Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

    Digər üçün şərhlər bağlıdır

    • Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda bizim apardığımız siyasətdir.
    • Ölkə iqtisadiyyatı 2017-ci ildə artıb, bu, çox müsbət göstəricidir. Ümumi daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektoru artıb və burada artım 2,5 faiz təşkil edir.
    • 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu rekord göstəricidir.
    • Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir.
    • 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın 2050-ci ilə qədər uzadılması məsələsidir.
    • Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir.

    Teqlər:

  • 19Yan
    Digər 20 Yanvar–Azərbaycan xalqının hüzn günü üçün şərhlər bağlıdır

    BÜTÜN CANLILARIN GÜLLƏYƏ TUTULDUĞU GÜN

    imageAzərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar hadisələrinin növbəti-28-ci ildönümünü anırıq. Sovet hərb maşınının 1990-cı il yanvarın 20-də Bakıda həyata keçirdiyi bu terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Hadisə 70 il ərzində sülhpərvər missiyanın daşıyıcısı kimi təbliğ olunan Qızıl Ordu barədə düşüncələrdəki mifi alt-üst etdi.
    Ölkəmizə qarsı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmis SSRİ rəhbərliyinin onlara havadarlıgından hiddətlənərək Bakı küçələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. Bakıya yeridilən Sovet Ordusunun 35 minlik xüsusi təyinatlı bölmələrinə, daxili qoşunlarına, Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlərinə ancaq əzmək, məhv etmək təlqin olunmuşdu. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər SOYUQ, BOMBOZ BİR YANVAR GÜNÜ üçün şərhlər bağlıdır

    150119142807_20_january_archive_8_976x549_archive_nocreditSoyuq qış günləri idi. Dağlıq Qarabağ hadisələrinin qaynar çağıydı. Bütün ölkə ayaq üstəydi. Hər evdə, hər kənddə, hər şəhərdə mövzu bir idi. Azərbaycanda intişar tapmış qüdrətli milli azadlıq hərəkatı İttifaqı qorxuya salmışdı. Ermənistan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etmişdi. Düşmənlərimiz, ermənilərin aşkar və gizli tərəfdarları DQMV-ni Azərbaycanın köksündə sağalmaz bir yaraya çevirməkdəydilər. Bünövrəsi 1923-cü ildə qoyulmuş bu “gec açılan bomba” işə düşməkdəydi.
    Yanvarın 20-si idi. Soyuq, bomboz bir səhər açılmışdı. Blokadada yaşayan kəndimizdə bu gün toy olmalıydı. Birdən xəbər çıxdı ki, gecə Bakıda rus qoşunları qırğın törədib (neçə gün idi ki, kənddə işıq yox idi). Toy təxirə salındı. Vahid bir ürəyə dönmüş xalqın 40 günlük ələmi başlanırdı.
    Bakıda sovet qoşunları Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli bir qırğın törətmiş, azadlığa can atan, demokratiyaya, humanizmə inanan günahsız dinc sakinləri gülləbaran edərək, tankların altında qoymuş, qan dənizində boğmuşdu. Bakının küçələri qan içindəydi. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər ŞƏHİDLƏR KÖNÜLLƏRİMİZDƏ MÜQƏDDƏSLƏŞİBLƏR üçün şərhlər bağlıdır

    20_yanvar_004Azərbaycan xalqının tarixində faciələrlə yazılmış Qanlı 20 Yanvar! İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri. Bəşər tarixində qara səhifə olaraq qalacaq terror aktı. Beləliklə yüzlərlə günahsız insanın qətlə yetirilməsinə, yaralanmasına bais olan cinayətkar, totalitar sovet rejiminin şüqutu. Öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış, milli azadlığının müdafiəçisinə çevrilmiş dinc əhaliyə qarşı törədilən cinayətin dünyaya nümayiş etdirilməsi…
    O gecənin dəhşətini saf-çürük edəndə insanın damarlarında qanı donur. Əliyalın, günahsız insanların üstünə xüsusi qəddarlıq və vəhşiliklə yeridilmiş sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunların böyük kontingentinin amansızlığı hiddət doğurur. 20 Yanvar gecəsində Bakı riyakarlığın, ağ yalanın qurbanına çevrildi. Fövqəladə vəziyyətin elan edilməsindən xəbəri olmayan şəhərə qoşun yeridilərək əhaliyə divan tutuldu. İnsanlar nəinki küçələrdə, öz evlərində, oturduqları yerdə güllələrin hədəfinə çevrildilər. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər O GÜN ÖLÜM İLƏ HƏYAT ÜZBƏÜZ İDİ üçün şərhlər bağlıdır

    x1990-january-20-after-2721248182407210709Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Və-tən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
    Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
    20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 114 000 kv.km-dən 86 600 kv.km azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər HƏM KƏDƏRLİ, HƏM DƏ QÜRURVERİCİ XATİRƏLƏR üçün şərhlər bağlıdır

    06_baki_1990_ci_il_20_yanvar_faciasi20 Yanvar qırğınını törədənlər bu hadisələrin mahiyyətini xalqdan gizlətmək məqsədilə əvvəlcədən tədbirlər görmüşdülər. Həmin günlərdə respublikada televiziya və radio verilişləri dayandırılmışdı, mətbuat çıxmırdı. Amma onlar yanılmışdılar. Çünki heç bir tədbir, heç bir cəza ölkəni bürüyən azadlıq dalğasının qarşısını ala bilməzdi. Bu dalğa bizim Tərtər rayonunu da bürümüşdü. Bakıda baş verənlərdən xəbər tutan tərtərlilər şaxtalı qış günlərində indiki saat qülləsinin yanındakı tribunanın qarşısına toplaşaraq, mitinqlər keçirir, saxta və cinayətkar Qorbaçov rejiminə etirazlarını bildirirdilər. Bu rejimə inam itirilmişdi, ümidlər puç olmuşdu. Ona görə də insanlar illərlə əzizləyərək ciblərində gəzdirdikləri partiya biletlərini atırdılar. Bu, böyük imperiya buxovlarının qırılması, həm də azadlıq yolunun başlanğıcı idi. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər DƏHŞƏTLİ GECƏ üçün şərhlər bağlıdır

    150077171a2da5287f29b77474d8c4ac---htmlGecə saat 12-nin yarısı olardı. Eyvana çıxıb yuduğum paltarları sərmək istədim. Yol ayrıcında gur işıqlı boş bir avtobusun bizim evlərə tərəf gəldiyini gördüm. Avtobusda sürücüdən başqa bir kişi səsgücləndirici ilə binalarda yaşayan başıpapaqlıları yaxınlıqdakı hərbi məktəbin qarşısına köməyə çağırırdı. Əliyalın kişilər hərbi məktəbə tərəf yüyürdülər. Onlar şəhərə girən tankların qarşısını almaq istəyirdilər.
    Bakıda baş verən qandonduran faciəni səhər eşitdik. Dəhşətə gəldik. 100-dən artıq dinc sakin qanına qəltan olmuşdu.
    Səhər tezdən pay-piyada Azadlıq meydanına yola düşdük. Nəqliyyat iflic olmuşdu. Hamı şəhərə axışırdı.
    Bir təhər şəhərə çatdıq. Azadlıq meydanı insan selindən dəniz kimi dalğalanırdı. Şəhər əhli şəhidlərlə vidalaşıb, son mənzilə yola salmağa gəlmişdi. İnsanlar kimi hava da hüznlü və tutqun idi. Yol-iriz qırmızı qərənfillərlə örtülmüşdü. Meydandakı küknar ağaclarında qırmızı qərənfillər açmışdı. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər YOLASALINMA MƏRASİMİ üçün şərhlər bağlıdır

    DSC_7550 (Копировать)DSC_0589 (Копировать)“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2017-ci il tarixli sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir. Tərtər şəhərində keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırıb. Qeyd olunub ki, hazırda respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində Vətən oğullarımız böyük həvəslə hərbi xidmətə yollanırlar. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Xəbərlər Rayonun inzibati ərazi dairələrində hesabatlar davam edir üçün şərhlər bağlıdır

    LAQEYDLİK TƏNQİD OLUNDU

    DSC_7772 (Копировать)DSC_7774 (Копировать)Cari ilin yanvar ayının əvvəlindən başlayaraq Tərtər RİHB-nin şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda görülmüş işlər tənqid və özünütənqid şəraitində təhlil olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Tədbirlərdə kənd sakinləri ilə yanaşı şura üzvləri, rayon icra hakimiyyəti aparatının nümayəndələri iştirak edirlər. Söylənilən hər bir fikir, təklif və tövsiyə diqqətlə dinlənilir və nəzarətə götürülür.
    Qaradağlı kənd İƏD üzrə icra nümayəndəliyində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
    Tədbiri giriş sözü ilə açan kənd icra nümayəndəsi Razil Məmmədov hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, nümayəndəlik iki kəndi–Qaradağlı və Təzəkənd kəndlərini əhatə edir. Ərazisi 1484 hektardır. Burada həmçinin 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşmışdır ki, onlar da 127 nəfər soydaşımızı özündə birləşdirir. Daha ətraflı »

    Teqlər:

  • 19Yan
    Digər İlə yekun vurulur üçün şərhlər bağlıdır

    İŞİMİZİ MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ QURMAĞA ÇALIŞIRIQ

    DSC_7538 (Копировать)Yola saldığımız ötən ildə müəssisəmiz iş planına əsasən rayonda fəaliyyət göstərən idarə, müəsisə və təşkilatların sənədlərinin rayon dövlət arxivinə təhvil verilməsi üçün ardıcıl tədbirlər həyata keçirib. Görülən tədbirlər nəticəsində bir neçə müəssisə və təşkilatın fəaliyyəti nəticəsində toplanmış sənədlər arxivimizə qəbul edilmiş və lazımi qaydada işlənmişdir. Sənədlərin daimi və uzunmüddətli siyahıları Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialında Ekspert Yoxlama Komissiyasında təsdiq olunmuşdur.
    Mamırlı, Dəmirçilər, Evoğlu, Sarıcalı, Hacıqərvənd, Qapanlı, Buruc, Azadqaraqoyunlu, Qaradağlı, Ələsgərli İƏD-lərin, İsmayılbəyli, Sarov, Dəmirçilər bələdiyyələrinin, su-kanal idarəsinin və rayon icra hakimiyyətinin 2012-ci ilə aid sənəd materialları işlənilib qaydaya salınmışdır. Bütün bunlardan başqa, bir neçə idarə, müəssisə və təşkilatın sənədləri bu ildən arxivimizə təhvil veriləcək. Daha ətraflı »

    Teqlər: