Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl

    Изображение 247Təhminə Məhərrəmova gəncdir. 16 yaşı var. Dəmirçilər kənd tam orta məktəbinin X sinfini bu il bitirib. Məktəbdə nizam-intizamı ilə seçilir, həm də dərslərini yaxşı oxuyur. Ədəbiyyat fənnini tədris edən Leyla müəllim, Gülbəniz müəllim onu həmişə başqalarına nümunə göstərirlər.
    Təhminənin atası 7 il əvvəl dünyasını dəyişib. Elə o zamandan üç bacı anaları ilə birlikdə Ağdərə rayonunun Umudlu kəndindən qaçqın düşən Köçəri babanın himayəsində yaşayırlar.
    O, bacıların ortancılıdır. Məktəbdə olduğu kimi, kənddə qonşular bu ailənin insani keyfiyyətlərini, böyük-kiçiyin yerini bilmələrini daim dilə gətirir, onlar haqqında xoş sözlər danışırlar. Təhminə həm də poeziya həvəskarıdır. Boş vaxtlarında şeir yazır. Onun şeirlərindən bəzi nümunələrə nəzər salaq. “Ay Allah!” şeirində yazır:
    Indən sonra daha şəhid olmaya,
    Analar-bacılar saçın yolmaya.
    Heç kimsənin gözü yolda qalmaya,
    Bu məqsədlə bir qapı aç, ay Allah

    Təhminəyəm yalvarıram mən sənə,
    Insanları salma belə pis günə.
    Qoy çıxsınlar azadlığa, xoş günə,
    Bu məqsədlə bir qapı aç ay Allah!
    “Xocalı” şeirindən bir nümunə:
    Bilməyənlər, siz də bilin,
    Nə günə qaldı Xocalı.
    Yüz illərlə gül bitirdi,
    Bir gündə soldu Xocalı.
    “Olmaya” şeirindən bir nümunə:
    Təhminəyəm dərdim çoxdu, nə bilim,
    Istərəm həmişə şad olsun elim.
    Onlara baxanda sevinim, gülüm,
    Anaların gözü yaşlı olmaya.
    Təhminənin yüzdən çox belə şeir nümunələri var. Gələcəkdə ona bu yolda uğurlar diləyitrik.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 11:19

    Teqlər:

İsmarıclar bağlıdır.