Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Yan

    2013_8r_2_largeget_imgRespublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi mühüm vəzifələrdən biri kimi müəyyən edilmişdir. Kənd təsərrüfatının digər sahələri ilə yanaşı ölkə iqtisadiyyatını yüksəltmək üçün pambıqçılıq, fındıqçılıq və ipəkçilik sahələrinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.
    İpəkçilik sahəsini inkişaf etdirmək üçün Çin Xalq Respublikasından gətirilən tinglərin digər bölgələrdə olduğu kimi Tərtər rayonunda da 30 min tut tingi ödənişsiz olaraq istehsalçılara paylanaraq əkilmişdir. İsmayılbəyli inzibatı ərazi dairəsində 17000 ədəd, Yuxarı Qapanlı ərazisində 3000 ədəd, Qaraağacı ərazisində 3500 ədəd, İrəvanlı ərazisində 1000 ədəd, Əksipara ərazisində 1000 ədəd, Buruc ərazisində 500 ədəd, Bölgə Təcrübə Stansiyasında 4000 ədəd çəkil tingi əkilmişdir.
    Bundan əlavə 1357 ədəd yerli tut tingi Bərdə Meşə Mühafizəsi və Bərpası müəssisəsindən gətirilərək təsərrüfatlarda fermerlərə paylanmışdır.
    Tərtər rayonunda 2016-cı ildə 1035 hektar sahədə pambıq bitkisi aqrotexniki qaydada əkilib-becərilmiş. 2 milyon 321 min 326 kq məhsul yığılmışdır. 2017-ci ildə rayon ərazisində 3000 hektar sahədə pambıq əkilməsi proqnozlaşdırılmışdır. Bu da insanların maddi rifahının yaxşılaşdırılması və yeni iş yerlərinin yaranması deməkdir.
    Respublikada ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək üçün əhalinin çörək və taxıl məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək məqsədi ilə Tərtər bölgəsində də taxıl istehsalının artırılmasına xüsusi diqqət yetirilir. Bu günə qədər rayon ərazisində 6886,9 hektar sahədə buğda, 2617,1 hektarda isə arpa bitkisi əkilmişdir.
    Hal-hazırda sahələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə günün ən aktual məsələsidir. Siçanabənzər gəmiricilərə qarşı Tərtər rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən dövlət hesabına alınmış “Sinkfosfid” preparatı ilə 10222 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır.
    2016-cı ilin yazında Tərtər rayon ərazisində 1187 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Sahələrə yüksək aqrotexniki qulluq olunduğundan tarlalardan 56872 ton şəkər çuğunduru məhsulu toplanmışdır. Hər hektarda məhsuldarlıq 479,1 sentner olmuşdur. İlk dəfə olaraq rayon ərazisində 387 hektar sahəyə payızlıq şəkər çuğunduru əkilmişdir.
    Bunlarla yanaşı qış aylarında tərəvəzçilik sahəsində də mühüm işlər görülür. 40,9 hektar sahəyə soğan əkilib.
    Ağaclara yaxşı qulluq etdikdə bağlardan yüksək məhsul götürülür. Qışda ağacların dibi gübrələnərək 8-10 sm dərinlikdə şumlanır. Ağacların qabıqları altında qışlayan yastıcalar, mənənələr və başqa ziyanvericilərə qarşı mütəmadi mübarizə aparılaraq qurumuş budaqlar budanıb sahədən çıxarılır.
    Ölkə Prezidentinin sərəncamında bağçılığın inkişaf etdirilməsində fındıqçılığın da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də yaxın vaxtlarda rayonumuzun ərazisində 12 hektar sahədə fındıq bağları salınmışdır. Fındıq tingləri fermerlər tərəfindən Sarov, Düyərli, İsmayılbəyli və Cəmilli kəndləri ərazisində əkilmişdir.
    Rayonumuzda hər bir sahibkar və fermerin məqsədi ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməkdir.

    Bayram Əliyev,
    rayon kənd təsərrüfatı idarəsi,
    bitkiçilik sektorunun müdiri

    Müəllif: Redaktor, 13:22

    Teqlər:

İsmarıclar bağlıdır.