Ey payız meşəsi, xoş gördük səni! Ey könül həmdəmim, uzaqdan, salam! Ruhu asimanda, özü Vətəndə, Qəlbi sinəsində dustaqdan, salam! |
Palıdlar, cökələr, ağcaqayınlar Cevizlər, fıstıqlar, vənlər necədir? Yəqin dağdağanlar yenə qayğılı, Yəqin ki, çinarlar yenə ucadır… |
Hüsnündə gəzdimi Tanrı fırçası, |
Durur xatirəmdə hər cığır, hər iz, |
Başının üstündən durna qatarı |
Qeyrətim olaydı, qaçıb gələydim, |
Dərin dərələrdən süzülüb gələn |
Qanım çilənəydi al xəzəllərə, |
Misilsiz, qənirsiz meşə gözəli |
Hıçqırıb yuxudan qalxaydı gülüm, |
-
31YanƏdəbiyyat Payız meşəsinə yarımçıq məktub üçün şərhlər bağlıdır
-
31YanDigər Təmizlik həftəsində mütəşəkkillik üçün şərhlər bağlıdır
Ölkə ərazisində 19 yanvar tarixindən 26 yanvar 2022-ci il tarixədək təmizlik-abadlıq həftəsi keçirilib. Bu tədbirə rayonun idarə, müəssisə və təşkilatları ilə birgə rayon sakinləri də cəlb edilmişlər.
İdarəmiz üzrə təmizlik həftəsində görüləcək işlər barədə tədbirlər planı tutulmuş və görülməsi nəzərdə tutulan işlərin qrafiki tərtib edilmiş, işlərin mütəşəkkil icrasına məsul şəxslər müəyyənləşdirilmişdir. Təmizlik həftəsində işlərin görülməsinə 1 ədəd yedəkli traktor, 2 ədəd “KamAZ” markalı, 1 ədəd “Şaqman” markalı yükdaşıyan maşın, 2 ədəd yükləyici və 270 nəfər işçi qüvvəsi cəlb edilmişdir.
Şəhərin Sahil, Şah İsmayıl Xətai, Cavanşir, Teymur Rəhimov, Elman Hüseynov küçələrində, Heydər Əliyev prospektində, Tərtər-Bərdə, Tərtər-Gəncə, Tərtər-Suqovuşan yollarında təmizlik-abadlıq, ağacların budanması, su arxlarının çəkilməsi və sair işlər görülmüşdür. 320 kubmetr məişət tullantıları daşınaraq zərərsizləşdirilmişdir. Bu işlərin görülməsində sürücülərdən Elbrus Məmmədov, Səməddin Məmmədov, Akif Orucov, elektrik mişarı ilə ağackəsən Vüqar Alməmmədov, briqadirlər Vüqar Əzizovun, Məhyəddin Quliyevin, Şahin Məmmədovun, Rəşad Həsənovun briqadaları, süpürgəçilər Cəmalə Səfərova, Rəqsanə Nəbiyeva, Təranə Şabanova, Məlahət Nəbiyeva, Bahar Babayeva, fəhlələrdən Elçin Əsgərov, Anar İbrahimov fərqlənmişlər.
Təmizlik həftəsinin mütəmadi təşkili şəhər ərazisində təmizliyin qorunmasına, udduğumuz havanın gigiyenik baxımdan saflığına səbəb olur. Həm də rayon ictimaiyyəti arasında razılıq hissi ilə qarşılanır.Saleh Qəhrəmanov,
Tərtər Şəhər Kommunal
Təsərrüfatı İdarəsinin rəisi -
24YanDigər Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Hacı Zeynalabdin Tağıyev gəlirinin xeyli hissəsini xeyriyyəçiliyə, doğma şəhərinin inkişafına və abadlaşdırılmasına sərf edir, istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, artistlərə sponsorluq edir. Bakıda müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanları ilə bir cərgəyə qoyur. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Böyük maarifçi, Azərbaycanda ilk qəzetin – “Əkinçi”nin naşiri Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova məktəbə ilk direktor təyin olunur. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür. Da Bay adlı bir fransız Parisdə nəşr olunmuş kitabında Bakıda müsəlman qız məktəbinin açılmasını ağlasığmaz möcüzə adlandırırdı. Daha ətraflı »
-
21YanMilli-mənəvi dəyərlər 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu üçün şərhlər bağlıdır
1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi Daha ətraflı »
-
19YanDigər 20 Yanvar Ümumxalq Hüzn Günüdür üçün şərhlər bağlıdır
Azərbaycanın iqtisadi inkişafı artıb, yeni dünya düzənində rolu yüksəlib
Bu il – “Şuşa ili”ndə Prezident İlham Əliyev ilk müsahibəsini yerli televiziya kanallarının jurnalistlərinə verib. Bu müsahibədə həm ölkəmizin iqtisadi inkişafı, həm də Azərbaycanın yeni dünya düzənində yeri barədə suallara ətrafalı cavab verilib.
İlk suala cavab olaraq Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlardan danışıb. Qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olub və bu, müharibədən çıxmış ölkə üçün çox yaxşı göstəricidir. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb.
Dövlət başçısı bildirib ki, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Bu onu göstərir ki, ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir, həm də qeyri-neft sektorunun inkişafında gözlənilən nəticələr əldə olunur.
Keçən il ölkə üzrə xərclərin çox olmasına, iri investisiya layihələri icra olunmasına baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb.
Ölkə başçısı bildirb ki, bu ilin büdcəsi tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən çıxmış ölkə üçün bu rəqəmlər çox yaxşı göstəricidir. Prezident İlham Əliyev deyib: “Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük”.
Qeyd olunub ki, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasəti bütün sahələrdə özünü göstərir.
Əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması ilə bağlı suallara cavab olaraq ölkə başçısı deyib ki, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Azərbaycanda sosial sahə daim diqqət mərkəzindədir, bu sahəyə daim xüsusi diqqət göstərilir. Daha ətraflı » -
19YanDigər AZADLIĞA APARAN YOLUN BAŞLANĞICI üçün şərhlər bağlıdır
Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.
Heydər ƏLİYEV, Ümummilli Lider1990-cı ilin 20 Yanvar hadisələri… Yaşından asılı olmayaraq, hər bir azərbaycanlı bu faciəni kədər və qürur hissi ilə qarşılayır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 min nəfərlik Sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridildi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların 82 nəfəri amansızcasına qətlə yetirilmiş, 20 nəfəri ölümcül yaralanmışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 841 nəfər qanunsuz həbs olunmuşdur, hərbi qulluqçular Daha ətraflı » -
19YanMilli-mənəvi dəyərlər 2022-ci il “ŞUŞA İLİ”dir üçün şərhlər bağlıdır
ŞUŞA QARABAĞIN DÖYÜNƏN ÜRƏYİDİR
Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
Prezidentimizin ətrafında bir yumruq kimi birləşən xalqımız bu xəbəri necə də səbirsizliklə gözləyirdi!
Bəlkə də xalqın bu ümumi istəyi, arzusu kömək olmuşdu Şuşaya doğru sıldırım qayalarla dırmaşan hərbçilərimizə? Bu gün onların qəhrəmanlığına bütün dünya heyrandır və bizim 44 günlük müharibəmizin təcrübəsi artıq müxtəlif ölkələrdə diqqət və maraqla öyrənilməkdədir.
Qələbəmizdən dərhal sonra Şuşa ilə bağlı növbəti mərhələ – bərpa və quruculuq mərhələsi başladı. İlk olaraq Şuşaya aparan yolun – “Zəfər” yolunun tikintisinə başlanıldı. Daha ətraflı » -
19YanTərtər RİH-də 2022-ci ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında CƏDVƏL üçün şərhlər bağlıdır
sıra sayı Soyadı, adı, atasının
adıVəzifəsi Həftənin günləri Saat 1. 2. 3. 4. 5. 1. Müstəqim Məmmədov Səyyad oğlu
Rayon icra hakimiyyətinin başçısı II gün 15:00-dan başlayaraq 2. Vakant
Başçının birinci müavini
I gün 15:00-dan başlayaraq 3. Cavadov Abbas Yusif oğlu RİHB-nin müavini-Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
III gün 15:00-dan başlayaraq 4. Əliyev Fizuli Bayram oğlu RİHB aparatının Ərazi İdarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
IV gün 15:00-dan başlayaraq 5. Nəcəfov Ülv Qnyaz oğlu
RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
I gün 15:00-dan başlayaraq 6. Umudov Elvin Natiq oğlu RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı
V gün 15:00-dan başlayaraq Qeyd:
-Aparatın digər şöbə müdirləri lazım olarsa vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.
– Milli Qəhrəmanlar, Vətən müharibəsi qəhrəmanları və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, Vətən müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon icra hakimiyyətində növbədənkənar qəbul edilirlər.
-Qəbul günləri bayram günlərinə düşdükdə, növbəti iş gününə keçirilir.
-Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: 022-236-40-06; 022-236-17-75
.
-
19YanSosial RAZILIQLA QARŞILANIB üçün şərhlər bağlıdır
Qədəm qoyduğumuz 2022-ci ildə əhalinin sosial rifahının qorunması yenə də dövlətimizin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biri olacaq. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsini təmin edəcək. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyarddan çox şəxsi əhatə edəcək. Müavinət və təqaüdlərin, minimum əməkhaqqının artırılması rayonumuzun sakinləri tərəfindən də razılıqla qarşılanıb.
Aslanova Səkinə, Soyulan kəndi, çoxuşaqlı ana: Çoxuşaqlı ailənin qayğıları da çox olur. Ancaq sağ olsun dövlətimiz, Prezidentimiz. İldən-ilə aldığımız müavinətlər artırılır. Elə yeniilqabağı günlərdə cənab İlham Əliyevin imzaladığı yeni Sərəncama əsasən alacağımız pulun bir daha artacağı xəbərini eşitdik. Həm özümüz, həm də uşaqlar çox sevindik.
Allah dövlətimizin başçısını qorusun. Qarabağımızı, Şuşanı almaqla, o, bizə dünyanın ən böyük sevincini yaşadıb. İndi də ölkədə böyük işlər görülməsinə baxmayaraq, yenə də hər bir vətəndaşın yaxşı yaşaması barədə düşünür. Cənab İlham Əliyevə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da möhkəm cansağlığı arzulayırıq. Onların sayəsində həyatımız gündən-günə yaxşılaşır. Daha ətraflı » -
19YanTərtər RİH-də İcra başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunmaları, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 4 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən köməklik göstərilib. Daha ətraflı »
Yeni ismarıclar