Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl
    Xəbərlər DÖVLƏT MÜŞAVİRİ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİLƏ GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Изображение 125dovlet musaviri terterdeBu günlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Kamal Abdullayev və rayon rəhbəri Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
    Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbay-can, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışmış, dövlətdin münasibətlərindən söhbət açmışdır.
    Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan məlumat vermişdir. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Xəbərlər SAROV KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ–QƏBUL üçün şərhlər bağlıdır

    DSC_1476 (Копировать)sarovda seyyar qabulRayonumuzda sosial-iqtisadi problemlər həll olunduqca, əhalinin rayon rəhbərliyinə müraciətlərinin sayı da azalır. Bunun bir səbəbi də rayon icra hakimiyyəti başçısının kəndlərdə keçirdiyi səyyar görüş–qəbullardır. Belə görüşlər zamanı sakinlərin bir çox problemləri elə yerindəcə həllini tapır.
    Bu günlərdə belə tədbirlərdən biri Sarov kəndində keçirilib. Səmimi və açıq söhbət şəklində keçən görüşdə sakinlərdən Əbülfəz Kərimov, Mehman Səfərov, Rəhbər Şirinov, Məhbubə Əhmədova və başqaları yay aylarında sahələrin suvarılmasında üzləşdikləri su qıtlığından, işıq dirəklərinin köhnə olduğundan bəhs ediblər. Tədbirə gələnlər eyni zamanda son illərdə kənddə görülən işlərə görə, xüsusən də evlərə mavi yanacağın verilməsi, yolların abadlaşdırılması, əkinçiliyin və heyvandarlığın inkişafına dövlət dəstəyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
    Sakinləri diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov sonda aidiyyati idarə və müəssisə rəhbərlərinə lazımı tapşırıqlar verib.

    Teqlər:

  • 18İyl
    Xəbərlər XARİCİ JURNALİSTLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    DSC_0518xarici jurnalistler terterdeİyulun 2-də xarici jurnalistlər –Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olmuşlar.
    Qonaqlar əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər.
    Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmış, qeyd etmişdir ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
    Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb.
    Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində erməni artillerliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olmuş, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N. saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.

    Teqlər:

  • 18İyl
    Xəbərlər GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Изображение 151Esger yola salmaBu günlərdə rayonumuzda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Heydər Parkında təntənəli mərasim keçirilmişdir. Çağırışçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Mərasim Heydər Əliyev Mərkəzinin önündə davam etmişdir.
    Rayonun icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, yerli qurumların rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
    Sonra Böyük Vətən Müharibəsi, Silahlı Qüvvələr və Hüquq Mühafizə Veteranları təşkilatının sədri İman Almuradov, Qarabağ müharibəsi veteranı, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhid atası Bəhruz İsgəndərov, əsgər atası Azər Quliyev, çağırışçı gənc Elvin Məhərli, əsgər anası Mərziyyə Quliyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər. Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Digər AĞDAMIN İŞĞALINDAN 23 İL ÖTÜR üçün şərhlər bağlıdır

    10574366_351433188337470_1809592063895910945_nAğdam rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun sahəsi 1094 kvkm olmaqla relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun və əhalisinin üzərinə düşmüşdür.
    1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. İşğaldan öncə Ağdam rayonunda ət kombinatı, şərab zavodu, konserv zavodu, barama toxumu zavodu, xalça fabriki, mexanikləşdirilmiş çörək zavodu, avto-maşınlara texniki xidmət stansiyası, məişət xidməti kombinatı, elektrik şəbəkəsi müəssisəsi, dəzgahqayırma zavodu mövcud idi. Eləcə də, kənd təsərrüfatı texnikumu, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu, musiqi və tibb texniki peşə məktəbləri , yeddi orta məktəb, bir səkkizillik məktəb, beş məktəbdənkənar uşaq müəssisəsi, bir uşaq bağçası, dörd körpələr evi var idi. Ölkəşünaslıq muzeyi , çörək muzeyi, üç kitabxana, mədəniyyət evi, kinoteatr, Xanoğlu türbəsi (Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr), səkkiz xəstəxana erməni işğalçıları tərəfindən dağıdılmış, viran edilmişdir.

    Teqlər:

  • 18İyl
    Kənd təsərrüfatı TAXIL BİÇ İNİ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    1372079202_00012016-cı ilin məhsulu üçün rayonumuzda 12214 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bunun 7932 hektarı buğda, 4282 hektarı arpa olmuşdur. Taxıl biçini mütəşəkkil təşkil edildiyi üçün məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2016-cı il tarixdə rayonda taxıl biçini başa çatıb. 7932 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,3 sentner olmaqla 29586 ton, 4282 hektar arpa sahəsinin hər hektarından məhsuldarlıq 27,2 sentner olmaqla 11647 ton məhsul toplanmışdır.
    Qeyd etmək lazımdır ki, rayonun bir sıra kəndlərində taxılçılıq sahəsində hər hektardan alınan məhsul rayonun orta göstəricisindən yüksək olmuşdur. Belə ki, Hüsənli kəndində hər hektardan 40 sentner, Burucda 39,2 sentner, Mamırlıda 38,6 sentner və Kəngərlidə 38 sentner məhsul götürülmüşdür.

    Tərtər Rayon Statistika İdarəsi

    Teqlər: ,

  • 18İyl
    Səhiyyə ƏTRAF MÜHİTDƏ YAŞAMAQ HÜQUQUNUN TƏMİNATI üçün şərhlər bağlıdır

    vergilerÖlkə rəhbərliyinin uğurla apardığı sosial və iqtisadi siyasətin nəticəsi olaraq əldə edilmiş güclü tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
    Səhiyyəmizin davamlı inkişaf strategiyasının tərkib hissəsi olan maddi-texniki bazanın gücləndirilməsi, yoluxucu xəstəliklərlə mübarizə sahəsində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynamışdır.
    “Sanitariya-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
    Əhalinin sanitariya-epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
    Yəni ölkəmizin əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması həmin mühitin amillərinin mənfi təsirlərinin aradan qaldırılmasından asılıdır. Daha ətraflı »

    Teqlər: ,

  • 18İyl
    Digər BƏLƏDİYYƏLƏRİN VƏ VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır

    vergiler-nazir234234Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslər əmlak və torpaq vergiləri Yerli vergilərə (bələdiyyə vergiləri) aid edilmişdir. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.
    Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.
    Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir.  Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Təhsil GƏNC İSTEDADLARIMIZDAN BİRİ üçün şərhlər bağlıdır

    Изображение 247Təhminə Məhərrəmova gəncdir. 16 yaşı var. Dəmirçilər kənd tam orta məktəbinin X sinfini bu il bitirib. Məktəbdə nizam-intizamı ilə seçilir, həm də dərslərini yaxşı oxuyur. Ədəbiyyat fənnini tədris edən Leyla müəllim, Gülbəniz müəllim onu həmişə başqalarına nümunə göstərirlər.
    Təhminənin atası 7 il əvvəl dünyasını dəyişib. Elə o zamandan üç bacı anaları ilə birlikdə Ağdərə rayonunun Umudlu kəndindən qaçqın düşən Köçəri babanın himayəsində yaşayırlar.
    O, bacıların ortancılıdır. Məktəbdə olduğu kimi, kənddə qonşular bu ailənin insani keyfiyyətlərini, böyük-kiçiyin yerini bilmələrini daim dilə gətirir, onlar haqqında xoş sözlər danışırlar. Təhminə həm də poeziya həvəskarıdır. Boş vaxtlarında şeir yazır. Onun şeirlərindən bəzi nümunələrə nəzər salaq. “Ay Allah!” şeirində yazır:
    Indən sonra daha şəhid olmaya,
    Analar-bacılar saçın yolmaya.
    Heç kimsənin gözü yolda qalmaya,
    Bu məqsədlə bir qapı aç, ay Allah
    Daha ətraflı »

    Teqlər:

  • 18İyl
    Kənd təsərrüfatı ÇUĞUNDUR SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır

    Təsərrüfatımız çoxsahəlidi. Torpaqdan səmərəli istifadə etməyə çalışan fermerlərimiz taxıl, pambıq əkir, malqara üçün yonca becərir, şəkər çuğunduru yetişdirirlər. Son illər şəkər çuğundurunun əkin sahələri genişləndirilir.
    Mən özüm ailə üzvlərimlə birlikdə 18 hektar sahədə çuğundur becərirəm. Sahələrdə normal bitiş var.
    Şəkər çuğunduru qiymətli ərzaq məhsulu olmaqla yanaşı onun becərilməsində, hazır məhsulu İmişlidəki şəkər çuğunduru zavoduna təhvil verib, pulunun alınmasında heç bir maneələrlə rastlaşmırıq. Bax, elə insanların bu sahəyə maraq göstərməsinin də başlıca səbəbi budur.
    Indi çuğundur sahələrində becərmə işləri davam edir. Suvarma aparılır. Plantasiyalarda bol məhsul var

    Tərlan Zeynalov,
    Azadqaraqoyunlu

    kəndində ailə fermer

    təsərrüfatının başçısı

    Teqlər: