Aşağı Qapanlı kəndində əhalinin sosial durumu yaxşılaşıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Aşağı Qapanlı kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının və Ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışıb. Qeyd edib ki, bununla da Azərbaycan Respublikasının Konstitusiya quruluşu tam bərpa edilib. Bildirib ki, respublika Prezidentinin 20 illik fəaliyyəti dövründə ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçib. Rayon rəhbəri Ali Baş Komandanın Xankəndi şəhərindəki çıxışından bu sözləri xatırladıb: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Daha ətraflı »
Yeni ismarıclar