Havalar soyuduqca, rayonumuzun kəndlərinə mavi qaz yanacağının verilməsi işləri də sürətlənir. Cəmi bir neçə gün əvvəl Təzəkənd kəndinə qaz verildi. Ondan biraz keçməmiş Hacıqərvənd kəndinə qaz çəkildi. Bu münasibətlə təşkil olunmuş tədbiri giriş sözü ilə Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev açdı. Bildirdi ki, kəndimiz rayonun əhalisi çox olan yaşayış məntəqələrindən biridir. Burada 2850 nəfər əhali yaşayır. Bu günü səbirsizliklə gözləyən kənddə 556 evə qaz xətti çəkilib, sayğac qoyulub. Buna görə mən kənd sakinləri adından ölkə Prezidentinə minnətdarlığımı bildirirəm. Daha ətraflı »
-
29SenAçılışlar Hacıqərvənd kəndinə qaz verildi üçün şərhlər bağlıdır
Teqlər: Açılışlar
-
29SenMilli-mənəvi dəyərlər Milli Musiqi Günü ilə bağlı mərasim üçün şərhlər bağlıdır
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin işçiləri, uşaq musiqi məktəbinin müəllim və şagirdləri, uşaqların valideynləri iştirak ediblər.
Mərasimi mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov açıb. Dahi bəstəkarın həyat və yaradıcılığı barədə danışıb. Daha ətraflı »Teqlər: Mədəniyyət
-
29SenKəndlərimiz Yollar abadlaşır üçün şərhlər bağlıdır
Kəndlərimizdə yolların təmiri işləri diqqət mərkəzində saxlanılır. Hazırda təmas xəttinə yaxın olan Qapanlı kəndində yola asfalt salınması işləri davam edir. Bu barədə bizə məlumat verən rayon icra hakimiyyətində tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimov bildirdi ki, bu iş ötən il 3 kilometr məsafədə görülmüşdü. İndi isə yolun daha 3 kilometrinə asfalt örtük salınacaqdır. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
-
29SenKəndlərimiz Qapanlıda tibb məntəqəsi tikilir üçün şərhlər bağlıdır
Cəbhə bölgəsi olan Qapanlı kəndində iki ay öncə tibb məntəqəsinin tikintisinə başlanıb. Bina bir mərtəbə olmaqla 6 otaqdan ibarətdi. Burada həkim və tibb bacısı, iynə otaqları, anbar, mətbəx və sanitar qovşağı vardır. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
-
29SenXəbərlər Maarifləndirici tədbir üçün şərhlər bağlıdır
“Kreativ Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı seçki iştirakçı-larının maarifləndirilməsi” layihəsi çərçivəsində təlim keçirib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
29SenXəbərlər AŞPA-nın məruzəçisi Tərtərdə olub üçün şərhlər bağlıdır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər və Demokratiya Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolter bu günlərdə Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
28SenXəbərlər Qurban bayramı xoş əhval-ruhiyyə ilə keçdi üçün şərhlər bağlıdır
Qurban bayramı islam dinində müqəddəs bayram- lardan biridir. Sovet rejimi dövründə xalqımız bu mərasimləri açıq şəkildə keçirə bilmirdi. Müstəqil Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin günlərdə varlılarla kasıblar arasında fərq götürülür, bütün evlərdə bayram süfrələri açılır.
Bu il rayonumuzda Qurban bayramına hazırlıq bir neçə gün əvvəl başlanmışdır. Bayram günündə isə bütün dini qaydalar gözlənilmək şərtilə heyvanların kəsimi aparıldı. Daha ətraflı »
Teqlər: Xəbərlər
-
28SenMədəniyyət Oxuyur Ülviyyə Məmmədzadə üçün şərhlər bağlıdır
Milli müsiqimizin yubileyi ərəfəsi idi. Bununla bağlı nə isə yazmaq fikrinə düşmüşdüm. Düşünürdüm ki, bizim xalqın çox qədim musiqi tarixi var. Analarımızın laylaları kimi iliyimizə işləyən muğamlarımız, aşıq havalarımız, bəstəkar və xalq mahnılarımız var. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
28SenMilli-mənəvi dəyərlər “NOL-NOL”, YOXSA “SIFIR-SIFIR”? üçün şərhlər bağlıdır
Dilimizin şirinliyi bal kimidir. Bu dil bizə ana qədər doğmadır, müqəddəsdir. Ona görə də tarixin sınağından adlayıb bu günümüzə gəlib çatan dilimizə “Ana dili” deyirik. Anamız bizim üçün nə deməkdirsə, dilimiz də o deməkdir. Sən ananın qeyrətini necə çəkirsənsə, ona hansı ehtiramla yanaşırsansa, dilimizə də münasibətin o cür olmalıdır.
Şah İsmayıl Xətai bu məhəbbəti görün hansı uca mərtəbədən və hansı doğmalıqla dəyərləndirib: “Ey türk oğulları, bir ovuc torpağımızı dünyanın var-dövlətinə, dilinizin bir sözünü ləl-cəvahirata dəyişməyin.” Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
28SenXəbərlər “Kainat” Tədris Mərkəzi üçün şərhlər bağlıdır
“Kainat” Tədris Mərkəzi 1993-cü ildə Bakı şəhərində təhsil və sosial layihə kimi təsis olunub. Mərkəz azyaşlıların məktəbəqədər, orta məktəbə şagird, ali məktəbə abituriyent, magistraturaya tələbə, dövlət qulluğuna kadr hazırlığı, xarici dil kursları, eləcə də müxtəlif yaş qruplarına aid məntiq və təfəkkürün inkişafına yönəlmiş çoxşaxəli tədris prosesini cəmləşdirən bir təşkilatdır. “Kainat” Tədris Mərkəzi Bakıda beş filial olmaqla ölkənin müxtəlif regionlarında filial və nümayəndəliklə fəaliyyət göstərir. Kursun qəbul imtahanına hazırladığı məzunlar adətən 600-dən yüksək bal toplamaqla seçilirlər. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar