Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl

    vergiler-nazir234234Vergi Məcəlləsinin 8-ci maddəsinə əsasən fiziki şəxslər əmlak və torpaq vergiləri Yerli vergilərə (bələdiyyə vergiləri) aid edilmişdir. Bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə isə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Fiziki şəxs yuxarıda göstərilən müddətdə uçota durmadıqda o, bələdiyyənin vergi xidməti orqanı tərəfindən aparılan müşahidə-baxış tədbirlərinin nəticəsi üzrə tərtib olunan pasport qeydiyyatı aktı əsasında uçota alınır və ona 5 gün müddətində müvafiq olaraq şəhadətnamə və ya bildiriş göndərilir.
    Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.
    Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən binalar, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektidir. Bələdiyyə tərəfindən hesablanmış torpaq və əmlak vergisinin məbləği və ödənilmə müddəti barədə “Tədiyə bildirişi” tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır və cari il üçün torpaq vergisi və əmlak vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
    Azərbaycan Respublikasının ərazisində yerin təkindən çıxarılan yerli əhəmiyyətli tikinti materialları mədən vergisinin vergitutma obyektidir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aiddir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin dərəcəsi hər kubmetr üçün 1 (bir) manat təşkil edir.
    Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin ödəyiciləri hər hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respub-likasının Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq tərtib edilmiş mədən vergisinin bəyannaməsini müvafiq ərazinin bələdiyyəsinə verirlər və hesabat ayı üçün yerli əhəmiyyətli tikinti materialları üzrə hesablanmış mədən vergisinin məbləği, həmin materialların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq müvafiq ərazinin bələdiyyə büdcəsinə ödənilir.

    11 saylı Ərazi Vergilər Departamenti

    Müəllif: Redaktor, 11:24

    Teqlər:

İsmarıclar bağlıdır.