Həmin il mən 6-cı sinifdə oxuyurdum. Hamı kimi bizim ailədə də adi günlərdən biri idi. Şam yeməyindən sonra oturub televizora baxırdıq. Birdən bütün kanallarda yayım dayandı, işıqlar söndü. Nə baş verdiyini heç birimiz anlamadıq. Əlbəttə, həmin dövrdə mənim yaşım heç imkan vermirdi nə baş verdiyini anlayım. Amma atamla anamın təlaşı, bir-birinə qorxu, həyəcan dolu baxışları, heç də xeyirdən xəbər vermirdi.
Onsuz da həmin dövrlərdə ölkədəki qeyri-sabit vəziyyət, xalq arasındakı ümidsizlik, çaşqınlıq artıq nədənsə xəbər verirdi, sanki təhlükə dalğası gəlirdi.
Səhər anamın ağlamaq səsinə yuxudan oyandım. Xalamla nədənsə danışır və ağlayırdılar. Səssizcə onlara yaxınlaşdım. Anam hıçqırığını boğa-boğa–“gecə bütün Bakını qırıblar, tankın, avtomatın qabağına veriblər, qırıblar milləti. Qırıblar, hələ də qırırlar, qanını içirlər qaniçənlər” –deyirdi
Televiziyanın enerji blokunun partladılması, meydanlara axışan xalq kütləsinin gülləbaran edilməsi xəbəri ildırım sürəti ilə yayıldı. Heç kim Bakıdakı vəziyyətdən tam xəbərdar deyildi, göz yaşı, təlaş, qorxu, nifrət və ən əsası–dərin bir sükut.
Heç kim bir-biri ilə danışmırdı, ürəkləri suallar didib-parçalayırdı. Təkcə “Azadlıq” radiosunun verdiyi qısa xəbərlər və mübarizəyə, azadlığa çağıran üsyankar şeirlər… Daha ətraflı »
-
17YanDigər QANLI YANVAR DEYƏNDƏ… üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
09YanXəbərlər YAP RAYON TƏŞKİLATININ YENİ İNZİBATİ BİNASINDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ üçün şərhlər bağlıdır
YAP rayon təşkilatının yeni inzibati binasında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayon təşkilatı qərargahının foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, Ümummilli Liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününün məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrından bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən fəxrlə qeyd edildiyini vurğuladı.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov yenicə istifadəyə verilmiş YAP rayon təşkilatının inzibati binasında ilk dəfə 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasını rayon təşkilatının qeydiyyatında olan 5903 nəfər YAP üzvləri üçün təbrik mesajı kimi qəbul olunduğunu qeyd etdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09YanXəbərlər HƏRBİ HİSSƏLƏRDƏ “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib. Tədbirlərdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »Teqlər: Xəbərlər
-
09YanƏdəbiyyat BEYNƏLXALQ ANA DİLİ GÜNÜ üçün şərhlər bağlıdır
Ana dilim! Doğma Azərbaycan dilim. Anamın mənə layla dediyi, ahıl nənəmin nağıl söylədiyi dil! Vətənim Azərbaycan, anam Azərbaycan, dilim Azərbaycan.
Haradır Azərbaycan?! Odlar ölkəsi Azərbaycan! Qoy bunu Səməd Vurğun desin:
Min Qazaxdan köhlən ata
Yalmanına yata-yata
At qan tərə bata-bata
Göy yaylaqlar belinə qalx
Kəpəz dağdan Göy gölə bax.
Ölkəni ölkə edən, yurdu yurd edən onun daxili zənginliyi, ən əsas isə onun dilidir. Dil fikrin, qəlbin ən incə, ən dərin hisslərini ifadə edir. Hər kəsin öz ölkəsinə olan məhəbbəti, öz doğma dilinə olan məhəbbətdən ayrılmazdır. Dilə ancaq onu dərindən öyrənməklə yiyələnmək olar. Buna görə də onu həyatımızın sonuna qədər fasiləsiz olaraq öyrənməliyik. İnsanın bütün həyatı dillə bağlıdır. Çünki dil insanın dünyaya gəldiyi ilk gündən insanın canına, qanına, beyninə və ürəyinə ana südü, ana laylası ilə daxil olur. Ona görə də təsadüfi deyil ki, uşaqların dil açarkən dediyi ilk söz “ana” sözüdür. Yer üzərində yaşayan hər bir insan ana ilə vətən sözlərini birgə işlədir.
Ana dili həm də vətən rəmzidir. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
09YanDigər VƏTƏNDƏ GÖRÜŞLƏR üçün şərhlər bağlıdır
Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri, qubernatorun millətlərarası münasibətlər üzrə köməkçisi Nazir Hətəmov 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününü doğma kəndi Qaradağlıda qeyd edib. Həmin gün Nazir Hətəmov, onun dostları Fəxrəddin Alıyev və Elman İlyasov, anası Fatma xanım, qohumları Fitat Əliyeva, Saday Mehdiyev və Hümbət Ələsgərov, “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini Svetlana Bağırova Qaradağlı və Qapanlı kəndlərinin birgə qəbiristanlığını ziyarət edib, buradakı şəhid məzarları önündə dualar oxuyublar.
Sonra onlar erməni əsirliyində olan Qapanlı kənd sakini Şahbaz Quliyevin anasını ziyarət ediblər. Belə əziz gündə onu yad etdiklərinə görə Sənəm ana qonaqlara təşəkkürünü bildirib.
Həmin gün Nazir Hətəmov sevimli müəllimi, Qaradağlı və Qapanlı kəndlərinin bir neçə nəsl gənclərinin formalaşmasında böyük zəhməti olan Famil Quliyevlə də görüşüb, 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə onu təbrik edib.“Yeni Tərtər”
Teqlər: Digər
-
09YanDigər MÜHARİBƏ VETERANI “VƏTƏN NAMİNƏ” MEDALI İLƏ TƏLTİF OLUNUB üçün şərhlər bağlıdır
Torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirib əlil olan igidlər dövlətimiz tərəfindən yaddan çıxmır, onların fəaliyyəti daim yüksək qiymətləndirilir. Belə insanlardan biri də əslən rayonumuzun Qaradağlı kəndindən olan Qalalı Hüseynovdur. O, ali təhsillidir. 1993-cü ildə könüllü olaraq Tərtər Özünümüdafiə Batolyonuna yazılıb. Zabit kimi I bölüyün komandiri təyin olunub. Bir sıra ağır döyüşlərdə mərdliklə vuruşub. Dəfələrlə yaralanıb. 1995-ci ildə ordudan tərxis olunub.
Qalalı Hüseynov barədə qəzetimizin 11 noyabr 2015-ci il tarixli nömrəsində ətraflı yazı dərc olunub.
Yuxarıda vətən, torpaq uğrunda canlarını fəda etmiş insanların dövlət tərəfindən daim yüksək qiymətləndirilməsini qeyd etdik. Bu, həm də gənc nəslin vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir edir. Qalalı Hüseynovun 3 övladı iki qızı və 1 oğlu var, hər üçü ali təhsillidir. Oğlu 6 aydan çoxdur ki, “N” saylı hərbi hissədə qulluq edir. Torpaqlarımızın keşiyində mərdliklə dayanır. Daha ətraflı » -
09YanKənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı prioritet məsələdir üçün şərhlər bağlıdır
Respublikamız müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı geniş inkişaf etməkdədir. Torpaqlarımızın paylanması bu inkişafı daha da sürətləndirdi. Başqa sahələrlə bərabər dənli taxıl bitkilərinin də kənd təsərrüfatında əvəzolunmaz rolu vardır. Son illərdə Dünya inkişaf Bankının Azərbaycanın kənd təsərrüfatına qoyduğu investisiyalar nəticəsində taxılçılığın inkişaf etdirilməsinə əlverişli şərait yaranmışdır. Taxılçılığın inkişaf etdirilməsi üçün dənli taxıl bitkilərinin yeni, intensiv tipli sortların yaradılması da əsas amillərdən biridir.
Bu işdə seleksiya və seleksiyaçıların əvəzedilməz rolu vardır.
Seleksiya yeni heyvan və bitki növlərinin yaradılaraq kənd təsərrüfatına tətbiqini həyata keçirir. Seleksiya bitki və heyvanların genetik tərkibini insanların tələbatına uyğun dəyişmək üçün inkişaf istiqamətlərini hazırlayır. Bu proses təbiətdə növlərinin təkamülü kimi eyni qanunlara tabe olan təkamül formasıdır, lakin təbii seçmə qismən süni seçim ilə əvəz olunur. Seleksiya dünya əhalisinin qida təminatında mühüm rol oynayır.
Yeni məhsuldar bitki növlərinin və heyvan cinslərinin yaradılması kənd təsərrüfatında və sənayedə istehsalın artmasını və inkişafını təmin edən əsas faktorlara çevrilmişdir. Məsələn, yatmaya davamlı sortların yaradılması, texniki yığıma uyğunlaşmış pomidor sortları, istixanalarda yetişdirilmək üçün yaradılmış meyvə və tərəvəz sortları kənd təsərrüfatının mexanikləşdirilməsi üçün böyük rol oynayır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfat
-
09YanKənd təsərrüfatı RAYONUN TƏSƏRRÜFATLARINDA QIŞ BECƏRMƏ İŞLƏRİ üçün şərhlər bağlıdır
Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi müəyyən edilmişdir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı ölkə iqtisadiyyatını yüksəltmək üçün pambıqçılıq, fındıqçılıq və ipəkçilik sahələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
İpəkçilik sahəsini inkişaf etdirmək üçün Çin Xalq Respublikasından gətirilən tinglərin digər bölgələrdə olduğu kimi Tərtər rayonunda da 30 min tut tingi ödənişsiz olaraq istehsalçılara paylanaraq əkilmişdir. İsmayılbəyli inzibatı ərazi dairəsində 17000 ədəd, Yuxarı Qapanlı ərazisində 3000 ədəd, Qaraağacı ərazisində 3500 ədəd, İrəvanlı ərazisində 1000 ədəd, Əksipara ərazisində 1000 ədəd, Buruc ərazisində 500 ədəd, Bölgə Təcrübə Stansiyasında 4000 ədəd çəkil tingi əkilmişdir.
Bundan əlavə 1357 ədəd yerli tut tingi Bərdə Meşə Mühafizəsi və Bərpası müəssisəsindən gətirilərək təsərrüfatlarda fermerlərə paylanmışdır.
Tərtər rayonunda 2016-cı ildə 1035 hektar sahədə pambıq bitkisi aqrotexniki qaydada əkilib-becərilmiş. 2 milyon 321 min 326 kq məhsul yığılmışdır. 2017-ci ildə rayon ərazisində 3000 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılmışdır. Bu da insanların maddi rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin yaranması deməkdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
09YanKənd təsərrüfatı Baramaçılıq gəlirli sahədir üçün şərhlər bağlıdır
ÇƏKİL TİNGLƏRİ ƏKİLİR
Ölkə Prezidenti İlham Əliyevin baramaçılığın inkişaf etdirməsi haqqında tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə ciddi cəhd göstərən bizim Seydimli kəndinin fermerləri, torpaq mülkiyyətçiləri və baramaçılıqla məşğul olan sakinləri bu sahəni inkişaf etdirmək məqsədilə Çindən gətirilən çəkil tinglərinin əkinini mütəşəkkil qaydada başa çatdırmışlar.
Kəndimizdə Nüşabə Bəxşəliyevanı hamı təcrübəli kümçü kimi tanıyır. O, Sovet dönəmində ailə üzvləri ilə birlikdə hər il 2-3 qutu barama qurdu becərərək dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verərdi. Baramaçılığa yenidən diqqət ayrılması Baxşəliyevlər ailəsini də ürəkdən sevindirib. Elə buna görə də bölgü əsasında kəndə verilən çəkil tinglərinin 100 ədədini öz həyətyanı torpaq sahəsində əkiblər.
Çəkil tinglərinin qalanını isə torpaq mülkiyətçisi Ədalət İsayev və fermer Mehman Əhmədov əkib.
Əkilən çəkil tinglərinin hamısı əvvəlcədən dərin şumlanmış sahələrə basdırılmış, əkin zamanı aqrotexniki qaydalara əməl olunmuşdur. Əkilən ting sahələrində dərhal suvarma aparılmışdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
09YanSəhiyyə QRİP üçün şərhlər bağlıdır
Qrip–müxtəlif tip viruslar tərəfindən törədilən, əsasən ümumi intoksikasiya, əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüz yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir. Xəstəliyin mənbəyi qripə yoluxmuş şəxslərdir.
Xüsusilə xəstəliyin ilk günləri tənəffüz yollarının seliyi ilə çoxlu virus öskürək, asqıraq və danışıq zamanı 1,5-2 m, məsafəyə yayılaraq sağlam şəxsləri asanlıqla yoluxdurur. Xəstəliyin sürətlə yayılması virusun hava-damcı yolu ilə asan keçməsi və orqanizmin qrip infeksiyasına qarşı yüksək dərəcədə həssaslığı ilə izah etmək olar.
Qripin gizli dövrü bir neçə saatdan 3 günə qədər çəkə bilər. Xəstəlikdə əsasən 2 sindrom intoksikasıya və tənəffüs yollarının iltihabı əsas yer tutur. Xəstəlik qəflətən başlayır. Güclü titrətmə, ya üşütmədən sonra dərhal temperatur yüksək dərəcəyə qalxır. İlk saatlarda şiddətli baş ağrısı, zəiflik, halsızlıq, əzələlərdə, sümüklərdə və iri oynaqlarda sızıltılı ağrı əmələ gəlir. Xəstələnəndə baş gicəllənmə, bəzən bayılma halları, qusma, iştahsızlıq, ağızda quruluq, yanğı əmələ gəlir. Hemorargik əlamətlər–burun qanaxması, diş ətindən qanaxma qeyd edilir. İlk günlərdən xəstədə burun tənəffüsünün çətinləşməsi olur, boğazı quruyur, qaşınır, quru öskürək, döşün arxasında göynəmə, ağrı əmələ gəlir. Daha ətraflı »Teqlər: Səhiyyə
Yeni ismarıclar