Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Sen

    q3Kəndlərimizdə yolların təmiri işləri diqqət mərkəzində saxlanılır. Hazırda təmas xəttinə yaxın olan Qapanlı kəndində yola asfalt salınması işləri davam edir. Bu barədə bizə məlumat verən rayon icra hakimiyyətində tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimov bildirdi ki, bu iş ötən il 3 kilometr məsafədə görülmüşdü. İndi isə yolun daha 3 kilometrinə asfalt örtük salınacaqdır.
    Yolun asfaltlanması işi 29 saylı Yol İstismar İdarəsinin kollektivi tərəfindən həyata keçirilir. Kollektivin üzvləri görülən işin keyfiyyətini daim diqqət mərkəzində saxlayırlar.
    Yaxın günlərdə “Qapanlı-Qarağacı” yolunun asfaltlanması işi başa çatdırılacaqdır.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:16

    Teqlər:

İsmarıclar bağlıdır.