29Dek
Mən bütün Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə yeni uğurlar, xoşbəxtlik arzulayıram.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Teqlər: Digər
29Dek
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai hə- yatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasında başlamış hərəkatın davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün bunları nəzərə alaraq Ümummilli Liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Daha ətraflı »
Teqlər: Digər
29Dek
Əziz tərtərlilər!
Biz sizinlə birlikdə daha bir uğurlu ili başa vururuq. Bu müddətdə ölkə başçısının tapşırıq və tövsiyələri əsasında rayonumuzun tarixində görünməyən tikinti işləri aparılıb. Xüsusilə sevindiricidir ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, uzunluğu 29,5 kilometr olan, 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər – Seydimli – Qaradağlı – Sarov avtomobil yolunun açılışlarında Prezident İlham Əliyev iştirak edib. Ölkə rəhbəri Tərtərə səfəri çərçivəsində həmçinin ümumi sahəsi 88 min kvadratmetr olan və 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin dediyi kimi, “Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar”. Bu sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur. Biz yeni – 2018-ci ilə böyük ruh yüksəkliyi ilə qədəm qoyuruq. Əminəm ki, qəhrəman tərtərlilər bundan sonra da qarşıda duran bütün vəzifələri layiqincə icra edəcək, Azərbaycanın iqtisadi qüdrətinin artmasına öz köməkliklərini göstərəcəklər.
Qeyd etmək istəyirəm ki, bu il rayonumuzda kənd təsərrüfatı, sahəsində dönüş yarandı. Pambıq, şəkər çuğunduru, barama, meyvə-tərəvəz və heyvandarlıq məhsullarının istehsalında Tərtər respublikada ön cərgələrdədir. Daha ətraflı »
Teqlər: Digər
29Dek
Elə bilirsiniz Yeni ili təkcə uşaqlar gözləyirlər? Əlbəttə, yox. Bu sehirli, min-bir cazibə ilə dolu şaxtalı qış gecəsində Şaxta Baba ilə Qar qız birillik həsrətdən sonra insanların görüşünə tələsirlər.
2017 və 2018-ci illərin qovuşuğunda Tərtərə gələn Şaxta Baba sanki çaşıb qalmışdı. Çöhrəsində qəribə bir ifadə vardı. Buna təəccüb də demək olardı, sevinc də. O, sual dolu nəzərlərini nəvəsinə dikib soruşdu:
–Yolu səhv gəlməmişik ki, qızım?
Qar Qız işin nə yerdə olduğunu başa düşüb, ürəkdən güldü.
–Səhv niyə gəlirik ki, Baba?. Bura uzun illər düşmənlə üz-üzə dayanan qəhrəman Tərtər şəhəridir.
–Axı, keçən il buralar boş ərazi idi. İndi isə… Daha ətraflı »
Teqlər: Digər
29Dek
ƏSGƏRLƏRLƏ GÖRÜŞ
Yeni Azərbaycan Partiyasının Nəsimi, Nərimanov və Nizami rayon təşkilatları ənənəvi olaraq qarşıdan gələn 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cəbhə bölgəsində yerləşən hərbi hissədə olublar.
Əsgərlərimizdə milli ruhun və döyüş əzminin yüksəldilməsi məqsədilə aprel döyüşlərində həlak olmuş Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov və Milli Qəhrəman Mahir Mirzəyevin atası Sabir Mirzəyev də tədbirdə iştirak ediblər.
Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova əsgərlərimizin xidmət, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram təbriklərini çatdırıblar. Daha ətraflı »
Teqlər: Xəbərlər
29Dek
Gənclik illərimdə mənə desəydilər ki, doğma Tərtərimdən çox-çox uzaqlarda yaşayıb–işləyəcəyəm, buna qətiyyən inanmazdım. Çünki bir hərbçi kimi vətənimə xidmət etmək arzusundaydım. Bu fikirlə də hərbi komandirlər hazırlayan məktəbə daxil olmuşdum. Lakin 6 aydan sonra əsgəri xidmətə çağırıldım və təhsilim yarımçıq qaldı.
Hərbi xidmətimi başa vurduqdan sonra həyat yolum tamamilə dəyişdi. Kirov vilayətinin Yaransk şəhərində kənd təsərrüfatı texnikumunu bitirdim. Vətənə qayıdıb rayonumuzdakı keçmiş Mirbəşir narçılıq sovxozunda təsərrüfat briqadiri işləməyə başladım. Ailə həyatı qurdum. Övladlarım dünyaya gəldi.
Bu da bir qismət idi ki, tale yenidən məni Rusiyaya gətirib çıxardı. 1994-cü ildən ailəmlə birlikdə Kirov vilayətində yaşayıram. Böyük övladlarım artıq ailəlidir. Nəvələrimiz böyüyür. Daha ətraflı »
Teqlər: Digər
29Dek
İllər, İllər! Kimini həyata gətirən, kimini həyatdan aparan illər! Bir-birini həsrətlə gözləyən, görüşəndə qol-boyun olub, yola saldığının davamçısına çevrilən illər.
Ömrümüzdən-günümüzdən ötən illər ipə-sapa düzülmüş mirvari kimi sıralanır və tariximizə dönür. Bu illəri yaşamaq və yaşatmaq, yaddaqalan etmək üçün yer üzünün əşrəfi insan onları bir naxış kimi öz ömrünə ilmələyir ki, torpağının, Vətəninin, elinin tarixinə cevrilsin. Xatırlandıqca qürurumuza dönsün.
Mənim başı bəlalar görmüş, müharibələrdə mətinləşmiş, müdrikləşmiş Tərtərim! Yenə illərin qovuşuğundasan, mehriban, zəhmətkeş insanlarınla 2017-ci ili uğurla yola salıb, 2018-i qarşılayırsan. Hərdən başının üstünü çən-duman aldı. Səni sındırmağa qara əllər uzandı. Daha ətraflı »
Teqlər: Digər
29Dek
Yeni il insanların həmişə səbirsizliklə gözlədiyi ən əziz bayramlardan biridir. Bu bayram məişətimizə elə daxil olub ki, hələ gəlməsinə xeyli qalmış onu təmtəraqla qarşılamağa hazırlaşan insanlar Yeni il yolkası qurur, budaqlarından müxtəlif çılçıraqlar asır, uşaqlar Şaxta Baba və Qar Qızın yolunu gözləyirlər. Yeni il gecəsi hamı süfrə başına toplaşır, bayram təamlarından yeyir, deyir-gülür, danışır, şənlik edir.
Elə insanlar da var ki, onlar Yeni il gecəsində iş başında olur, növbə çəkir, əhalinin sağlamlığı keşiyində dururlar. Həkimlər kimi.
Rayon mərkəzi xəstəxanasında baş həkimin müavini Sevda Əliyeva bildirdi ki, bizim tibb personalımız bir qayda olaraq bayram günlərində–xüsusən də yeni ildə gecə-gündüz növbə çəkir, insanların sağlamlığı keşiyində dayanırlar. Cərrahiyyə, terapiya, doğum evi, ağ ciyər xəsləlikləri şöbəsi, yoluxucu xəstəliklər, təcili yardım və qəbul şöbəsi üzrə hər biri 5 nəfər olmaqla gücləndirilmiş iş rejimində işləyirlər. Biz bu siyahını yeni ilə bir neçə gün qalmış tərtib edib, həkim və tibb işçilərini məlumatlandırırıq. Daha ətraflı »
Teqlər: Səhiyyə
29Dek
Həmişə olduğu kimi, cari ildə də təşkilatımızın əsas məqsədi rayonumuzda yaşayan şəhid, ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə qayğı göstərilməsi olub. Bu təbəqədən olan insanların arasında əlillər xüsusi yer tutur. Çünki vaxtilə döyüş meydanlarında, düşmənə qarşı ölüm-dirim savaşında qəhrəmanlıq göstərən bu igidlər indi əlillik həyatı sürməyə məhkumdurlar. Rayonumuzda 310 şəhid ailəsi, 780 Qarabağ müharibəsi veteranı var. Müharibə əlillərinin sayı isə 335 nəfərdir.
Cari ildə 4 şəhid ailəsi evlə təmin olundu, 5 Qarabağ əlilinə minik avtomobili verildi. 7 nəfər əlilə təşkilatımız tərəfindən maddi yardım göstərildi. Bundan başqa, bu təbəqədən olan insanların müalicəsi və istirahəti də diqqət mərkəzində saxlanılıb. Səhhətlərindəki problemlərlə bağlı onlar vaxtaşırı Əlillərin Bərpa Mərkəzinə və istirahət üçün “Şaqan” pansionatına göndəriliblər. Bayram günlərində ilk olaraq yada salınan insanlar da əlillər olublar. Yeni ildə, Novruz və Qurban bayramlarında onların qapıları döyülüb, adları anılıb. Daha ətraflı »
Teqlər: Sosial
29Dek
Bərxudarlı Qədir Ramin oğlu şəhər 2 saylı məktəb-liseyin beşinci sinfində oxuyur. Dərs əlaçısıdır. Sevdiyi məşğuliyyətlərdən ən ürəyinə yatanı idmandır. Lap uşaq yaşlarından idman haqqında bir kəlamı daim dilində əzbər edib: “Kim sevirsə idmanı, sağlamdır onun canı.” Elə bu amal uğrunda da idmanın kikboksinq növü ilə məşğul olur.
Əlamətdar tarixi hadisələrlə zəngin olan 2017-ci il balaca idmançının həyatında da yaddaqalan olub.
Belə ki, Cəhdi Cəlal adına kikboksinq klubunun yetirməsi olan Qədir Bərxudarlı 8 oktyabr 2017-ci ildə Bakı şəhəri Suraxanı rayon Gənclər və İdman İdarəsində “Şindi” kikboksinq klubunun açıq birinciliyində 34 kiloqram çəki dərəcəsində 10 yaş qrupunda qazandığı qələbəyə görə 1-ci yerə layiq görülmüş, diplom və medalla təltif olunmuşdur. Daha ətraflı »
Teqlər: İdman
Yeni ismarıclar