Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə tərtərlilərə
T Ə B R İ K İ
Əziz tərtərlilər!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər–respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
2023-cü il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olundu. Bu münasibətlə respublika Prezidenti 28 noyabr 2022-ci il tarixində “ Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı“ təsdiq edilməsi haqqında” daha bir sərəncam imzaladı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş onlarla tədbirlər –elmi konfranslar, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər keçirildi, rayonumuzdakı Heydər Əliyev Mərkəzini minlərlə tərtərli və rayonumuzun qonaqları ziyarət etdi.
Rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
“Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Möhtərəm Ali Baş Komandan,məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi,Xocalı ,Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırdı.Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etdi.Məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşdu. Daha ətraflı »
Yeni ismarıclar