Cəbhə bölgəsi olan Qapanlı kəndində iki ay öncə tibb məntəqəsinin tikintisinə başlanıb. Bina bir mərtəbə olmaqla 6 otaqdan ibarətdi. Burada həkim və tibb bacısı, iynə otaqları, anbar, mətbəx və sanitar qovşağı vardır.
Tikinti işlərini icra edən təşkilat “Qarabağ-ER” MMC-dir. Binanın iş icraçısı Ziya Bayramov bildirdi ki, hazırda tikintidə hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı və pəncərələr quraş-dırılıb.
Tibb məntəqəsi cari ilin noyabır ayında kənd sakinlərinin istifadəsinə veriləcəkdir.
-
29Sen
Müəllif: Redaktor, 12:10
Teqlər: Kəndlərimiz