Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Borsunlu kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Təmirazov Murad Səməddin oğlunun anası Zərifə Təmirazovanı 85 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Görüşdə şəhid Axundov Babək Mehdi oğlunun anası Xırdaxanım Əliyeva da iştirak edib. İcra başçısı bütün şəhid valdeynlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə vətən üçün belə oğul böyütdüklərinə görə təşəkkür edib, torpaqlarımızın Murad kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib,dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.
Rayon rəhbəri deyib ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin qanı yerdə qalmadı. Onların qisası döyüş meydanında alındı. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borcluyuq.
Şəhid Murad Təmirazov 1961-cı ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd tam orta məktəbində almışdır. 1993-cı ildə hərbi tapşırığı yerinə yetirərkən Ağdərə rayonu istiqmətində itkin düşmüşdür.
Şəhidin ailə üzvləri Muradla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbay-can Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.