Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nəcəfov Mübariz Halay oğlunun atası Halay Nəcəfovu 85 illik yubileyi münasibəti ilə doğum gü-nündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. İcra başçısı şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaq-larımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
Şəhid Mübariz Nəcəfov 1974-cü il iyun ayının 8-də Tərtər rayonunun Buruc kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdərə-Çıldıran istiqmətində şəhid olmuşdur.
Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.