Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
|
|
|
|
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
Tərtər rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir Şəhidlərin abidəsi önündən başlandı. Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
MÜSƏLMAN ŞƏRQİNDƏ İLK DEMOKRATİK RESPUBLİKA
Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür. Yəni bu, adi tarixlərdən deyil.
Həmin dövrdə zaman məsələni kəskin qoymuşdu. Məsələnin mahiyyəti ondan ibarət idi ki, Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Reallıq belə idi. Xalqımız ya ayağa qalxıb öz dövlətini qurmalı idi, ya da torpağımız parçalanıb bölünməli idi.
Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. 1918-ci il may ayının 28-də Tiflisdə altı maddəlik “İstiqlaliyyət Bəyannaməsi” elan edildi. Daha ətraflı »
Teqlər: Digər
ŞƏHƏRİN İQTİSADİYYATI MÖHKƏMLƏNİB
Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İƏD üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov məruzə ilə çıxış etdi. Göstərdi ki, ötən ilin yekunları Tərtər şəhəri üçün də uğurlu olmuşdur.
Həyata keçirilən məqsəd-yönlü tədbirlər nəticəsində şəhərin iqtisadiyyatı daha da güclənmiş, əhalinin ya-şayış səviyyəsi yüksəlmiş, tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
Sevindirci haldır ki, ölkə Prezidenti İlham Əliyev ötən il Tərtərdə olmuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Sahib Hə-sənov bildirdi ki, son illər görülən məqsədyönlü tədbirlər nəticəsində şəhərdə qaz, su, elektrik enerjisi sahəsində heç bir problem qalmayıb. 2017-ci ildə şəhərdə daha 2 ədəd transformator yenisi ilə əvəz edilib.
İcra nümayəndəliyi şəhərin təmizliyinin təmin edilməsi, yaşıllıqların genişləndirilməsi və qorunub mühafizə edilməsi üçün ardıcıl tədbirlər görmüşdür. Daha ətraflı »
Teqlər: Xəbərlər
Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva məruzə etdi.
Məruzəçi görülən işlərlə yanaşı, kənddə olan problemlərdən də danışdı. Göstərdi ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, tam orta məktəbin direktoru Nurəddin İbrahimov, körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etdilər.
Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Bu günlərdə Sarov kənd İƏD-də ötən il görülən işlərə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbiri Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov açdı. Bildirdi ki, Sarov kənd İƏD Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazidə 99 nəfəri birləşdirən 32 qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb.
Sonra məruzəçi görülən işlərdən və mövcud nöqsanlardan ətraflı bəhs etdi.
Hesabat yığıncağında kənd bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd sakinləri Mənsim Allahverdiyev, Səkinə Kərimova, kənd tam orta məktəbinin direktoru Rüfət İsmayılov, Rəcəbli kənd əsas məktəbinin direktoru Mayıl Asla-nov, Sarov kənd həkim məntəqəsinin müdüri Zoya Muradova çıxışlarında işdə yol verilmiş nöqsanlara toxundular.
Sarov İƏD üzrə nümayəndəliyin illik hesabatında rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov iştirak etmiş, qeyd olunan nöqsanların tezliklə aradan qaldırılması barədə tapşırıqlar vermişdir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birlikdə hərbi xidmətdən tərxis olmuş gənclərin qarşılanma mərasimini keçirmişdir.
Əvvəlcə gənclər Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoymuş, sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Tədbir “Dəyirmi masa” arxasında davam etdirilmişdir.
Mərasimi giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov açaraq ordu quruculuğunda görülən işlərdən danışmış, bildirmişdir ki, Azərbaycan Ordusunun güclü mad-di-texniki bazası, şəxsi heyəti, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı vardır. Daha ətraflı »
Teqlər: Xəbərlər
TƏLATÜMLÜ ZAMANIN QANLI BİR GECƏSİ
Tərtər rayon Tarix-diyarşünaslıq muzeyində Ümum-xalq Hüzn Günü–20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirə şəhər 2 saylı məktəb-liseyin müəllim və şagird kollektivi, mədəniyyət işçiləri və Yeni Tərtər” qəzetinin əməkdaşları dəvət olunmuşdular.
Toplantını giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra söz muzeyin elmi işçisi Xuraman Məmmədovaya verildi. O, mövzu ilə bağlı məruzə ilə çıxış etdi. Göstərdi ki, 1990-cı ilin yanvarında Azərbaycan təlatümlü günlərini yaşayırdı. Xalq hərəkatını boğmaq, Azərbaycanın müstəqilliyi-nə doğru gedən yolunu bağlamaq üçün imperiya başçıları müdhiş bir qırğın planı hazırlayıb həyata keçirdilər.
Məruzədən sonra şəhər 2 saylı məktəb-liseyin şagirdlərinin ifasında 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya dinlənildi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Bu münasibətlə keçirilən tədbiri qəzetimizin baş redaktoru Tofiq Yusif açdı. O bildirdi ki, 1990-cı ilin 20 Yanvar günündə Bakıda törədilən dəhşətli qırğın tariximizin heç zaman unudulmayan səhifələrindən biridir. Ancaq bu hadisələrə yalnız faciə kimi yanaşmaq lazım deyil. Çünki məhz həmin günlərdə əliyalın xalq öz vətəninin azadlığının qorunması naminə qurbanlar verərərk, saxta Qarbaçov rejiminə öz etirazını bildirdi.
Yığıncaqda redaksiya əməkdaşlarından Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva çıxış edərək, 20 Yanvar hadisələri barədə danışmışlar. Qeyd olunmuşdur ki, ölməzlik, qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlər xalqımız tərəfindən daim ehtiramla yad edilirlər.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Tərtər Gənclər İnkişaf Mərkəzində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbiri mərkəzin direktoru Ülviyyə Qəmbərova açdı. Qeyd etdi ki, bugünkü müstəqilliyimiz, azadlığımız qurbanlar hesabına qazanılıb. Yanvar şəhidləri də azadlıq fədailəri kimi daim qədirbilən xalqın qəlbində yaşayacaqlar.
Sonra Nuranə Mahmudova, Aynur Eyyubova, İlhamə Quliyeva çıxış edərək o qarlı-şaxtalı yanvar günün-də xalqımızın başına gətirilən müsibətlərdən danışdılar.
Dərnək üzvlərinin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar dinlənildi.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar