Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin işçiləri, uşaq musiqi məktəbinin müəllim və şagirdləri, uşaqların valideynləri iştirak ediblər.
Mərasimi mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov açıb. Dahi bəstəkarın həyat və yaradıcılığı barədə danışıb.
Sonra uşaq musiqi məktəbinin direktor əvəzi Sevil Teymurova çıxış edib. Sonda konsert olub. Rayon musiqi məktəbinin instrumental ansamblının ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra” səslənib.
-
29Sen
Müəllif: Redaktor, 12:21
Teqlər: Mədəniyyət