2016-cı ilin məhsulu üçün rayonumuzda 12214 hektar sahədə taxıl məhsulları əkilmişdir. Bunun 7932 hektarı buğda, 4282 hektarı arpa olmuşdur. Taxıl biçini mütəşəkkil təşkil edildiyi üçün məhsul vaxtında və itkisiz toplanmışdır. 6 iyul 2016-cı il tarixdə rayonda taxıl biçini başa çatıb. 7932 hektar buğda sahəsinin hər hektarından məhsuldarlıq orta hesabla 37,3 sentner olmaqla 29586 ton, 4282 hektar arpa sahəsinin hər hektarından məhsuldarlıq 27,2 sentner olmaqla 11647 ton məhsul toplanmışdır.
Qeyd etmək lazımdır ki, rayonun bir sıra kəndlərində taxılçılıq sahəsində hər hektardan alınan məhsul rayonun orta göstəricisindən yüksək olmuşdur. Belə ki, Hüsənli kəndində hər hektardan 40 sentner, Burucda 39,2 sentner, Mamırlıda 38,6 sentner və Kəngərlidə 38 sentner məhsul götürülmüşdür.
Tərtər Rayon Statistika İdarəsi