Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan
    Xəbərlər Rayonumuzda “20 Yanvar” faciəsi anıldı üçün şərhlər bağlıdır

                                                                               Şəhidlərin xatirəsi yad edildi

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
    Sonra rayon rəhbəri çıxış edərək qanlı yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıb. Bildirib ki, 32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri tərəfindən Bakıda dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər ”20 YANVAR” QAN YADDAŞIMIZDIR üçün şərhlər bağlıdır

    20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşki-latının qərargahında karantin qaydalarına ciddi əməl olunmaqla “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirildi.
    Tədbirdə rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal YAP üzvləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov “20 Yanvar qan yaddaşımızdır” mövzusunda geniş məruzə etdi.
    Ramiz Şabanov bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycana ərazi iddiaları ilə çıxış edən Ermənistanın məkrli niyyətinə qarşı öz səsini ucaldan Azərbaycan xalqını susdurmaq məqsədilə SSRİ-nin o vaxtkı rəhbəri, əlləri xalqımızın qanına batmış Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilmiş bu dəhşətli hadisə bəşəriyyətə humanizmə qarşı yönəlmiş qatı cinayət əməli idi. Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıya yeridilən Daha ətraflı »

  • 31Yan
    Xəbərlər Şəhidlər abidəsi ziyarət olundu üçün şərhlər bağlıdır

    “20 Yanvar” faciəsi tariximizin qan yaddaşıdır. Artıq 32 ildir bu tarix insanlarımız tərəfindən hüznlə yad edilir. Şəhid İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseydə də “20 Yanvar” anıldı. Məktəbin 44 günlük Vətən müharibəsi şəhidi polkovnik-leytenant Anar Əliyevin adını daşıyan 6c, Elnur Hüseynov adına 7a siniflərində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz və “20 Yanvar” faciəsi anıldı. Məktəbin tarix müəllimi Səbinə Zeynallı və psixoloq Vəsilə Həsənova xalqımızın yaşadığı ağrı-acılardan söz açıb, faciələr barəsində şagirdləri məlumatlandırdılar.
    Hər iki sinfin şagirdləri Birinci Qarabağ Müharibəsi və Vətən müharibəsi, həmçinin “20 Yanvar” faciəsi ilə əlaqədar geniş proqramla çıxış etdilər. Hər iki sinfin şagirdləri Rəfiqə Sabirli, Əsmər Hüseynzadə, Gülnarə Səmədova, Nigar Nadirova, Ləman Süleymanlı, Könül Əhmədova və başqaları Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər, onların qəhrəmanlıqları haqqında söz acdılar. Daha ətraflı »

  • 31Yan
    Xəbərlər RƏSM MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib.
    Ümumilikdə rayonun 26 ümumtəhsil məktəbinin şagirdlərinin qatıldığı müsabiqədə əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Rayon gənclər və idman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən və amansız qətllərdən danışaraq bu cür faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq, xalqımıza mənəvi zərbə vurmaq məqsədi dayandığını qeyd edib.
    Sonra müsabiqənin nəticəsini müəyyən etmək üçün çəkilmiş rəsmlərə baxış keçirilib.
    Nəticəyə əsasən I yerə Qapanlı kənd tam orta məktəbinin şagirdi Leyla Orucova, II yerə Kəngərli kənd tam orta məktəbinin şagirdi Aişə Nağızadə, III yerə isə Mələk Şəmiyeva layiq görülmüşdür.
    Sonda qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə təltif ediliblər.

     

  • 31Yan
    Xəbərlər VOLEYBOL ÜZRƏ RAYON BİRİNCİLİYİ üçün şərhlər bağlıdır

    Voleybol yarışı Seydimli kənd tam orta məktəbində rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
    Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət himni səsləndirilib.
    Sonra Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Emin Quliyev çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biridir. Eyni zamanda bu gün tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
    Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunub.
    Yarışda I yeri Seydimli kənd tam orta məktəbinin “Zəfər”, II yeri Qaraağacı kənd tam orta məktəbinin “Qartallar”, III yeri isə şəhər 2 saylı məktəb-liseyin “Su-qovuşan” komandası qazanıb.
    Yekunda qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

     

  • 31Yan
    Təhsil Ahıllarımız üçün şərhlər bağlıdır

                                                                                           MÜƏLLİM ÖMRÜ

    İnsan yarananda hələ yazılmamış ağ vərəqi xatırladır. Böyüdükcə uşaqlığından başlayaraq ömür kitabı yazılır, gah parlaq göz qamaşdırıcı, gah solğun göz yaşardıcı. Elə bir insan ömrü yoxdur ki, onun həyatında göz qamaşdırıcı və göz yaşardıcı günlər, aylar, illər yaşanmasın. Ötüb-keçən hər gün insanın ömür kitabının tamamlanmasına-yəni ömrün ahıl vaxtına gətirib çıxarır. Artıq ahıl yaşda bu kitabın vərəqləri bir-bir səhifələnib xatırlanaraq yada salınır. Xoşbəxt o insandır ki, keçmişinin, yazılmış ömür kitabının vərəqləri geriyə doğru açıldıqca anılsın, yaddan çıxmasın, hər kəsin qəlbində öz yeri, öz məkanı olsun. Belə insanlarımızdan biri də müəllim ömrü yaşamış, təkcə dövrünün Daha ətraflı »

  • 31Yan
    Kənd təsərrüfatı 2021-ci ildə Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun həcmi 5,3 faiz artıb üçün şərhlər bağlıdır

    2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmi 82 milyon 262.6 min manat təşkil etmiş, 2020-ci ilə nisbətən 5.3 faiz artmışdır. Onun 48 milyon 538.8 min manatı və ya 59 faizi bitkiçiliyin, 33 milyon 723.8 min manatı və ya 41 faizi heyvandarlığın hesabına formalaşmışdır.
                                                                                                                         Tərtər Rayon Statistika İdarəsi

  • 31Yan
    Kənd təsərrüfatı 2021-ci ildəTərtər rayonunda kənd təsərrüfatı bitkiləri məhsullarının toplanışı haqqında üçün şərhlər bağlıdır

    Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağrışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
    Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
    Rayon üzrə 2021-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25550.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2020-ci ilə nisbətən 22 hektar və ya 0.1 faiz azalmışdır. Əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilər, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilər, 1624 hektarını və yaxud 6.4 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »

  • 31Yan
    Milli-mənəvi dəyərlər Mən belə düşünürəm üçün şərhlər bağlıdır

                                                                      GƏLİN, GÜVƏNİLƏSİ QADIN OLAQ

    Tez-tez internet səhifələrində hansısa qadının uşaqlarını, həyat yoldaşını qoyub başqası ilə qaçdığı, hətta sevgilisi ilə birləşib həyat yoldaşını qətlə yetirən qadınlar haqqında da xəbərlər oxuyuruq.
    Xəyalən keçmişə – uşaqlığıma qayıdıram. Babam repressiya illərinin qurbanı olub, ge-cəylə aparılıb, ancaq nə öldüsündən, nə qaldısından xəbər çıxmayıb. Nənəm heç yerə getməz, ölü-diri yerinə gedəndə də tez evə qayıdardı ki, bəlkə “kişi gəldi, məni evdə tapmadı, birdən əsəbləşər, deyər ki, mən olmayanda elə sən qonşuları gəzmisən”.
    Nə qədər ibrətamizdi, deyilmi? Həyat yoldaşı olmasa da onun adına layiq hərəkət etmək, özündən çox ona ləkə gətirəcək hərəkətləri fikirləşmək.
    Yazımın əvvəlində həyat yoldaşını qoyub başqası ilə qaçanları ana yox, qadın adlandırdım. Çünki ana adı müqəddəsdir, çox uzaq olmayan keçmişimizdə müharibədə Daha ətraflı »

  • 31Yan
    Hərbi vətənpərvərlik İstedadları tanıyaq üçün şərhlər bağlıdır

                                                              HÜSEYN ZƏFƏR TARİXİMİZLƏ FƏXR EDİR

    Mən sizə Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbin V sinif şagirdi olan Hüseyn İsayevdən danışmaq istəyirəm. Ağıllı və çalışqan şagirdimiz bu yaxınlarda məktəbimizdə V-VI siniflər arasında keçirilən “Qarabağ Azərbaycandır” adlı yarışda qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.
    Ötən ilin dekabr ayında Heydər Əliyev Mərkəzində “Zəfər tariximiz” adlı yarışın keçiriləcəyini eşidən Hüseyn çox həyəcanlandı və yarışmaya böyük həvəslə hazırlaşmağa başladı. Çalışqan olmaqla yanaşı, Hüseyn həm də iradəlidir. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün o, əlindən gələni etdi və qələbə qazandı. Bəli, Hüseyn İsayev rayonumuzun məktəbliləri arasında keçirilən “Zəfər tariximiz” adlı müsabiqədə birinci yerə layiq görüldü və Fəxri fərmanla təltif olundu.
    Bu ilin yanvarında isə o, rayon tarix diyarşünaslıq muzeyinin təşkil etdiyi “İstedadlarımızı tanıyaq” adlı müsabiqədə birinci yeri qazandı və bununla da yeni ildə özünün ilk uğuruna imza atdı. Bu müsabiqədən də əliboş dönməyən şagirdimiz yenə də Fəxri fərmanla təltif edilmişdir.
    Hüseyn deyir ki, mən “Dəmir yumruq” ətrafında cəmlənən ordumuz və xalqımızın qazandığı Zəfərlə fəxr edirəm. Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə cansağlığı arzu edirəm.
    Biz də balaca qəhrəmanımızın bu gözəl diləyinə qoşuluruq və ümid edirik ki, onun uğurları gələcəkdə də davam edəcək. Hüseyn böyüyəndə atası kimi hərbçi olmaq arzusundadır. Bu yolda ona uğurlar diləyirik.

    Kifayət Kərimova,
    şəhər 3 saylı ümumi orta
    məktəbin tarix müəllimi