Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    Dədə_Qorqud

    • Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.
    • Biz Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.
    • Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər.
    • Bizi doğru yol göstərən, bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır. Halbuki həqiqi aşiqlər daima namazdadırlar.
    •Bu içində olduğun andakı ömürü bir fürsət bil və onunla məşğul ol. Nə keçmişə kədərlən, nə gələcəkdən qorx.
    • Burnuna sarımsaq tıxamısan, gül iyi axtarırsan.
    • Cahil birinin yanında kitab kimi səssiz ol.
    • Cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur.
    • Çıxacağım yerə səbri nərdivan edirəm.
    • Daş dövrü daşlar tükəndiyi üçün deyil, başlar dəyişdiyi üçün sona çatmışdır.
    • Dedilər ki: Gözdən iraq olan könüldən də iraq olar. Dedim ki: Könülə girən gözdən iraq olsa nə olar…
    • Dənizdə incilər dərində olur. Çör-çöp sahildə olur.
    • Dərdimi sevirəm.. Bilirəm ki, dərdimi verən də məni sevir.
    • Dərdli insan içi tüstü dolu bir otağa bənzər. Onu dinləmək; o otağa bir pəncərə açmaq kimidir.
    • Dənizin dibində incilərlə daşlar qarışıq tapılarlar. Təriflənəcək şeylər də qüsur və səhvlərin arasında tapılar.
    • İki barmağını gözünün üstünə qoy. Dünyanı görə bilirsənmi? Görmürsən deyə bu dünya yoxdurmu? Bax Rəbbim də belədir.
    • Dilini tərbiyə etmədən əvvəl ürəyini tərbiyə et; çünki söz ürəkdən gəlir, dildən çıxır.
    • Dostların xətası yadların doğrusundan yaxşıdır.
    • Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getmək deməkdir.
    • Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!
    • Edən özünə edər, edən tapar və çəkər. Unutma, qazanmaq böyük ömür istər. İtirməyə isə anlıq qəflət yetər.
    • Elm sahilsiz bir dəryadır, alim isə sahilsiz dəryaya dalmş bir dəryadır.
    • Eşitdim ki, qiybətimi etmisən, üzümə söyləməkdən qaçmısan! Mənim kimi bir acizdən qorxmuş Allahdan qorxmamısan?
    •Eşq alovdur, o yananda Məşuqdan başqa hər şeyi kül edir.
    • Eşq elə bir kölgədir ki, parladıqda sevgilidən başqa nə varsa yandırıb yaxar.
    • Eşq sonu olmayan bir səltənətdir.
    • Eşq sözə sığmaz. Eşq dibi görünməyən dənizdir.
    •Ey can; heç kimə layiq olduğundan çox dəyər vermə; ya onu itirərsən, ya da özünü məhv edərsən..!

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.