Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar YAP Tərtər Rayon Təşki-latının qərargahında karantin qaydalarına ciddi əməl olunmaqla “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirildi.
    Tədbirdə rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan fəal YAP üzvləri iştirak edirdilər.
    Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olanların xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
    Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov “20 Yanvar qan yaddaşımızdır” mövzusunda geniş məruzə etdi.
    Ramiz Şabanov bildirdi ki, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycana ərazi iddiaları ilə çıxış edən Ermənistanın məkrli niyyətinə qarşı öz səsini ucaldan Azərbaycan xalqını susdurmaq məqsədilə SSRİ-nin o vaxtkı rəhbəri, əlləri xalqımızın qanına batmış Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilmiş bu dəhşətli hadisə bəşəriyyətə humanizmə qarşı yönəlmiş qatı cinayət əməli idi. Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıya yeridilən ordu sanki Azərbaycan xalqına qarşı əsl genosid həyata keçirməyə istiqamətləndirilmişdir.
    Tərkibində ermənilərin də olduğu hərbi hissələr heç nəyə baxmadan uşaq, böyük, qoca demədən, qabaqlarına çıxanları güllə-baran edir, zirehli texnikaların tırtılları altında əzərək məhv edirdilər. Bu hadisələr zamanı 131 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, 841 nəfər həbs edil-miş, 4 nəfər itkin düşmüş-dür. Təəssüflə qeyd olunmalıdır ki, bu qanlı faciənin törədilməsinə o vaxtkı Azərbaycan KP MK-nın bi-rinci katibi Ə.Vəzirov, Azərbaycan Respublikasının Nazirlər Sovetinin sədri A.Mütəllibov, DTK sədri V.Hüseynovun “əli və xeyir-duaları” olmuşdur. O dövrdə Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciəyə heç bir qiymət verilməmiş, cinayəti törədənlərə qarşı o vaxtkı ölkə rəhbərliyi tərəfindən adi bir irad da tutulmamışdır. Azərbaycan tarixinə qanlı 20 Yanvar kimi daxil olan bu hadisəyə siyasi qiymət yalnız Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilmişdir.
    Bu qanlı faciənin törədilməsindən 32 il keçsə də, hər bir Azərbaycan vətəndaşı tariximizdən ibrət dərsi alaraq, müxtəlif zamanlarda başımıza gətirilən bəlaların mahiyyəti, məqsədi, niyyətləri barədə bugünkü və gələcək nəsilləri məlumatlandırmağa borcludur.
    Ramiz Şabanov məruzəsində qeyd etdi ki, 20 Yanvar faciəsində ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhları bu gün şaddır desək, səhv etmiş olmarıq. Belə bir deyim var, torpaq qanla yoğrulanda Vətən olur. Biz Vətənimiz Azərbaycanımızın ərazi bütövlüyü və azadlığı uğrunda qanından, canından keçən igid, qəhrəman oğul və qızlarımızın ruhu qarşısında baş əyirik. Məhz belə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının sayəsində bu gün Azərbaycan xalqı və Azərbaycan dövləti Zəfər sevincini – Qarabağ sevincini yaşayır. Artıq dünyada qalib xalq, qalib dövlət olaraq tanınmamızla qürur duyuruq.
    Tədbirdə fəal YAP üzvü gənc Mehdi Səfərov, təhsil ərazi partiya təşkilatının sədri İntiqam Nuruyev, şəhər 2 saylı məktəb-liseyin müəllimi Sevinc Tağıyeva və Səhlabad ərazi partiya təşkilatının sədr müavini Səbuhi İbrahimov çıxış edərək qan yaddaşımız olan 20 Yanvar faciəsinin xalqın oyanışında və dövlət müstəqilliyimizin qazanılmasında mühüm əhəmiyyət kəsb etməsindən danışdılar.

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.