20Dek
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində YAP Tərtər Rayon Təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
“Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyada rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatlarda çalışan YAP rayon təşkilatının fəalları, idarə heyəti və şura üzvləri iştirak ediblər. Aksiya çərçivəsində rayonun Buruc–Gülabatlı kəndləri ərazisində yerləşən meşə zolağının 3 hektar sahəsində 4 min ədəd ağac əkilib. Aksiyada rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov da iştirak edib.
Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatı ağacəkmə kampaniyası dövründə mərhələli şəkildə partiya üzvlərinin sayına uyğun ağac əkməyi planlaşdırır.
“Yeni Tərtər”
20Dek
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya rayonumuzun məktəbliləri də qoşulub. Rayonumuzu təmsil edən 40 nəfər məktəbli bu layihə çərçivəsində şimal bölgəmiz olan Quba, Qusar, Xaçmaz rayonlarına səfər etdilər.
Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə biz məktəblilərdən ibarət qrupun təntənəli şəkildə yolasalma mərasimi keçirildi.
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra, bizim üçün ayrılmış xüsusi avtobusla şimal bölgəsinə səfərə yola düşdük. 7-8 saatlıq yoldan sonra, nəhayət, Quba şəhərinə çatdıq. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
20Dek
Sentyabr ayının sonları idi. Rayonumuzun bütün idmansevərlərinin sevincinə səbəb olan bir hadisə baş vermişdi. Bir nəfərin uğuru ailənin, məktəbin, və bütöv rayonun fəxrinə, qüruruna çevrildi. Bu xəbər gənc boksçumuz Murad Allahverdiyevin Bolqarıstanda keçirilən Avropa çempionatında düşmənimiz olan mənfur ermənilərin nümayəndəsini məğlub etməsi xəbəri idi. Muradın uğuru rayon rəhbərliyi tərəfindən razılıqla qarşılandı. O, qələbədən sonra doğma Tərtərə üçrəngli bayraqlarla bəzədilmiş maşın karvanı ilə gətirildi. Muradı qarşılayanlar arasında sinif yoldaşları, müəllimləri və doğmalarından başqa rayon ictimaiyyətinin nümayəndələri də vardı.
İdmançımızın bu uğuru ölkəmizin gündəmində olan mühüm xəbərə çevrildi, internet saytlarında, televiziya kanalla-rında, mətbuat səhifələrində özünə yer aldı. Daha ətraflı »
Teqlər: İdman
20Dek
İnsanların şəhər mühitində yaşanan gərginliklərini və iş mühitinin streslərini aradan qaldırmaq üçün yollardan biri kənd turizmidir. Bu növ xiddmətdən istifadə edənlər öncə kənd mühitində yerli əhalinin evlərində və ya kənd tipli yaşayış məskənlərində yerləşdirmə obyekti (gecələmə) ilə təmin olunurlar.
Kənddə olan turistlər qidalanmada kənd təsərrüfatı məhsullarından istifadə edirlər. Burda kənd əhalisi əlavə evi varsa, icarəyə verərək əlavə gəlir qazanır, həm-çinin kənd təsərrüfatı ilə məşğul olan əhali məhsul-ları turistə satmaqla gəlir əldə edir.
Turistlər həmçinin kənd təsərrüfatı işləri ilə əyani tanışlığı sevirlər. Bu da onların zövqünə uyğun olarsa, təmin etmək lazımdır. Həmçinin əyləncə və mənəvi zövq üçün kənd folkloru ilə turistləri tanış etmək olar. Kəndlərin yerləşdiyi əraziyə uyğun olaraq özü-nəməxsus mətbəxi olur və turistləri bu mətbəxlə tanış edərək əlavə gəlir götürmək mümkündür. Bunun üçün əvvəlcədən kənd əhalisi maarifləndirilməlidir. Daha ətraflı »
Teqlər: Digər
20Dek
Kəndimizdə əkinçiliklə məşğul olub öz işini yaxşı bilən əmək adamlarından biri də fermer Firuz Rzayevdir. O, bu il 21 hektar sahədə taxıl, 18 hektarda şəkər çuğunduru, 10 hektarda isə pambıq əkib becərmişdi.
İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir.
Firuz 21 hektar taxıl sahələrinə aqrotexniki qaydalar əsasında qulluq etdiyi üçün, hər hektardan 60 sentner buğda götürdü. Bu, təsərrüfatlar arasında ən yüksək göstəricidir.
18 hektar şəkər çuğunduru sahəsinin isə hər hektarından İmişli şəkər zavoduna 70 ton məhsul təhvil verib. Becərdiyi 10 hektar pambıq sahəsində də məhsul toplanışı başa çatıb. Pambıqçılıqda da çəkilən zəhmət bəhrəsini verib. Hektarın məhsuldarlığı 30 sentner olub. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
20Dek
“Tibb qəzeti”nin əməkdaşı Ü. Fərzəliyevanın professor Rasim Axundovla söhbətindən.
* * *
Məlumdur ki, dünyada mikroorqanizmlərin yetişdirilməsi üçün müxtəlif qidalı mühitlərdən istifadə olunur. İndi ölkəmizdə də ilk dəfə belə mühitin alınması üsulu kəşf edilib.
Professor Rasim Axundovun bu ixtirası, məhz mikrobiologiya sahəsində istifadə olunan qidalı mühitlərin əsasının alınması üsullarına aiddir. Təklif olunan ixtirada əsas məqsəd mikroorqanizmlərin geniş dairəsinin identifikasiyası və fərqləndirilməsi üçün qidalı mühitin işlənib hazırlanması, onun ucuzlaşdırılması və xammal bazasının genişləndirilməsidir. Qeyd edək ki, indiyədək belə analizlərin aparılması üçün qidalı mühit xaricdən idxal olunurdu. Azərbaycan alimi isə mikroorqanizmlərin yetişdirilməsi üçün ciftdən alınan bulyon əsasında yeni qidalı mühit yaradıb.
Rasim Axundov qidalı mühitin alınması üsulunun Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 26 aprel 2007-ci il tarixində qeydiyyata alındığını bildirdi: “Mikrob kulturalarının yetişdirilməsi üçün, təklif olunan yeni qidalı mühitin istehsalını təşkil etmək məqsədi ilə onun texniki şərti işlənib hazırlanıb və normativ sənəd kimi 7 aprel 2008-ci il tarixində qeydiyyata alınıb. Daha ətraflı »
Teqlər: Digər
20Dek
Həmyerlimiz professor Rasim Axundov “Yeni Tərtər” qəzetinin yaxın dostudur. Bakıda yaşayır. Tez-tez onun üçün çox doğma və əziz məkan olan Tərtəri ziyarət edir. Cəbhə bölgəsi olan rayonumuzda ermənilər tərəfindən törədilən hər bir təxribat onu da narahat edir, hər bir atəş səsi onda da düşmənə qarşı güclü qəzəb doğurur.
Rasim Axundov hər Tərtərə gələndə mütləq redaksiyamıza baş çəkir, vəziyyətimizlə və qayğılarımızla maraqlanır.
Professor bu dəfəki gəlişində redaksiyamıza müxtəlif səpkili xeyli yazı təqdim etdi. Biz də o qənaətə gəldik ki, bu maraqlı yazıları qəzetimizdə vaxtaşırı dərc edək.
Teqlər: Digər
20Dek
Professor Rasim Axundov deyir ki, Azərbaycanda Səhiyyə Assambleyasının qətnaməsinə görə bütün dünyada Milli Dərman Siyasətinin əsas prinsipləri yeni dərman vasitələrinin yaradılması,onun istehsalı və əhalinin sağlamlığının qorunması üçün onu düzgün təşkil etməyə yönəltməkdir. Bu prinsiplərə müvafiq olaraq Azərbaycanda da yerli xammal mənbələrindən istifadə edərək yeni dərman preparatlarının alınması, onların yeni texnoloji xüsusiyyətlərini işləyib hazırlamaq və nəticədə yüksək keyfiyyətli fitopreparatların tibbi praktikada tətbiqinə nail olmaq hal-hazırda aktual bir məsələ olaraq qalır.
Məlum olduğu kimi insanlar çox qədim zamanlardan bitkilərin yarpaq, gövdə, çiçək, kök və s. hissələrindən bu və ya digər tərkibli kimyəvi maddələri ekstraksiya yolu ilə almağı öyrənmişlər. Bu üsulla əsasən dərmən bitkilərindən tibbi praktikada geniş istifadə edilən dərman preparatlarının ekstraktlarını almışlar və bu üsul əczaçılıq sənayesində indi də istifadə edilir. Daha ətraflı »
Teqlər: Digər
20Dek
Şeyx Sədi Şirazi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, müəyyən baxımdan inqilab etmiş nəhəng sənətkardır.
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüz illərdir əhəmiyyət və təsirini itirməyərək, oxuyucalarına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. Odur ki, gözü götürməyənlər öz tənəli dillərini işə salıb deyirlər ki, nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq ağıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, şəfaverici nəsihət inciləri zərif ibarə sapına düzülmüş və acı məsləhət dərmanları şirin zarafat balına qarışdırılmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti qəbul etməkdən məhrum qalmasın. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
20Dek
• Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
• Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
• Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
• Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
•Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
• Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
• Cahil birinin yanında kitab kimi səssiz ol. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar