31Yan
TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR
Bu yerlərin havası təmiz, suyu saf, torpağı münbit, insanları qoçaq və zirəkdir. Tərtərlilər Qarabağ savaşında sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi göstərmiş, doğma yurdun hər qarışını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurbanlar bahasına fədakarlıqla qorumuşlar. Vətən uğrunda döyüşlərdə şəhid olan çoxsaylı tərtərli igidlər öz adlarını yurdun şanlı tarixinə qanları ilə yazmışlar.
Milli qəhrəmanlar Elman Hüseynovun və Vəzir Orucovun adları bu gün Tərtərdə hörmət və ehtiramla çəkilir. Qürurverici faktdır ki, tərtərlilər Qarabağ müharibəsində bir qarış torpaq da itirməmişlər. Əksinə, dədə-baba torpaqlarımızda məskunlaşmış ermənilərin yaşadığı ərazilər tamamilə təmizlənmiş, nankor və xain qonşular bölgədən çıxarılmışdır. Hələ savaş bitməyib, müharibə başa çatmayıb. Ermənistan silahlı qüvvələri isə təxribatlarını davam etdirir, atəşkəs rejimini vaxtaşırı pozur. Daha ətraflı »
Teqlər: Sosial
31Yan
BİZƏ OLAN MÜNASİBƏT ÜRƏYİMİZCƏDİR
Yaranışdan insanı qarşıda nələr gözlədiyindən bixəbərdir. Bəlkə də bilinsəydi həyatın öz axarı maraqsız olardı. Amma elə yollar var ki, az da olsa nələrin baş verəcəyini anlayaraq könüllü olaraq üz tutursan, hər əzabına qatlaşırsan. Aldığın zərbələri özünün vətəndaşlıq borcun kimi qəbul edirsən. Vətənimizin ərazi bütövlüyü uğrunda yaralananlar və şəhid olanlar kimi.
Bu gün ətrafımızda yüzlərlə igidimiz Qarabağ savaşında aldığı yaralardan əziyyət çəkir. Lakin bu ağrılara səbrlə, təmkinlə tab gətirirlər. Belə yaralı igidlərimizdən biri də Qaradağlı kəndində yaşayan Hüseynov Habil Əhməd oğludur. Habil özünümüdafiə batalyonuna yazılanda yaşadığı doğma kəndində kolxoz işlərində çalışırdı. Vətənin dar günü idi. Camaatın başına tökülən qrad qəlpələri, törədilən cinayətlər, axıdılan günahsız qanlar hamı kimi Habili də narahat edirdi. Özü də hərbi xidmətini Rusiyada keçmişdi və hərbi texnikadan anlayışı vardı. 1992-ci ilin noyabr ayında Vətənin qorxmaz bir oğlu kimi batalyonun tərkibində savaşa qoşuldu. Ağdərə ətrafı döyüşlərdə iştirak etdi. Elə həmin ay da Vəng uğrunda gedən döyüşdə ağır yaralandı. O dəhşətli günü xatırlayaraq döyüş yoldaşı Rövşən Məmmədov belə deyir: Daha ətraflı »
Teqlər: Digər
31Yan
Rayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
2017-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 2721.8 hektar və yaxud 21,7 faiz azalmışdır. Bu azalma texniki bitkilərin əkin sahələrinin artımı ilə əlaqədardır. Yalnız qarğıdalı əkini 131 hektar və yaxud 85,6 faiz artmışdır. Nəticədə 2017-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 36 min 274,7 ton taxıl məhsulu toplanmışdır.
Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2017-ci ildə 498 hektar kartof sahəsindən 5458,6 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2016-cı ilə nisbətən 0,4 sentner artaraq 109,6 sentnerə çatmışdır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
31Yan
CAVİD ÖMRÜ
Cavid ömrü. Tufanlara sinə gərib, şaxtalarda donan ömür. Qürbət eldə qürub edən, qərib kimi bitən ömür. Vətən adlı, xalq adlı bir sevdaya tutuşan, atəş ilə qovrulan, həsrət ilə yanan ömür.
Xəyal!… Əvət. Yaşatan yalnız əhli-halı odur,
Yaşarsa bir könül, az-çox xəyal içində yaşar.
(H. Cavid)
Bəli, Cavid ömrü də azad bir ölkənin, əsarətin pəncəsində əzilməyən bir xalqın xəyalı ilə yaşadı. Lakin onu yaşadan bu arzu, bu xəyal onun ölüm fərmanına çevrildi. Bir şair və yazıçı kimi rəğbət qazanan, dövrünün qabaqcıl ziyalılarından olan, əsərlərində gözəlliyi, sevgini, azad ruhu vəsf edən, qaranlığa işıq tutan Hüseyn Cavid nədənsə sovet hökumətinin gözünə batmağa başladı. Hələ sağlığında yaradıcılıq gecələri təşkil olunan, dəyər verilib sağalması üçün Almaniyaya göndərilən şair birdən-birə düşmən qüvvəyə çevrildi. Təqiblərə məruz qaldı. Nəhayət, varlığından xofa düşənlər fətvasını verdi. İmperiyanın quzğun caynaqları Cavidi vətənin bağrından sökərək onun od nəfəsini, azad ruhunu dondurmaq üçün Sibirin şaxtasına təslim etdi. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
31Yan
MİLLİ ORDUMUZ QÜRUR MƏNBƏYİMİZDİR
Məni bu günlərdə gənclərin həqiqi hərbi xidmətə çağırılmasına həsr olunmuş tədbirə dəvət etmişdilər. Burada həmçinin ordudan yenicə tərxis olunan gənclər və Qarabağ müharibəsi veteranları, şəhid ailələri iştirak edirdilər.
Bugünkü gənclərə baxanda istər-istəməz xəyalım məni bir az keçmişə, özümün orduya çağırıldığım günlərə apardı. 1990-cı illərin əvvəli idi. Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Milli Ordumuz hələ formalaşmamışdı. 1992-ci ildə mən Bakı şəhərindəki hərbi hissələrdən birində qulluq etdiyimə baxmayaraq, rayonumuza qayıtdım və yerli özünü-müdafiə batalyonuna yazıldım. Vətənimiz təhlükədəydi və belə vaxtda əli silah tutan hər kəsin borcu ön cəbhəyə getmək idi.
Mən də vuruşdum. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Vəzir Orucov mənim komandirlərim olublar. Sıravi olsam da, döyüşdə müxtəlif silahlardan istifadə etməyi bacarırdım. Daha ətraflı »
Teqlər: Digər
31Yan
Heydər Əliyev Mərkəzində rayondakı mədəniyyət müəssisələri işçilərinin və şəhər 5 saylı tam orta məktəbi şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Tarix unudulmur” adlı tədbir keçirilib.
Əvvəlcə elektron kitabxananın hazırladığı kitab sərgisinə baxış olub. Sonra tədbir “Dəyirmi masa” ətrafında davam etdirilib. Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova Qanlı Yanvar faciəsindən, onun baş vermə səbəblərindən danışıb. Qeyd edib ki, 20 Yanvar təkcə matəm günü deyil, həm də azadlıq salnaməmizin başlanğıcıdır.
Tədbirdə məktəblilərin ifasında 20 Yanvara həsr olunmuş şeir və kompozisiyalar səsləndirilib.
Sevda MƏMMƏDOVA,
şəhər 5 saylı tam orta
məktəbin müəllimi
Teqlər: Xəbərlər
31Yan
BİR OCAĞIN ŞÖLƏLƏRİ
Şairliyi Tanrı hər kəsə qismət eləmir və bu, həyatda qazanılan vərdişlərdən deyil. Şair gərək anadangəlmə şair olsun. Yəni Allahın bəxş etdiyi fitri istedad ana bətnində ikən lütf olunmalıdır, süddən və qandan qaynaqlanmalıdır, yoxsa sonradan şair olmaq mümkün deyil, istəyirsən on universitet bitir, məhşur alim ol, akademik ol. Şairlik sənə fitrən verilməyibsə, özünü yorub biabır eləmə, çıx get bacardığın işlə məşğul ol.
Bir isti ocağın bir şair oğlu ilə tanışam. Onunla bir yerdə olanda rahatlıq tapıram, yazdığı şeirləri dinlədikcə poeziyaya ac qalan mənəvi dunyam doyur, qəribə duyğular çulğalayır məni, hisslərimə sığal çəkilir.
Yurdumuzun bu şair oğlu hazırda Tərtər rayonunun İrəvanlı kəndində yaşayan əslən Qərbi Azərbaycandan olan Talıb Məmmədlidir (Həsənoğlu). Mənəviyyatı o qədər zəngindir ki, belə “var-dövlət” dünyanın ən varlı adamlarında ola bilməz. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
19Yan
Azərbaycanın regionları ötən il sürətlə inkişaf etmişdir. Mən ötən il regionlara 30-dan çox səfər etmişəm. Hər yerdə quruculuq-abadlıq işləri göz oxşayır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
19Yan
1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.
2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2018-ci il.
Teqlər: Digər
19Yan
2017-ci il başa çatıb. Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında Prezident İlham Əliyevin dediyi kimi, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. İqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Ölkədə dərin iqtisadi islahatlar həyata keçirilib. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Kənd təsərrüfatı 4,1 faiz artıbdır.
Dövlətimizin başçısı bildirib ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar.
Azərbaycanın ixrac potensialı artıb. 2017-ci ildə ixrac 19 faiz artıb.
Prezident İlham Əliyev iqtisadi sahədə qazanılan uğurlardan danışarkən deyib: “Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar