Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18İyl

    Изображение 125dovlet musaviri terterdeBu günlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev təmas xəttində yerləşən Tərtər rayonunda olmuşdur. Dövlət müşaviri əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşdur. Sonra Kamal Abdullayev və rayon rəhbəri Tərtər Cümə Məscidində olmuş, burada dindarlarla, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.
    Dövlət müşaviri görüşdə iştirak edənləri keçmiş Ramazan bayramı münasibəti ilə təbrik etmiş, Ermənistan-Azərbay-can, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər haqqında danışmış, dövlətdin münasibətlərindən söhbət açmışdır.
    Sonra rayon icra hakimiyyətinin başçısı dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işlərindən, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan məlumat vermişdir.
    Aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov dövlət müşavirinə öz ürək sözlərini bildirmiş, tezliklə Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına inandığını söyləmişdir
    Dövlət müşaviri Kamal Abdullayev “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk sayını Tərtər Cümə Məscidinə və şəhid atası Bəhruz İsgəndərova hədiyyə etmişdir. Məscidin axundu Sadiq Cəfərov dövlət müşavirinə müqəddəs “Qurani-Kərim” kitabını hədiyyə etmişdir.

    Müəllif: Redaktor, 13:50

    Teqlər:

İsmarıclar bağlıdır.