Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    Qurban bayramı islam dinində müqəddəs bayram- lardan biridir. Sovet rejimi dövründə xalqımız bu mərasimləri açıq şəkildə keçirə bilmirdi. Müstəqil Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Həmin günlərdə varlılarla kasıblar arasında fərq götürülür, bütün evlərdə bayram süfrələri açılır.

    Изображение 058Bu il rayonumuzda Qurban bayramına hazırlıq bir neçə gün əvvəl başlanmışdır. Bayram günündə isə bütün dini qaydalar gözlənilmək şərtilə heyvanların kəsimi aparıldı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri müqəd- dəs bayram münasibəti ilə təbrik etdi, onlara can-sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı.
    Qurban ətinin paylanması zamanı heç kim yaddan çıxmamışdı. İdarə və müəssisələrdə çalışanlarla yanaşı, şəhid ailələrinin üzvləri, əlillər, kimsəsizlər də evlərinə qurban payı apardılar. İctimaiyyətin nümayəndələri işin gedişinə nəzarət edirdilər.
    Fürsətdən istifadə edib şəhər sakinlərindən müsahibə aldıq.
    Bəxtiyar Əbilzadə:Изображение 073
    –Müstəqillik illərində xalqımızın ən böyük sərvəti olan milli-mənəvi dəyərlərimiz, o cümlədən bayramlarımız özümüzə qaytarıldı. Yəni artıq biz həmin günləri çəkinə-çəkinə deyil, ürəkaçıqlığı ilə, sərbəst şəkildə qeyd edirik. Çox sağ olsun möhtərəm Prezidentimiz, belə əziz günlərdə daim xalqımızı təbrik edir. Rayonumuzun rəhbərlərinə də minnətdarlığımızı bildiririk, heç kimi unutmayıblar. İndi hər kəsin ailəsində bayram xörəyi hazırlanacaq, dualar ediləcək. Allah bütün duaları qəbul etsin, ölkəmizdə daim sülh və əmin-amanlıq olsun.
    Kifayət Kərimova:
    –Allah bütün kəsilən qurbanları qəbul etsin. Bu əziz gündə bildirmək istəyirəm ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları baş tutmayacaq. Çünki xalqımız ağı-qaradan seçməyi bacarır. Möhtərəm Prezidentimizin gərgin fəaliyyəti nəticəsində əmin-amanlıqda yaşayırıq, bayramlarımızı belə gözəl keçirə bilirik. Biz də öz növbəmizdə onu dəstəkləyir, ətrafında sıx birləşirik.
    Qurban bayramı münasibətilə rayonda əhaliyə 7 ton ət paylandı. Xəstə insanlara, qocalara, şəhid ailələrinə, təmas xəttinə yaxın yerləşən kəndlərin əhalisinə qurban payları evlərində çatdırıldı. İctimaiyyətin nümayəndələri rayon ərazisində yerləşən hərbi hissələrdə olub, əsgərlərimizə də qurban payı apardılar.
    Beləliklə, tərtərlilər əziz günləri xoş əhval-ruhiyyə ilə keçirdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:12

    Teqlər:

İsmarıclar bağlıdır.