Torpaqlarımızın bütövlüyü uğrunda sağlamlıqlarını itirib əlil olan igidlər dövlətimiz tərəfindən yaddan çıxmır, onların fəaliyyəti daim yüksək qiymətləndirilir. Belə insanlardan biri də əslən rayonumuzun Qaradağlı kəndindən olan Qalalı Hüseynovdur. O, ali təhsillidir. 1993-cü ildə könüllü olaraq Tərtər Özünümüdafiə Batolyonuna yazılıb. Zabit kimi I bölüyün komandiri təyin olunub. Bir sıra ağır döyüşlərdə mərdliklə vuruşub. Dəfələrlə yaralanıb. 1995-ci ildə ordudan tərxis olunub.
Qalalı Hüseynov barədə qəzetimizin 11 noyabr 2015-ci il tarixli nömrəsində ətraflı yazı dərc olunub.
Yuxarıda vətən, torpaq uğrunda canlarını fəda etmiş insanların dövlət tərəfindən daim yüksək qiymətləndirilməsini qeyd etdik. Bu, həm də gənc nəslin vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir edir. Qalalı Hüseynovun 3 övladı iki qızı və 1 oğlu var, hər üçü ali təhsillidir. Oğlu 6 aydan çoxdur ki, “N” saylı hərbi hissədə qulluq edir. Torpaqlarımızın keşiyində mərdliklə dayanır.
Bu günlərdə Qalalı Hüseynov Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Şurası İdarə Heyətinin 11.11-ci ay 2016-cı il tarixli qərarına əsasən “Vətən naminə” medalı ilə təltif edilmişdir.
Veteranı bu münasibətlə təbrik edir, ona cansağlığı arzulayırıq.
“Yeni Tərtər”