Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Yan

    ÇƏKİL TİNGLƏRİ ƏKİLİR

    dsc_1890092Ölkə Prezidenti İlham Əliyevin baramaçılığın inkişaf etdirməsi haqqında tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə ciddi cəhd göstərən bizim Seydimli kəndinin fermerləri, torpaq mülkiyyətçiləri və baramaçılıqla məşğul olan sakinləri bu sahəni inkişaf etdirmək məqsədilə Çindən gətirilən çəkil tinglərinin əkinini mütəşəkkil qaydada başa çatdırmışlar.
    Kəndimizdə Nüşabə Bəxşəliyevanı hamı təcrübəli kümçü kimi tanıyır. O, Sovet dönəmində ailə üzvləri ilə birlikdə hər il 2-3 qutu barama qurdu becərərək dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verərdi. Baramaçılığa yenidən diqqət ayrılması Baxşəliyevlər ailəsini də ürəkdən sevindirib. Elə buna görə də bölgü əsasında kəndə verilən çəkil tinglərinin 100 ədədini öz həyətyanı torpaq sahəsində əkiblər.
    Çəkil tinglərinin qalanını isə torpaq mülkiyətçisi Ədalət İsayev və fermer Mehman Əhmədov əkib.
    Əkilən çəkil tinglərinin hamısı əvvəlcədən dərin şumlanmış sahələrə basdırılmış, əkin zamanı aqrotexniki qaydalara əməl olunmuşdur. Əkilən ting sahələrində dərhal suvarma aparılmışdır.
    Kənd camaatının hamısı və eləcə də fermerlər yaxşı bilirlər ki, baramaçılıq gəlirli sahədir. Bunun əziyyəti cəmi 40 gün çəkir, yəni 40 günə hasilə gəlir. Həm də bazarı var. Hazır məhsulu dövlətə təhvil verir, heç bir maneə olmadan pulunu alırsan. Buna görə də kəndimizdə təkcə adları qeyd olunan adamlar deyil, çoxları bu gəlirli sahənin yenidən inkişaf etdirilməsinə ürəkdən sevinirlər. Kəndimizdə əvvəllər əkilmiş tut və çəkil ağacları da çoxdu. Ona görə də növbəti ildə kənd sakinləri baramaçılığa daha çox əhəmiyyət verəcəklər.

    Nərmin Vəliyeva,
    Seydimli kənd İƏD üzrə icra nümayəndəsinin müavini

    Müəllif: Redaktor, 13:14

    Teqlər:

İsmarıclar bağlıdır.