsəyirdi. Maşından düşüb, şəklin önündə bir xeyli dayandım. Fikirləşdim ki, görəsən o, gözlərilə nə demək istəyir? Bircə şeyi bilirəm ki, indi şəhidlərimizin hər birinin ruhu şaddır. Biz bu gün onları qürurla anırıq.
(Esse)
Həyat başlar və bitər. Onun necə başlayıb, harada sona çatdığı əsas deyil. Əsas odur ki, həyatda cinayətdən və cinayətkardan uzaq olasan. Müasir dövrün insanları problemlə qarşılaşdıqca, bütün həll yollarının tükəndiyini hiss etdikdə cinayəti yeganə çıxış yolu kimi görür. Cinayət etmək istəyənlərin əksəriyyəti əslində sonu fikirləşmirlər. Onlar həyatda öz ümidlərini itirir, hər şeyə ümidsiz yanaşırlar. Bu zaman qara dalğalar ruhu bürüyür və həyat, ümidlər bütün mənasını itirir. İnsanın ümdini itirməsilə qorxu hissi yox olur və bu cür insanların psixologiyasında pozğunluqlar əmələ gəlir. Bu cür insanlara psixoanomaliyalı şəxs deyilir.Onlar elə bilir ki, dolaşıq bir düyünə düşüb və oradan çıxa bilmir.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub.
Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Yeni ismarıclar