Gənclər Mərkəzində rayon təhsil şöbəsinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi keçirilib.
Ümumilikdə rayonun 26 ümumtəhsil məktəbinin şagirdlərinin qatıldığı müsabiqədə əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Rayon gənclər və idman idarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək xalqımıza qarşı törədilən xəyanətlərdən və amansız qətllərdən danışaraq bu cür faciələrin başında xalqın demokratiya uğrunda olan həvəsini, azadlıq məfkurəsini qırmaq, xalqımıza mənəvi zərbə vurmaq məqsədi dayandığını qeyd edib.
Sonra müsabiqənin nəticəsini müəyyən etmək üçün çəkilmiş rəsmlərə baxış keçirilib.
Nəticəyə əsasən I yerə Qapanlı kənd tam orta məktəbinin şagirdi Leyla Orucova, II yerə Kəngərli kənd tam orta məktəbinin şagirdi Aişə Nağızadə, III yerə isə Mələk Şəmiyeva layiq görülmüşdür.
Sonda qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə təltif ediliblər.